Ərəb domino effekti

 
Ərəb domino effekti

Ərəb dünyası əvvəlcə Tunisdə, daha sonra isə Misirdə baş verən hadisələri olduqca diqqətlə izləyir.
Misirdə kütləvi nümayişlər üsyançıların Tunis prezidentini ölkədən qaçmağa məcbur etməsindən sonra başladı.
Bu, 1989-cu ildə Şərqi Avropada vəziyyətin dəyişməsi ilə nəticələndiyi kimi domino effekti verə bilərmi?

İki həftədir davam edən etirazlardan lərzəyə gələn Misir kimi güclü və stabil ölkə etibarını itirdi. Hakimiyyətə aşkar itaətsizlik və prezident Hüsnü Mübarəkin istefasına çağırış dövlət başçısının bu ilin sentyabr ayına təyin edilən prezident seçkisində namizədliyini irəli sürməyəcəyinə dair vəd verməsinə gətirib çıxardı. Lakin Mübarək tutduğu vəzifədən dərhal getməyə hazırlaşmır və deməli hələ etirazlar davam edir. Kimin qalib gələcəyini demək isə hələ ki, çətindir.

Tunisdə olduğu kimi, Misirdə də insanlar ağır iqtisadi şərtlərlə yaşayırdı; hakimiyyət korrupsiyalaşmışdı; xalqın siyasi sistemdən narazılığını ifadə etmək üçün çox az imkanı var idi.

Yanvarın 25-də minlərlə nümayişçi Qahirənin mərkəzində və ölkənin digər şəhərlərində toplaşaraq “İnqilab günü” keçirəcəklərinə dair bəyanat verdilər. Ölkə bu qədər sayda nümayişçi 1970-ci illərdə “çörək qarışıqlığı” zamanından bu yana görməmişdi. Polisin buna cavabı isə su şırnağı və rezin güllələr oldu. Və bu, camaatda qəzəbli reaksiyaya səbəb oldu. Hadisələr bir neçə gün kütləvi qarşıdurmalarla müşayiət olundu, təqribən 300 nəfər öldü, yüzlərlə insan yaralandı.

Bir çox ekspertlər hesab edirlər ki, küçə etirazlarının gücü Misirdə dəyişikliyin qaçılmaz olduğundan xəbər verir. Lakin bu nə dəyişiklik olacaq, hələ ki, anlaşılmazdır.

ABŞ “nizamlı qaydada” daha demokratik sistemə keçilməsinə çağırır. Qərb ölkələri hakimiyyət vakuumu və formalaşmaqda olan xaosun hərbiləşdirilmiş islamçı qruplaşmaların çiçəklənməsinə gətirib çıxara biləcəyindən ehtiyatlanırlar.

Yox əgər ölkədə azad və ədalətli seçki keçirilərsə, mühafizəkar islamçı “Müsəlman qardaşları” hərəkatı ehtimal ki, təsirli nəticələr göstərəcək. Lakin hazırda heç kim bu təşkilatın öz məqsədlərinə - İslam qanunları ilə işləyən, bununla belə demokratik prinsiplərin rəhbər olduğu dövlət yaratmağa nail olub-olmayacağına dair suala cavab verə bilməz. Bəs “Müsəlman qardaşları”nın Misirdə hakimiyyətə gəlməsi ölkənin ABŞ və İsraillə münasibətlərinə necə təsir göstərəcək?


Yəmən

Yəməndə bir neçə gün davam edən etiraz aksiyalarından sonra 30 ildir ölkəni idarə edən prezident Abdulla Saleh fevralın 2-si bəyan etdi ki, növbəti seçkidə namizədliyini irəli sürmək niyyətində deyil. Bundan əlavə o, hakimiyyəti oğluna vermək istəmədiyini də bildirib. Daha sonra hökumət əvvəllər etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunan 36 nəfəri azad edib. Eyni zamanda prezident dövlət büdcəsindən maliyyələşən idarə işçiləri və silahlı qüvvələrdə xidmət edən hərbçilərin maaşlarını artırdı.

Saleh qəzəbli kütləni sakitləşdirmək üçün gəlir vergisini iki dəfə azaltmaq və bazar məhsullarının qiymətlərinin dövlətin nəzarətinə götürülməsinə dair əmr verdi.

Qeyd edək ki, Yəmən bütün ərəb ölkələri arasında ən kasıbıdır. Burada əhalinin təqribən yarısının gündəlik dolanışıq pulu 2 dollardan belə az təşkil edir.

Əlcəzair

Əlcəzair 1992-ci ildən fövqəladə vəziyyət şəraitində yaşayır və paytaxtda nümayişlər qadağan olunub. Vaxt ötdükcə ölkənin digər rayonlarında etiraz aksiyaları keçirilirdi, lakin son həftələr bu aksiyalar bütün ölkə ərazisində, o cümlədən ilk dəfə olaraq paytaxtda müşahidə olunmaqdadır. Lakin burada gərginliyin inkişafı Tunisdə olduğu kimi baş vermədi.

Müşahidəçilərin fikrincə, kütlənin ehtirasının soyumasına təhlükəsizlik qüvvələrinin ölkədə baş verənlərə nisbətən sakit reaksiya verməsi və hakimiyyətin qiymət artımını cilovlamağa cəhd göstərməsi səbəb oldu. Əlcəzair hökuməti neft və qaz ixracından əldə olunan əhəmiyyətli vəsaitə malikdir. Rəhbərlik nəhəng dövlət xərcləri proqramları hesabına ictimai narazılığın qarşısını almağa çalışır. Lakin bununla belə ölkədə işsizlik, korrupsiya, bürokratiya və siyasi islahat çatışmazlığı kimi problemlər qalmaqdadır.

Liviya

Polkovnik Müəmmar Qəddafi artıq 41 ildir ölkəni idarə edir – bu müasir Afrika və Yaxın Şərq üçün rekord göstəricidir. Qonşu Tunisdə prezident ölkədən qaçdıqdan sonra Qəddafi dedi: “İndi Tunis qorxu içində yaşayır”.

Hazırda Liviyada istənilən etiraz aksiyası ciddi şəkildə qadağan olunub, lakin son vaxtlar liman şəhəri Əl-Beydədə həyəcanların baş verməsi barədə məlumatlar daxil olmaqdadır. Ölkə hökuməti isə bu yaxınlarda mənzil tikintisi xərclərinin artırıldığını bəyan edib.

İordaniya

Bütün ölkə ərazisini əhatə edən kütləvi etiraz aksiyalarının təsirindən, kral Abdulla 1 fevral tarixində hökuməti istefaya göndərdi və yeni baş nazir Maruf Bahitə siyasi islahatlara başlamaq barədə göstəriş verdi.

Regionun digər ölkələrində olduğu kimi, İordaniyada da yoxsulluq və işsizlikdən narazılıq artır, bundan əlavə nümayişçilər yeni hökumət başçısı seçkisinin keçirilməsini tələb edirlər.

Mərakeş

Tunisdə olduğu kimi Mərakeş də ciddi iqtisadi problemlərlə qarşılaşır. Bundan əlavə, ölkə hökuməti korrupsiyada ittiham olunur. “WikiLeaks” saytının bu ölkədə rüşvətin artması barədə məlumatlar dərc etməsindən sonra Mərakeşin etibarına ciddi ziyan dəydi.

Lakin Mərakeşdə Misir və Əlcəzairdə olduğu kimi məhdud da olsa özünü ifadə etmək azadlığı az da olsa var və bu ölkə hakimiyyətinə hələ ki, xalqın qəzəbinin qarşısını almaq nəsib olur.
Burada da İordaniyada olduğu kimi monarxiyadır və ictimaiyyət kral ailəsinə bütövlükdə müsbət yanaşır.


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:50
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tewekkurler

--------------------

Yusif

  • 9 fevral 2011 13:25
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler maraqli xeber ucun.....

Made_In_Bakinka

  • 5 fevral 2011 02:41
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler xeber ucun....

Ulya

  • 4 fevral 2011 21:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

Grace_Angel

  • 4 fevral 2011 19:31
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}