Huş itəndə

 
Huş itəndə

Birdən-birə baş verən halsızlıq, zəiflik, əl və ayaqlarda keyimə, tərləmə, başgicəllənmə... və sonunda şüurun (huşun) itməsi. Sadalananlar ürəkkeçmənin - bayılmanın ilkin əlamətləridir. Ürəkkeçmə, əsasən, beyin anemiyası, yəni beynə qan axınının azalması, qeyri-bərabər paylanması nəticəsində baş verir. Ürəyi keçmiş insanın şüuru qısa müddət ərzində sönüb yenidən canlanır.

Hisslər cilovlanmayanda

Yeddi ildir ki, ürəkkeçmədən əziyyət çəkdiyini deyən Zakirə Nağıyevanın dediyi sözlərinə görə, həyəcan, stress keçirən kimi huşunu itirib yıxılır: “Təbiətcə həddindən artıq emosional, həssas bir insanam. Ətrafda baş verən hər şeyə ciddi reaksiya verir və tez həyəcanlanıram. Özümü sakitləşdirə bilməyib stress keçirir və bundan sonra da huşumu itirib yıxılıram. Dəfələrlə həkimə müraciət edib müayinə olunmuşam. Bir kurs müalicə də almışam. Ancaq bir nəticə olmayıb. Həkimlərin dediyinə görə, ciddi bir xəstəliyim yoxdu, sadəcə həyəcanlananda, stress keçirəndə beynimə qan yaxşı getmir və bu səbəbdən də huşumu itirirəm”.

Gözlər qaralır, baş gicəllənir...

Həkim-terapevt Şəhla Abbasovanın açıqlamasına görə, beyinə qan iki arteriya - daxili yuxu və onurğa arteriyaları vasitəsilə keçir. Bu arteriyalarda yaranan problem səbəbiylə beyinə qan getmədikdə beyin anemiyası yaranır və ürəkkeçmə halı baş verir.

Əksər hallarda insanın ürəyi qəflətən keçir. Lakin çox vaxt özündən gedib huşunu itirməmiş bir sıra əlamətlər müşahidə edilir. Rəngi bütünlüklə solur, özünü pis hiss edir, sıxılır, ürəyi bulanır, gözləri qaralır, qulaqları cingildəyir, başı gicəllənir, dərin nəfəs ala bilmir, bəzən bədəni soyuq tərlə örtülür. Ürəkkeçmə başlanan kimi huşunu itirib yıxılır, bəbəkləri genişlənir, nəbz kiçik və sürətli, tənəffüs səthi və gec-gec olur, dəri örtükləri, görünən selikli qişaları kəskin surətdə solur. Ürəkkeçmə adətən çox çəkmir. Bir neçə saniyə, yaxud dəqiqə sonra xəstə yenidən özünə gəlir. Tədricən özünü normal hiss etməyə başlayır: “Ürək keçib yıxılan zaman bəzən bədəninin hər hansı bir hissəsi, xüsusilə aşağı ətraflar zədə almış olur. Bu səbəbdən huşunu itirib yıxılan insanın özünə gəldikdən sonra bədənin müəyyən hissələrində cüzi ağrılar hiss etməsi normaldır”.

Ürəkkeçmə yaradan səbəblər

Həkimin sözlərinə görə, bayılma bəzən psixi amillər, diksinmə, şiddətli ağrının təsirindən də baş verir. Qadınların və ümumiyyətlə, həssas, emosional, əsəbi, zəif adamların ürəyi tez-tez keçir. Yorğunluq, stress, həyəcan, qorxu, təzyiqin yüksək və ya aşağı olması, qanazlığı, qan itirmə, aclıq zamanı da bayılma halları müşahidə olunur. Hər hansı bir hadisəyə ürəkdən sevindikdə də sevincdən ürəkkeçmə baş verir. Bəzən uzun müddət yatmış, uzanmış xəstə ayağa durarkən, zəif düşdüyü üçün, özündən gedir, huşunu itirir. Çox vaxt ağrı hissi olmadığı halda hələ başlanmamış ağrını yalnız təsəvvür edib ondan qorxur, qan, yara gördükdə, həm ağrı çəkib, həm də qorxduqda və sair hallarda huşunu itirib yıxılır: “Ürəkkeçmənin bu forması təhlükəli sayılmır və sadalanan səbəblər ucbatından huşunu itirən insanın həkim müayinəsindən keçib müalicə almasına ehtiyacı yoxdur”.

Kardiogen bayılma

Ş.Abbasova deyir ki, bəzən ürəkkeçmə müxtəlif ürək xəstəlikləri səbəbindən də baş verir. Bu kardiogen bayılma sayılır. Kardiogen bayılma ürək ritminin pozğunluqları - aritmiyalar zamanı müşahidə olunur. Yorğunluq, nikotin, alkoqol, müxtəlif mənfi, hətta müsbət emosiyalar, həddi-buluq dövrü, klimaks, hamiləlik, vegetativ nevrozlar, angina, şəkərli diabet, narkoz, qarın boşluğu üzvlərinin patologiyası, infeksion xəstəliklər, ürək qüsurları, arterial hipertoniyalar, ürəyin işemik xəstəliyi, bir çox digər xəstəliklər və müxtəlif faktorlar ürək ritminin pozulmasına gətirib çıxarır. Ürək ritmi pozulan zaman tez-tez müşahidə olunan əlamətlərdən biri də ürəkkeçmədir: “Miokard infarktı zamanı da ilk olaraq xəstədə kardiogen bayılma baş verir. Döş qəfəsində sıxılma, kəskin ağrı hiss edən xəstənin bir neçə dəqiqədən sonra ürəyi keçir. Digər ürəkkeçmədən fərqli olaraq kardiogen bayılma zamanı xəstə uzun müddət huşsuz qalır və çətinliklə özünə gəlir”.

Ürəyi keçənə yardım

Həkim-terapevtin söylədiyinə görə, beyin anemiyası səbəbindən baş verən ürəkkeçməni müalicə etmək üçün ilk olaraq beyindəki qan dövranı bərpa edilməlidir. Bu məqsədlə xəstəni dərhal uzandırmaq və başını aşağı əymək lazımdır. Belə vəziyyət qanın beyinə axmasına kömək edir. Xəstənin döş qəfəsini sıxan və onun sərbəst tənəffüs almasına mane olan geyimləri çıxarmaq, yaxud genəltmək, pəncərəni açıb otağa təmiz hava buraxmaq lazımdır. Xəstəni naşatır spirti kimi qıcıqlandırıcı maddələr iylədib burnunun selikli qişasını qıcıqlandırmaq da məqsədə müvafiqdir. Xəstə özünə gəldikdən sonra ona oyadıcı maddələr - qəhvə, pişikotu damcısı kimi şeylər verilməlidir. Xəstə bir müddət dinc və rahat vəziyyətdə uzanmalıdır: “Ürək xəstəlikləri səbəbindən baş verən ürəkkeçmə təhlükəli sayılır və bu səbəbdən də xəstə mütləq həkimə müraciət edib müayinə olunmalıdır. Əks təqdirdə ürəkkeçmələr tez-tez təkrarlana və xəstənin vəziyyəti daha da ağırlaşa bilər”.


Geri dön

_YaLaN_DuNyAm_

  • 8 mart 2014 17:19
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
tewekkurlerrrrrr

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

ヅ Bad Girl ヅ

  • 3 mart 2014 18:42
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

--------------------

Angry Boy

  • 1 mart 2014 18:15
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tesekkurler meqale ucun

BaNTiKLi_CiCiWKa:)

  • 28 fevral 2014 16:16
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
TeWeKKuRLeR XeBeRe GoRe

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 fevral 2014 00:35
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagol:)

Allahi_Unutma

  • 25 fevral 2014 19:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
“Ürək xəstəlikləri səbəbindən baş verən ürəkkeçmə təhlükəli sayılır və bu səbəbdən də xəstə mütləq həkimə müraciət edib müayinə olunmalıdır. Əks təqdirdə ürəkkeçmələr tez-tez təkrarlana və xəstənin vəziyyəti daha da ağırlaşa bilər”.

CholkaliDovwanka

  • 25 fevral 2014 17:51
  • Məqalə: 5
  • Şərh: 177
  • Bal:
{awards}
Teshekkurler ^^

Banned1

  • 25 fevral 2014 17:46
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TeWeKKuRLeR MeLuMaTa GoRetongue

Damlam

  • 25 fevral 2014 17:28
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
HMMMMMMMMMMMMM TEWEKKURLERRRRRRRRRRRRRRRRRRRR

--------------------
http:///user/İmza/

aska rico

  • 25 fevral 2014 16:54
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

prosta ema

  • 25 fevral 2014 16:46
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
tewekkurler

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

İTMİŞ_ŞƏHZADƏ

  • 25 fevral 2014 16:32
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
meqalecun twkler

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Payız qoxulu

  • 25 fevral 2014 15:53
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

__MB__

  • 25 fevral 2014 15:51
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərr

^^Nazlı Şeytan^^

  • 25 fevral 2014 15:17
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

AyliN BunyaminovA

  • 25 fevral 2014 14:25
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
tewekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 fevral 2014 14:24
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagol:)

Banned549678

  • 25 fevral 2014 14:17
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
SağoLun məqaLəyə görƏ tongue

Roya_____

  • 25 fevral 2014 14:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

Aydan95

  • 25 fevral 2014 13:52
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

Milyonerka

  • 25 fevral 2014 13:50
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
teshekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

ღ★ Firuzə ★ღ

  • 25 fevral 2014 13:20
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çox sağolun

--------------------

TeNHa AwiQ

  • 25 fevral 2014 13:10
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
Tewekkru Edirem Cox Sagolun .

melek_19

  • 25 fevral 2014 12:07
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

PSIXOPATKA

  • 25 fevral 2014 11:54
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH KOMEY OLSUN

--------------------

Qaska_Quli

  • 25 fevral 2014 11:29
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
___sagolunnn___

--------------------

prosta barbi

  • 25 fevral 2014 10:51
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

melek_19

  • 25 fevral 2014 09:30
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}