Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir mi?

 
Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir mi?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq "zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.
Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.
Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.
Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.
Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli:
1. Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.
2. Yemək az miqdarla başlanmalıdır.
3. İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.
4. Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.
5. Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.
6. Heç bir halda zorla yedizdirlməməlidir.
7. Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.

Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.
Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır.

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova


Geri dön

ヅ Bad Girl ヅ

  • 2 mart 2014 17:07
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
təşəkkürlər

--------------------

Angry Boy

  • 2 mart 2014 08:39
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tesekkurler meqale ucun

melek_19

  • 24 fevral 2014 23:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Banned549678

  • 23 fevral 2014 23:16
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çoooox sağoLunn love

AYKA ŞOKOLADKA

  • 23 fevral 2014 16:29
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------

__MB__

  • 23 fevral 2014 15:28
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərr

Banned549678

  • 23 fevral 2014 11:04
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çoooox sağoLunn love

PSIXOPATKA

  • 23 fevral 2014 01:28
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GORE TWK

--------------------

Damlam

  • 22 fevral 2014 23:50
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TTTEWEKKURLERRRRRRRRRR

--------------------
http:///user/İmza/

Banned549678

  • 22 fevral 2014 23:33
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SağoLun məqaLəyə görə

^^Nazlı Şeytan^^

  • 22 fevral 2014 22:52
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Aydan95

  • 22 fevral 2014 22:27
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

Qaska_Quli

  • 22 fevral 2014 21:37
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
sagolunnnnnnnnnnnnnnn

--------------------

prosta barbi

  • 22 fevral 2014 21:37
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
TEWEKKUR...

prosta ema

  • 22 fevral 2014 21:23
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
tewekkurler

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

вคɴค iкiмizi คɴlคт ❤

  • 22 fevral 2014 21:17
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagol:)

ღ★ Firuzə ★ღ

  • 22 fevral 2014 21:17
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlər...

--------------------

aska rico

  • 22 fevral 2014 21:16
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}