Ana sevgisi [hekayə]

 
Ana sevgisi [hekayə]

Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə “Eeee sənin ananın ancaq bir gözü var!” dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, “məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!” Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim. Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona “evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə “bağışlayın, düzgün adresə gəlməmişəm” dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:
“Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən... Sən hələ uşaq ikən qəza keçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim... O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə... ANAN".


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:28
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
gozel weire gore cox sagolun

--------------------

Yusif

  • 9 fevral 2011 12:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesirli hekayedi

aksana-352

  • 5 fevral 2011 11:48
  • Məqalə: 3
  • Şərh: 29
  • Bal:
{awards}
bu analarin qedrini bilmeyen ovladlara ders olsun.ANA MUQEDDES VARLIQDIR.demek olar ki QURAN=ANA.eziyyete gore twk. recourse

Made_In_Bakinka

  • 5 fevral 2011 01:45
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: Cici-Kiz
Təsirli hekaye idi, Allah bizleri analarimiza laiq olmagi bacaran ovladlardan etsin,

Amin!!!!

Lexikon

  • 5 fevral 2011 00:07
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tesirli hekayedi amma o alcaq evlad deyil........

Cici-Kiz

  • 4 fevral 2011 23:22
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Təsirli hekaye idi, Allah bizleri analarimiza laiq olmagi bacaran ovladlardan etsin, AMİN!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 4 fevral 2011 22:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox gozel xeber idi tewekkur

--------------------

AYLIN040

  • 4 fevral 2011 22:23
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
Goresen dogurdan da bele uşaqlar var həyatda cox sagolun maraqlidi

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

Ulya

  • 4 fevral 2011 21:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel movzudu

sevgi_meleyim.

  • 4 fevral 2011 21:44
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun gozel xebre gore. Bunun genis variantini oxumusdum. Yazan elleriniz yorulmasin InseAllah. AMin. smile

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}