Allahla Peyğəmbər arasında vasitəçi

 
Allahla Peyğəmbər arasında vasitəçi

Cəbrail - ərəb dilində "Allahın kişisi, Allah adamı" mənalarını ifadə edir. O, Allaha yaxın olan dörd mələkdən biri və onlardan Allaha ən yaxın olandır. Vəhy mələyi, Allahla Peyğəmbər (s.ə.s) arasında vasitəçidir.

Qurani Kərimdə Cəbrail adına üç yerdə rast gəlinsə də, ümumilikdə onunla əlaqəli 18 ayə nazil olmuşdur: "Bəqərə", 87, 97, 98, 253; "Nisa",17; "Maidə",110; "Nəhl", 2, 102; "Ənkəbut", 17, 19; "Şüəra", 193; "Ğafir", 15; "Nəcm", 6; "Təhrim", 4; "Məaric", 4; "Nəbə", 38; "Təkvir", 19; "Qədr", 4). Qeyd olunan ayələrdə vəhy mələyi bu adlarla təqdim olunmuşdur: Ruhul-qudus, Ruhul-Əmin, Ruh, enlçi, Namusi-əkbər,

Əzəmətli ruh.

Həzrət Cəbrail peyğəmbərlərə vəhy nazil etməklə yanaşı, Allahın izni ilə bir çox işlərdə də onlara kömək etmiş, ölümdən nicat vermiş, qövm və düşmənlərini həlak etmişdir. Həzrət Cəbrail ilk dəfə Peyğəmbərin (s.ə.s) görüşünə Məkkənin yaxınlığında yerləşən Hira dağına gəlir və Allah tərəfindən nazil olan "Ələq" surəsini çatdırır. O, Peyğəmbərin (s.ə.s) görüşünə gəldiyi zaman əməlisaleh səhabə Dihyə Kəlbinin surətinə düşərdi. Yalnız ilk dəfə Hira dağına gəldikdə və Merac gecəsi öz surətində gəlir. Həzrət Cəbrailin Məhəmməd peyğəmbərlə (s.ə.s) görüşü 23 il davam edir və bu müddət ərzində Quran tam şəkildə nazil olur. Bununla yanaşı, hər Qədr gecəsində Onun yanına gələr və o vaxta qədər nazil olan Quran ayələrini Peyğəmbərə (s.ə.s) təkrar etdirərdi. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdiyi il Onun yanına son dəfə gəlir və Quranı ona oxutdurur.

Həzrət Cəbrail Adəm peyğəmbərə (ə) on iki, Nuh peyğəmbərə (ə) əlli dəfə, İbrahim peyğəmbərə (ə) qırx, Musa peyğəmbərə (ə) dörd yüz dəfə, İsa peyğəmbərə (ə) on, Həzrət Məhəmmədə (s.ə.s) isə iyirmi dörd min dəfə nazil olaraq onlara İlahi hökmləri çatdırıb.


Geri dön

Yusif

  • 9 fevral 2011 13:24
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
Allah

Made_In_Bakinka

  • 5 fevral 2011 01:54
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
cox tesekkurler

Lexikon

  • 4 fevral 2011 21:37
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sagol tewekurler..........

Ulya

  • 4 fevral 2011 21:09
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol.maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 65
Cəmi: 101

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 35
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 54
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}