Qadınlarla əlaqəli 60 sual[I hissə]

 
Qadınlarla əlaqəli 60 sual[I hissə]

Sual 1: Əgər qadın fəcrdən dərhal sonra heyzdən təmizlənərsə, həmin gün oruc tutmalıdırmı və orucu düzgün sayılırmı, yoxsa həmin günün qəzasını sonradan tutmalıdır?
Cavab: Bu məsələdə alimlərin iki rəyi vardır.
Birinci rəy: Qadın həmin gün oruc tutmalı, lakin bu oruc kamil olmadığı üçün sonradan onun qəzasını da tutmalıdır. Bu rəy imam Əhmədin (Allah ona rəhmət etsin) məzhəbində məşhur rəydir.
İkinci rəy: Qadının həmin gün oruc tutmasına gərək yoxdur. Çünki günün əvvəlində heyzdən tam təmizlənmədiyinə görə o, oruc tutması vacib olan insanlardan deyildir. Ona görə də günün qalan hissəsində onun oruc tutmasının faydası yoxdur. Çünki şəriətdə orucun mənası, fəcrin girdiyi vaxtdan günəşin batmasına qədər Uca Allaha ibadət niyyəti ilə yemək-içməkdən, cinsi əlaqədən və oruc tutan şəxsə qadağan olan hər bir şeydən çəkinmək deməkdir. Göründüyü kimi bu rəy birinci rəydən daha düzgündür. Hər iki rəyə görə həmin günün orucunun qəzasını sonradan tutmaq lazımdır.
Sual 2: Əgər qadın fəcrdən əvvəl heyzdən qurtararsa, namazın vaxtı girdikdən sonra qüsl alıb namaz qılar və oruc tutarsa, həmin günün orucunun qəzasını sonradan tutmalıdırmı?
Cavab: Əgər qadın sübh namazı girməzdən bir dəqiqə əvvəl belə heyzdən qurtararsa – bir şərtlə ki, tam qurtarmasından əmin olsun – və bu hal Ramazan ayında baş verərsə, ona həmin gün oruc tutmaq vacibdir, bu oruc düzgündür və sonradan qəza etməsinə gərək yoxdur. Çünki qadın oruc tutan vaxt artıq heyzdən qurtarmış sayılır (qüsl almasa belə). Necə ki, gecədən üzərinə cənabət qüslü vacib olan şəxs qüslsüz halda oruc tutarsa və namazın vaxtı girdikdən sonra qüsl alarsa, orucu düzgün sayılır. Burada başqa bir məsələyə də toxunmaq istərdim. Bəzi qadınlar elə düşünürlər ki, iftardan sonra, işa namazından əvvəl heyz olarsa, həmin günün orucu düzgün sayılmır. Lakin bu belə deyildir. Əgər qadın günəşin batmasından bir an keçdikdən sonra heyz olarsa həmin günün orucu düzgün sayılır.
Sual 3: Əgər qadın qırx gündən tez nifasdan qurtararsa, namaz qılıb oruc tutması vacibdirmi?
Cavab: Bəli, qadın nə zaman nifasdan qurtararsa (qırx gündən tez olsa belə), namaz qılması və Ramazan ayındadırsa, oruc tutması vacibdir. Ərinin onunla yaxınlıq etməsi də icazəlidir.
Sual 4: Əgər qadının heyz müddəti adəti üzrə yeddi və ya səkkiz gün olarsa, sonra bəzi aylarda adətindən fərqli olaraq, heyz günlərinin sayı azalar və ya artarsa, qadın nə etməlidir?
Cavab: Əgər qadının heyz müddəti yeddi və ya səkkiz gün olarsa, sonradan bu müddət artıb doqquz, on və ya on bir günə keçərsə, qadın heyzdən qurtarmasını gözləyir və namaz qılmır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) heyzin müddətində müəyyən bir hədd təyin etməmişdir. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın.” (əl-Bəqərə, 222) Elə ayədən də məlum olur ki, heyzin müəyyən bir müddəti yoxdur. Lakin sonrakı aylarda heyz günlərinin sayı azalarsa (beş və ya altı günə keçərsə), qadın heyzdən qurtardığı vaxtdan qüsl alıb namaza başlayır.
Sual 5: Nifaslı qadın tam qırx gün namazı və orucu tərk edib gözləməli, yoxsa qanın dayandığı vaxtdan namaz və oruca davam etməlidir? Nifasın ən az müddəti neçə gündür?
Cavab: Nifas günlərinin azlığında müəyyən bir müddət yoxdur. Nə qədər ki, nifas qanı davam edir, qadın namaz və orucu tərk etməlidir. Həmçinin ərinin onunla yaxınlıq etməsi də qadağandır. Qadın nifasdan qurtardıqdan sonra, – qırx gündən tez, on və ya on beş günə olsa belə – həmin vaxtdan namaz qılıb oruc tutur və ərinin onunla yaxınlıq etməsi caiz olur.
Lakin qan qırx gündən artıq davam edərsə, məsələn, altmış gün olarsa bu qan istihazə hökmü daşıyır. Belə halda qadın qırx gündən sonra əlavə olaraq adəti üzrə heyz günlərinin sayı qədər gözləyir, sonra qüsl alıb ibadətinə davam edir. Bundan sonra qadından qan gələrsə, o, sadəcə hər namaz vaxtı bu qandan təmizlənib dəstəmazını təzələyir.
Sual 6: Əgər Ramazan ayında qadından az-az qan damcıları ifraz olarsa və bu hal Ramazanın axırına qədər davam edərsə, qadın oruc tutmalıdırmı və orucu düzgün sayılırmı?
Cavab: Bəli, qadın oruc tutmalıdır və orucu düzgündür. İfraz olan qan damcıları isə heyzdən sayılmır. Çünki o qan, damarlardan gələn qandır. Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Bu cür qan damcıları burun qanaxmasına bənzəyir və heyz sayılmır.”
Sual 7: Əgər qadın fəcrdən əvvəl heyz və ya nifasdan qurtararsa və fəcrin vaxtı girdikdən sonra qüsl alarsa, orucu düzgün sayılırmı?
Cavab: Bəli, əgər qadın fəcrdən əvvəl heyzdən və ya nifasdan qurtararsa və fəcrin vaxtı girdikdən sonra qüsl alarsa, orucu düzgündür. Çünki həmin vaxt qadın artıq üzərinə oruc vacib olanlardan sayılır. Bu hal gecədən üzərinə cənabət qüslü vacib olan, fəcr girdikdən sonra qüsl alanın halı ilə eynidir. Uca Allah buyurur: "... Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap qara sapdan (şəfəq gecənin qaranlığından) seçilənə qədər yeyin-için..." Ayədən məlum olur ki, oruc gecəsi yemək-içmək və öz qadını ilə yaxınlıq etmək fəcrə qədər halaldır, qüslü fəcr girdikdən sonra da alıb oruca davam etmək olar. Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir ki, “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) səhər-səhər cünublu ikən yuxudan ayılar və bu halda oruc tutardı.” Yəni sübh girdikdən sonra qüsl alardı.
Sual 8: Əgər oruclu qadın heyz qanının gəlməsini və ya heyz ağrılarını hiss edərsə, lakin günəşin batmasına qədər qan ifraz olmazsa, həmin günün orucu düzgündürmü?
Cavab: Bəli, əgər qadının heyz ağrıları olarsa və ya heyz olacağını hiss edərsə, lakin günəş batana qədər qan ifraz olmazsa, onun tutduğu oruc düzgündür. Vacib orucdursa, sonradan qəza etməsi lazım deyil. Nafilə orucdursa, savabı batil sayılmır.
Sual 9: Əgər oruclu qadından qan ifraz olarsa, lakin o bu qanın heyz qanı olmasına əmin olmazsa, həmin günün orucu düzgündürmü?
Cavab: Bəli, qadının orucu düzgündür. Belə ki, qadın ifraz olan qanın heyz qanı olmasına əmin olmayınca, o qan heyzdən sayılmır.
Sual 10: Əgər oruclu qadın günün müxtəlif vaxtlarında çox az-az qan damcıları görərsə və bu hal bəzən adəti üzrə heyz vaxtlarında, bəzən də adi günlərdə baş verərsə, hər iki halda qadının orucunun hökmü necədir?
Cavab: Buna oxşar suala bir az öncə cavab verilmişdir. Lakin qeyd etmək lazımdır ki, belə bir hal qadının adəti üzrə heyz günlərində baş verərsə, bu qan heyz qanı sayılır.
Sual 11: Heyzli və ya nifaslı qadının Ramazan günlərində yeyib-içməsi icazəlidirmi?
Cavab: Bəli, icazəlidir. Lakin yanındakı oruclu adamlara əziyyət verməmək üçün gizlində yeməsi daha yaxşıdır.
Sual 12: Əgər qadın heyz və ya nifasdan əsr namazının vaxtında qurtararsa, əsr namazı ilə birlikdə zöhr namazını da qılmalıdırmı?
Cavab: Bu məsələdə daha düzgün rəy odur ki, qadın yalnız əsr namazını qılmalıdır və zöhr namazının qılınmasının vacibliyinə dəlil yoxdur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Kim günəş batmazdan əvvəl əsr namazının bir rükətinə yetişərsə, artıq əsrə yetişmiş olar." Burada zöhr namazına yetişmək zikr olunmur. Əgər lazım olsaydı, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunu bəyan edərdi. Necə ki, qadının heyzi zöhr namazının vaxtı girdikdən sonra başlayarsa, təmizləndikdən sonra yalnız zöhr namazının qəzasını qılmalıdır. Həmçinin işa namazının vaxtı çıxmazdan əvvəl heyzdən qurtararsa, onun məğrib namazını qılmasına gərək yoxdur, yalnız işa namazını qılmalıdır. Buna əsasən demək olar ki, düzgün rəy, yalnız əsr namazının qılınması vacib olan rəydir.
Sual 13: Əgər qadının uşağı düşərsə və bu hal uşağın (yəni rüşeymin) ana bətnində insan şəklində formalaşmasından sonra baş verərsə, qadının oruc tutmasının hökmü necədir?
Cavab: Əgər rüşeym ana bətnində tam formalaşmazdan əvvəl düşərsə (elm əhli deyir ki, formalaşmanın ən az müddəti 81 gündür) ondan ifraz olan qan nifas qanı deyildir, buna görə də qadın namazına davam etməlidir və oruc tutması da düzgündür. Lakin bu hal rüşeymin insan şəklində formalaşmasından sonra baş verərsə, ifraz olan qan nifas hökmü daşıyır və nifasdan qurtarana qədər namaz qılmaq və oruc tutmaq qadağan sayılır.
Sual 14: Ramazan günlərində hamilə qadından ifraz olan qan onun orucuna təsir göstərirmi?
Cavab: Əgər qadından oruc zamanı heyz qanı gələrsə, onun orucu pozulur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?” Bu hədisə əsasən heyz və nifas orucu pozan amillərdən sayılır. Hamilə qadından Ramazan günlərində heyz qanı ifraz olarsa, bu, onun orucunu pozur. Çünki hamilə qadından gələn qanın hökmü, hamilə olmayan qadından gələn heyz qanının hökmü ilə eynidir. Əgər ifraz olan qan heyz qanı olmazsa, bu orucu pozmur. Hamilə qadından gələn qanın heyz qanı olub-olmadığını bilmək üçün baxmaq lazımdır ki, qadın uşağa qaldıqdan sonra ondan gələn qan əvvəlki aylarda adəti üzrə gələn qanın vaxtı ilə eyni vaxta düşərsə bu, heyz qanı sayılır. Lakin uşağa qalandan sonra hamiləlik dövründə müxtəlif vaxtlarda heyz qanından fərqli olan qan ifraz olarsa, bu heyz qanı sayılmır və qadının orucuna heç bir təsir göstərmir.


Geri dön

cingiz muradov

  • 22 dekabr 2011 17:14
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
coxxxxxxxxxxx saq olun allah razi olsun

Yusif

  • 9 fevral 2011 12:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox sagol teşekkurler

drmoonsun

  • 6 fevral 2011 23:42
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
cox sag olun bele movzulara cox yer vermeyinizi xahis edirem. bele movzulaRLA CAVAN QIZLARIMIZI MARIFLENDIRIRSIZ. TESEKKURLER

Made_In_Bakinka

  • 5 fevral 2011 02:08
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
thanksss maraqli idi

AskZede

  • 5 fevral 2011 00:32
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm Oxudum Hamisin Bilmediyim Bezi Seyleride Oyrendim Cox Sagolun Davamida Olsa Yaxsi Olardi...))love

--------------------

nilayka

  • 4 fevral 2011 23:26
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

AYLIN040

  • 4 fevral 2011 22:19
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
cox sagol teşekkurler

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

Ulya

  • 4 fevral 2011 21:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}