Sabah Avropanın diqqəti Nitsada olacaq - Rəqiblərimiz müəyyənləşir

 
Sabah Avropanın diqqəti Nitsada olacaq - Rəqiblərimiz müəyyənləşir

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək. Publika.az xəbər verir ki, Fransanın Nitsa şəhərindəki Akropolis Konqres Mərkəzində (Palais des Congres Acropolis) baş tutacaq mərasim Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.


Azərbaycan püşkatmaya 5-ci səbətdən qoşulacaq. Ev sahibi Fransa tarixdə ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək turnirə birbaşa vəsiqə qazanacaq. Fransadan başqa, Avropanın 53 komandası 9 qrupa bölünəcək. Qrupların 1-də 6, qalanında 5 komanda olacaq.

UEFA bir müddət əvvəl komandaları 6 səbətə bölüb. Səbətlərin tərkibi DÇ-2010-un seçmə və final, AVRO-2010-un seçmə və final, həmçinin DÇ-2014-ün seçmə mərhələlərinin nəticələrinə əsasən UEFA-nın hazırladığı milli komandaların reytinq cədvəlinə uyğun hazırlanıb. İlk 5 səbətdə 9, sonuncuda 8 komanda yer alıb.

1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Hersoqovina.
2-ci səbət: Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa.
4-cü səbət: Çernoqoriya, Ermənistan, Hotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus.
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Cənubi Kipr.
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Faror adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq.

UEFA Avropa çempionatının seçmə mərhələsinin formatında dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra əvvəllər olduğu kimi bütün qruplarda oyunlar eyni gündə keçirilməyəcək. UEFA tərəfindən “Futbol həftəsi” adlandırılan milli matçlar həftəsində qarşılaşmalar cümə axşamından çərşənbə axşamınadək oynanılacaq.


Oyunların başlama saatı olaraq şənbə və bazar günləri Bakı vaxtı ilə saat 21.00 və 23.45, cümə axşamı, cümə günü, bazar ertəsi və çərşənbə axşamları 23.45 müəyyənləşdirilib.
Bu formata görə, ilk matçını cümə axşamı oynayan yığmalar ikinci oyununu bazar günü, ilk matçını cümə günü keçirən komandalar isə ikinci oyununu bazar ertəsi, ilk matçını şənbə günü oynayanlar isə ikinci oyununu çərşənbə axşamı keçirəcək. Beləliklə, futbolsevərlər daha çox oyun izləmək imkanına sahib olacaq.

AVRO-2016: seçmə mərhələnin oyun günləri
1-ci oyunlar: 7-8-9 sentyabr 2014
2-ci oyunlar: 9-10-11 oktyabr 2014
3-cü oyunlar: 12-13-14 oktyabr 2014
4-cü matçlar: 14-15-16 noyabr 2014
5-ci matçlar: 27-28-29 mart 2015
6-cı matçlar: 12-13-14 iyun 2015
7-ci matçlar: 3-4-5 sentyabr 2015
8-ci matçlar: 6-7-8 sentyab 2015
9-cu matçlar: 8-9-10 oktyabr 2015
10-cu matçlar: 11-12-13 oktyabr 2015


53 yığmanın mübarizə aparacağı 6 komandalı 8 və 5 komandalı 1 qrupda ilk iki sıranı tutan 18 komanda və ən yaxşı üçüncü, həmçinin meydan sahibi Fransa birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Qalan 4 vəsiqənin sahibi isə 8 qrupda üçüncü yeri tutmuş komandalar arasındakı play-off matçlarında müəyyənləşəcək.

AVRO-2016: play-off mərhələsinin oyun günləri
1-ci matçlar: 12-13-14 noyabr 2015
2-ci matçlar: 15-16-17 noyabr 2015

AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi 2015-ci ilin 12 dekabrında Fransanın paytaxtı Parisdə keçiriləcək. Finala vəsiqə qazanmış 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Vacib qeydlər:

Seçmə mərhələdə 5 komandalı qrupda yer alan komandalar rəsmi matçları olmayan milli matç həftələrində AVRO-2016-nın ev sahibi Fransa ilə yoxlama oyunu keçirəcək.

UEFA-nın yaydığı məlumatda bildirilir ki, TV yayım haqqlarına görə İngiltərə, Almaniya, İspaniya, İtaliya və Hollandiya 5 komandalı qrupa düşməyəcək.


UEFA İdarə Heyətinin qərarına əsasən, siyasi səbəblərdən Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq eyni qrupda yer almayacaq.


Geri dön

Angry Boy

  • 2 mart 2014 08:19
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
tesekkurler melumat ucun

джин щенки

  • 1 mart 2014 17:33
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
TƏŞƏKÜÜRLƏR

melek_19

  • 25 fevral 2014 00:07
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun...

--------------------

GuNaY_83

  • 24 fevral 2014 17:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler

--------------------

Banned549678

  • 23 fevral 2014 22:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çoooox sağoLunn love

^^Nazlı Şeytan^^

  • 23 fevral 2014 21:58
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Damlam

  • 23 fevral 2014 18:59
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
COX SAQOLUN TEWEKKURLER... ))))))))))))))))))))))

--------------------
http:///user/İmza/

Qaranliqda_tek

  • 23 fevral 2014 18:25
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

prosta ema

  • 23 fevral 2014 15:44
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
tewekkurler

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Qaska_Quli

  • 23 fevral 2014 15:10
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
((sagolunnnnnnnnnnnnnnn))

--------------------

PércyDarkMoon

  • 23 fevral 2014 14:59
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler

--------------------

__MB__

  • 23 fevral 2014 14:53
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərr

Marshall Mather

  • 23 fevral 2014 14:39
  • Məqalə: 4
  • Şərh: 19
  • Bal:
{awards}
Uğurlar!!! wink

AYKA ŞOKOLADKA

  • 23 fevral 2014 14:29
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
tewekkurlerrrrrr

--------------------

PSIXOPATKA

  • 23 fevral 2014 14:08
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBERE GORE TWK

--------------------

Banned549678

  • 23 fevral 2014 13:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çoooox sağoLunn love

ღ★ Firuzə ★ღ

  • 23 fevral 2014 13:45
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlər..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}