Zirəddin Rzayev: “Elə bil, məni idarə edən var”

 
Zirəddin Rzayev: “Elə bil, məni idarə edən var”

Bakıda səfərdə olan Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayevin ANS PRESS-ə eksklüziv müsahibəsi:

-Bir ekstrasens kimi özünüzü necə qiymətləndirirsiniz?

-İnanın ki, bu sualı mənə birinci dəfədir verirlər. Əvvəla onu deyim ki, böyük filosoflardan olan Hünkar Hacı
Bektaşi belə bir söz deyib: “Oxunacaq olan ən böyük kitab insandır”. Yəni, insan elə bir kitabdır ki,
heç bir psixoloq ömrü onu öyrənməyə yetməz. Ümumilikdə onu deyə bilərəm ki, mən həmişə haqqa inanan,
Allaha inanan, Allahdan qorxan, özünü günahlandıran, yalanı sevməyən insanam. Özü-özünü tanımayan
bir insanam. Doğrudan da bəzən bir şeyi fikirləşirəm, sabah başqa cür edirəm.
Elə bil, məni idarə edən bir insan var. Ona görə, özüm-özümü tanıya bilmirəm.
Mən özümdən hər şey gözləyirəm. Yəni, yaxşı mənada hər şey.

-Sizinlə çoxu əlaqə saxlamaq istəyir.
Amma pərəstişkarlarınız üçün sizinlə əlaqə saxlamaq imkanı azdır...


-Allah kömək olsun! Onu deyə bilərəm ki, mən bura işlə bağlı gəlmirəm. İndi toya gəlmişəm.
Çox yaxınlarımdan birinin qızı ailə qurur. Bu müddətdə də o qədər dost-tanış var.
Məni qonaq dəvət edirlər. Onların problemləri də var. Həmişə Bakıdan qayıdanda deyirlər ki,
“Zirəddin yaman arıqlayıb”. (gülür). Deyirəm ki, Bakıya getmişdim. Artıq bu, bütün sualların
cavabını verir. Mən Bakıya gələndə inanın ki, yatmıram.
Bura gəlmişəm, amma anamla görüşə bilməmişəm. Mən burada çalışmıram.

-Burada çalışmamağınızın səbəbi nədir?

-Mənim iş yerim Rusiyadadır. Moskvada ən öndə gedən klinikalardan birində çalışıram.
Psixikosomatik xəstəliklər üzrə tibbi psixologiyanı bitirmişəm. Ancaq burada çalışmıram.
Çünki, Bakıya qısa müddətə gəlirəm, o zaman da burada elə çox işim olur.
İnanın Allaha, yemək yeməyə vaxtım olmur. Bu gün səhər yeməyini belə yeməmişəm.

-Zirəddin bəy, istərdinizmi Azərbaycanda xidmət göstərəsiniz?

-Düşünürəm ki, Azərbaycana xidmət etmək təkcə bu ölkədə işləmək kimi başa düşülməməlidir.
Azərbaycanlıların təkcə Azərbaycanla məhdudlaşmağı bəyənilməz bir işdir.
Biz Rusiyada, Amerikada və digər ölkələrdə də Azərbaycanı təmsil etməliyik.
Bu zaman Azərbaycanın səsi daha yüksəklərdən gələr. Bu gün mən Rusiyada fəaliyyət göstərirəm
və orada yaşayan azərbaycanlıların qayğısına qalıram. Artıq bu ölkəmiz üçün böyük bir faydadır.

-Siz psixologiya elminin dərinliklərini öyrənəndən sonra öncədəngörmə hissinizdə hansısa irəliləyişlər olubmu?
Yoxsa, bu hissi yalnız İlahi vergisi kimi qiymətləndirirsiz?


-Bu gün psixologiya elmləri doktorları, hətta akademiklər belə Zirəddin Rzayevin elədiklərini təkrarlaya
bilmirlər. Bunun psixologiya ilə heç bir bağlılığı yoxdur. Əksinə, psixologiya mənə həmişə mane olub.

-Yəni sizə heç bir hipnoz amili kömək etmir?

-Sizi inandırım ki, hipnozla bağlı burada heç nə yoxdur. Heç bir alim hipnoz sayəsində gələcəkdən
xəbər verə bilməz. İnsanı hipnoza salanda insan bunu anlayır. Bundan başqa,
İslandiyadakı vulkanı öncədən deməyimi necə hipnozla bağlamaq olar? Mən bu hadisəni 4-5 ay öncədən demişəm.

-Elə isə, öncəgörmə qabiliyyətiniz vasitəsilə deyə bilərsinizmi, Azərbaycanda bu il nələr gözlənilir?


-Açıq desəm, bu il Azərbaycan üçün elə aktual deyil. Bu il Azərbaycanda elə böyük uğursuzluq olmayacaq.
Sadəcə olaraq ilin ortalarında təbiət hadisələrinə bir az diqqət yetirmək lazımdır.
Ümumiyyətlə, Azərbaycan üçün nə siyasi, nə də digər amillərlə bağlı ciddi problemlər gözlənilmir.
Sadəcə ilin ortalarında müəyyən qədər diqqətli olmaq lazımdır.

-Bəziləri Zirəddin Rzayevi qeyri-adi insan kimi qəbul edir.
Onun içdiyi suyun belə qeyri-adi, geyimləri məxsusidir.
Təsbehiniz, üzüyünüz və s. əşyaları özünüz seçirsiniz?


- ... (gülür) Allah kömək olsun! Doğrudan da mən bütün əşyalarımı özüm seçirəm.
Bəzən dostlarım mənə məsləhətlər verirlər ki, nəyisə geyin. Çalışıram ki, onları üzməyim.
Onlar deyən kimi də edirəm. Adətən əşyaları özüm seçirəm. Xüsusən ziynət əşyaları ilə bağlı.

-Daha çox qızılı, yoxsa gümüşü sevirsiniz?

-Hədiyyələrdən qızılı sevirəm.

-Niyə?

-Bəzən jurnalistlər yazırlar ki, “Zirəddin qızıl hədiyyəsini sevir”. Amma sonrakı izahatı yazmırlar.
Qızılı ona görə çox sevirəm ki, dostlar mənə bahalı hədiyyələr verirlər.
Maşın da, bahalı telefon da verən olub. Deyirəm ki, buna çəkilən xərcin yarısını qızıla ver.
Çünki, qızıl həmişə qalır. Amma hansısa bahalı hədiyyə müəyyən müddətdən sonra atılır.

-Sizi görmək istəyən insanlar çoxdur. Onlar sizinlə görüşmək üçün çalışırlar,
həyəcan keçirirlər. Bu istəkləri, həyəcanları siz hiss edirsiniz?


-İnanın Allaha, onlarla bərabər mən də həyəcan keçirirəm.
Sadəcə mən bir nəfərəm deyə, hamı üçün gücüm çatmır. Hətta öz işlərimə belə vaxt ayıra bilmirəm.

-Bəlkə Bakıda nə vaxtsa, bir müddət və yer ayırıb, seans keçirəsiniz?

-Böyük məmuniyyətlə bunu edərdim. İndi siz bunu yazandan sonra çoxlu zənglər gələcək ki,
Zirəddin seans keçirəcək. Düşünürəm ki, bu addım bəyənilməyəcək. Hətta bəzi informasiya vasitələrində pislənəcək də.

-Niyə belə düşünürsünüz?

-Çünki, dəfələrlə mənim haqqımda yalnış informasiyalar yazıblar.

-Belə çıxır ki, siz addım atarkən ətrafınızdakıların nə deyəcəyini fikirləşirsiniz?

-Xeyr. Sadəcə mənimlə görüşmək istəyənlər haqqımda yazılacaq pis fikirlər, həmin kəslərin inancına
mənəviyyatına nüfuz edir. Mən istəməzdim ki, onlar bu fikirlərə inansınlar.

-Axı Zirəddin Rzayev qızıl onluq deyil ki, hamı onu sevsin və tərifləsin.
Əgər min nəfər sizi sevib, yüz nəfər sevmirsə, sevməyənlərə görə, sevənlərdən qaçmaq olmaz axı.
-Adətən hansısa kanalda çıxışdan sonra, telekanalın qarşısında mənimlə görüşmək üçün insan kütlələri toplaşır.
Amma müxtəlif vaxtlarda, müxtəlif efirlərdə məni pisləyən, haqqımda nalayiq sözlər deyənlərə həmin insanlar münasibət bildirmir.

-Sizcə, bu nədəndir?

-İstəməzdim, bunun səbəbini açım. İstərdim ki, insanların mənimlə görüşmək istəyini yox, əsl sevginin sübutunu hiss edim.

-Axı siz öncəgörənsiz, bunu hiss etməyə bilməzsiniz?

-Yəqin ki, gördüyümə görə bunu deyirəm.

-Deməli, sizlə görüşmək istəyi, yalnız nəsə ummaqdan ibarətdir.
Yəni bu sevgi yalnız üzdə, özlərini xoş etmək üçündür, belə düşünürsünüz?


- ... Bilirsiniz, istəməzdim ki, bu fikri səsləndirərək kiminsə ürəyini qırım. Ancaq həqiqəti boğmaq olmaz.
Əgər məni sevirdilərsə, haqqımda deyilənlərə etiraz bildirərdilər. Mən bu dəstəyi görmədim.

-Nə vaxtsa, Zirəddin olaraq, aldanmısınızmı? İstə proqnozlarda, istərsə də başqa nüanslarda.

-Proqnozlarım heç zaman səhv çıxmır. Sadəcə elə şeylər görürəm ki...
Siz qarşımda oturmusunuz. Mən sizdə qələm görürəm.
Ola bilsin ki, siz jurnalist, müəllim, yaxud da hansısa sahədə elm adamısınız.

-Digərlərinə məsləhət verən, kömək edən bir insan, öz çətin anlarında kimdən kömək istəyir?

-Allahımdan. Çünki mənə bütün vasitələri göndərən Allahdır. Hətta saytımda, Nazpəri Dostəliyevanın
mahnısını yerləşdirilib. Mənə deyirlər ki, Nazpəri hara, sən hara. Deyirəm ki, həmin mahnının sözləri,
oxuma tərzi çox xoşuma gəlir. Mahnının adı “Mən Tanrıma üz tuturam”dır. Mən həmişə Tanrımdan kömək istəyirəm.

-Bilirik ki, Bakıda dostlarınız çoxdur. Onlar arasında məşhurlar da var.
Məsələn, Namiq Qaraçuxurlu və Aygün Kazımova. Lakin bu dəfə gələndə
Aygün Kazımova ilə görüşmüsünüz, amma Namiqlə yox. Bu, nə ilə əlaqədardır?


-Namiqlə görüşmək planımda var. Telefonumun SMS yaddaşına kimlərlə görüşmək istədiyimi yazmışam.
Siyahıdakı adlardan biri də Namiqindir. Həyatımda hər ikisinin xüsusi yeri və önəmi var.
Mən onların ayrılacağını da bilirdim. Hətta demişdim ki, onlar il yarımdan sonra ayrılacaqlar.

-Dostlardan söz düşmüşkən, heç dostlar tərəfindən aldadılmısınızmı?

-Məni aldatmaq çox asandır. Hər şeylə məni aldatmaq asandır.
Çünki, mən insanlarla münasibətdə öz gücümdən istifadə etmirəm.
Mənə nəsə deyəndə inanıram. İnsanlara olan inamım məni həmişə aldadır.

-Qarşınızda dayanan kiməsə, fövqəladə gücə malik olduğunuzu sübut etmək üçün nə edərdiniz?

-Mənə inanmayanlara reaksiya vermərəm. Bir də, əgər mən kütlədə gücümü isbat edə bilmişəmsə,
fərdi insana gücümü sübut etməyin lazımsız olduğunu düşünürəm. Bundan başqa,
əgər mən alimlərlə çalışıramsa, mənə digər vəzifəli şəxslər inanırlarsa, müraciət edirlərsə,
kiməsə gücümü sübut etməyə ehtiyac yoxdur. Bir də, mənim verdiyim proqnozlar göz qabağındadır.

-Siz dəfələrlə İsa peyğəmbərdən sitat gətirirsiniz. Bu nə ilə əlaqədardır?

-Sadəcə olaraq onu deyə bilərəm ki, mən müsəlmanam.
Ancaq İsa peyğəmbərin sözlərində böyük hikmət olduğu üçün tez-tez misal çəkirəm.

-Zirəddin Rzyevin oxuculara son sözü nədir?

-Mən iki aforizmi sevirəm. Biri “mən bir şeyi bilirəm ki, mən heç nə bilmirəm”.
İkincisi isə yenə İsa peyğəmbərin sözü, “mühakimə etməyin ki, mühakimə olunmayasınız”.
Mən heç kimi mühakimə etmirəm və mühakimə də olunmaq istəmirəm.
Çalışın heç kimi mühakimə etməyin, sonra mühakimə olunarsınız.


Geri dön

nilayka

  • 6 may 2011 21:30
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
fellow am

--------------------

Yusif

  • 9 fevral 2011 13:26
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler maraqli xeber ucun.....

nice_87

  • 7 fevral 2011 10:02
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
ans de ayin 5i gordumm zirreddini yaxindan masinin nomresin yazimmmmmmmm bir de deyim ki insanlar cox idi ans de

xedice27

  • 7 fevral 2011 01:25
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah sehe can sagligi,uzun omur versin.amin

Made_In_Bakinka

  • 5 fevral 2011 02:56
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
oxumadim tesekkur

Ulya

  • 4 fevral 2011 21:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkkur

Grace_Angel

  • 4 fevral 2011 19:38
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...

--------------------

qaraqan_girl

  • 4 fevral 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
EZIYYETE GORE TWK

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}