Qadın qorxusu

 
Qadın qorxusu

Səbəbsiz qorxu hissi sizə məlumdur? Sanki bu dəqiqə ürəyiniz gedəcək. Bütün bunlar qorxulu hadisə
zaman deyil, adi məişət şəraitində - evdə, küçədə və ya nəqliyyatda baş verir. Birlikdə qadın qorxuları ilə tanış olaq. Psixoloqlar bir neçə qadın qorxusunu aşkar ediblər.

Tənha qalmaq qorxusu
Simptomları
Qorxursan ki, uzun müddət həyat yoldaşına maraqlı olmayasan və o, sənə əvəz tapsın. Bunu düşünmək sizi dəhşətə gətirir. Əgər hələ də həyatında heç kim yoxdursa, narahat olmağa başlayırsan. “Mən ömür boyu tənha qalacağam.” – deyirsən Əgər tale səni başqa ölkəyə, şəhərə gətirib çıxarıbsa, dost və rəfiqələrdən təcrid olunacağından qorxursan.

Yaranma səbəbləri.
İnsan uzun müddət tənha qala bilmir. Tənhalıqda nadir insanlar özünü rahat hiss edir. İstənilən psixoterapevt bu rahatlığı çatışmamazlıq hesab edir. Qadınlar kişilərə nisbətən tənhalığı daha çətin keçirir. Həyatında kiminsə olmaması ona oksigen çatışmamazlığı kimi gəlir.

Necə mübarizə aparmalı
Tənha qalmaq qorxusu sağlamlıq üçün zərərlidir. Buna görə də gözləyib qorxmaqdansa mübarizə aparmaq lazımdır. Həyatında heç kim yoxdur? Kluba get, kurslara yazıl və.s. Əgər artıq yarınızı tapmısınızsa bu lap əla. Ürəyi aldatmaq olmaz. Onun səni sevdiyini hiss etməlisən. Elə Vəziyyət yarat ki, onun sənsiz yaşaya bilmədiyini hiss edəsən.
Ümimiyyətlə özünü daha çox sev və qiymət ver. Qorxuya qalib gəl. Əgər həyatında kiminsə olmasını istəyirsənsə sadəcə insanlarda daha çox yaxşı xüsusiyyətlər axtar. Əmin ol ki, bütün qorxular yoxa çıxacaq. Sən sadəcə yaşamağı bacar.

2. İşini itirmək qorxusu
Simptomları
Müdirin tərəfindən kiçik danlanmadan belə qorxursan. Tapşırıqları yerinə yetirmək üçün bütün işlərdən yapışırsan, hamısının ardınca qaçırsan və nəticədə heç birini çatdırmırsan. Müdirə sübüt etmək istəyirsən ki, hamıdan yaxşısan və ən yaxşı yeri qazanmağa layiqsən. İşdən sonra qalırsan, istirahət günləri də işləyirsən. Nəticədə xroniki yorğunluq və yuxusuzluq baş verir.

Yaranma səbəbləri
Təcrübədəndir. Ən azı həyatınızda bir dəfə də olsun cibinizdəki qəpikləri sayaraq 100 manatlıq iş haqda düşünmüsünüzsə və daha sonra işə sahib olduqdan sonra onu itirməkdən qorxmusunuz. Yəqin ki, uşaqlıqda – valideyn hesabına yaşadığımız dövrdə yalnız bizə verilən pul qədər nəyisə almağa gücümüz çatırdı. Buna görə də bu qorxu hər birimizdə var.

Necə mübarizə aparmalı.
İki halda iş itirmək qorxulu deyil: əgər əminsinizsə, istənilən zaman başqa şirkətə keçə bilərsiniz, ikincisi işinizdə professionalsınız. Ən yaxşı halda ehtiyat iş yeri tapmaq və ya özünüzü mütəxəssis kimi hazırlamalısınız. İş yerində daimi qalmaq üçün bir üsul da var: şirkətdə heç kimin bilmədiyi işin bir neçə sirrini öyrənin. Belə halda siz əvəzsiz olacaqsınız.

3. Doğuşdan qorxu
Simptomları
Hamiləlik haqda danışılanda sizə soyuq tər gəlir. Beyninizdə uğursuz və ölümlə nəticələnən doğuşlar haqda kolleksiya var. Doğuşdan sonra çəki almış “analar”a dəhşətlə baxırsınız. Hətta uşaq evindən övlad götürmək haqda düşünürsünüz. Lakin əslində tam sağlamsınız və normal doğuş edə bilərsiniz.

Yaranma səbəbləri.
Qadınların danışdığı söhbətlərdən və həddini aşmış telesujetlərdən. Doğuş həqiqətən də çətin görünür. Qadının qışqırıqları insanda dəhşətli və ağrılı təsəvvürlər yaradır.

Necə mübarizə aparmalı
Ətrafa nəzər salın! Minlərlə qadın bir uşaqdan sonra belə 2-ci, 3-cü övladını dünyaya gətirir. Əgər hər şey belə dəhşətli olsaydı sizcə, onlar növbəti dəfə buna gedərdilər. Siz özünüz də, dünyaya bu yolla gəlmisiniz. O zaman ananızdan bunun nə dərəcədə dəhşətli olduğunu soruşun. Ananız hər şeyə aydınlıq gətirəcək. Çünki doğuş ağrıları bir neçə saat sonra unudulur.


Geri dön

Yusif

  • 9 fevral 2011 13:20
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
sizede twkler

nilayka

  • 5 fevral 2011 02:37
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cpx maraqliydi twk

--------------------

AYLIN040

  • 4 fevral 2011 22:39
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
ÇOX SAGOLUN MARAQLIDI TƏŞƏKKÜRLƏR

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

Ulya

  • 4 fevral 2011 21:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Lexikon

  • 4 fevral 2011 20:04
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
sevgi qorxusu barede de yazilsa idi bezi xanimlar oxuyub ibret alardilar muelife twk.........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}