“Nas” surəsi

 
“Nas” surəsi


Şeytanlar və şeytan sifət insanların təhlükəsi barədə.


بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ مَلِكِ النَّاسِ إِلَهِ النَّاسِ مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ مِنَ الْجِنَّةِ وَ النَّاسِ

“Nas” surəsinin kəlmələri:
ب - ilə, اسم - ad,
بسم- (باسم) adı ilə
الله - Allah
ال - müəyyənlik və məlum
الرحمن - çox rəhm edən,çox mehriban, çox bağışlayan; bu dünyada hamıya qarşı mehriban və bağışlayan
الرحيم - bağışlayan və mehriban, axirətdə yalnız iman gətirənlərə qarşı mehriban və bağışlayan
قل - de
اعوذ - pənah aparıram
رب - dolandıran, yaradan, tərbiyyələndirən, həqiqi malik, məxluqatı yaratdıqdan sonra özbaşına buraxmayıb tərbiyə və nəzarət edərək yol göstərən
ناس- camaat, insan
الناس - bütün camaat, insanlar
ملك - şah, sultan
اله - sitayiş və pərəstiş olunan, məbud, pənahgah, bir varlıq ki, fikrlər və düşünçələr onu dərk etməkdə acizdirlər
من - dan, dən (şəkilçi)
وسواس - şeytan, şeytanın vəsvəsəsi, şeytanın hiyləsi, xüsusi pisxoloji (ruhi) xəstəlik
خناس - şeytan, çox pis mövcud, təhlükəli və fasid mövcud, bəzən gizli və bəzən aşkar olan mövcud, insanı aldadan bir varlıq
الذى - o ki, elə bir şəxs ki,
يوسوس - aldadar, azdırar, pis fikrləri insanın qəlbinə salar
فى - da, də
صدور - sinələr
جنة - cin, gözlə görünməyən bir varlıq

Hərfi tərcümə

De: pənah aparıram camaatın yaradanına, camaatın padşah, sultan, və malikinə, camaatın məbuduna (ibadət etdikləri varlığa) şeytanın vəsvəsəsinin şərrindən, o şeytan ki, insanların sinəsində vəsvəsə edər. O vəsvəsə edən ki, insan və cindən ola bilər.

“Nas” surəsinin təfsiri

Qurani - Kərimin axırıncı surəsi olan bu surədə Allah-Təala Peyğəmbər (s)-i rəhbər kimi çamaata göstərərək buyurur: “De pənah aparıram çamaatı yaradan və tərbiyə edənə”
قل اعوذ برب الناس
Belə fikrləşmək olur ki, Allah-Təala Peyğəmbər (s) kimi bir şəxsiyyətə pənah aparmağı və Allaha sığınmağı əmr edirsə, bizə lazımdır ki, bu məsələdə daha çox diqqət edək və bir an da Allaha pənah aparmaqdan qafil olmayaq.
Ardıyca buyurur: “Camaatın malik və padişahına”
ملك الناس
“Camaatın məbuduna”
اله الناس
Diqqət etməli budur ki, burada Allah-Təalanın böyük sifətlərindən olan üç sifəti (Rəbb, Malik və Məbud) gətirilir və bildirilir ki, bu sifətlər insanın tərbiyəsində böyük rol oynayaraq onu vəsvəsə edənlərin caynağından xilas edə bilir.
Əlbəttə pənah aparmaqdan məqsəd bu deyil ki, insan təkcə bu sözləri dili ilə desin. Bəlkə (əksinə olaraq - red.) lazımdır ki, onu əməli surətdə həyata keçirsin. Əməldə də Allaha pənah aparsın. Şeytani yollardan uzaq olsun. Şeytani məclislərə getməsin, şeytani fikrlərin yerini, ilahi fikrlərlə dəyişdirsin. Yoxsa əmələn şeytani işləri edib, dildə bu sözləri ifadə etməklə insan hər bir təhlükədən xilas ola bilməz.
Surənin davamında Allah-Təala buyurub:
“xənnasın vəsvəsəsinin şərrindən ”
من شرالوسواس الخناس
“O, kəsdən ki, insanların sinələrində vəsvəsə edir”
الذى يوسوس فى صدور الناس
Bu vəsvəsə edən elə bir imkana malikdir ki, insanın qəlbini öz yuvasına çevirir, onun ixtiyarını ələ alır, imanını oğurlayır və nəhayət insanın abrını, qeyrət və namusunu, mal və dövlətini, daxili rahatlığını bərbad edir.
“Cindən və insandan olan vəsvəsə edən”
من الجنة والناس
Bəli pənah aparıram Allaha, çox ziyanlı, fəsadlı olan bir mövcuddan ki, şeytan adlanır. İstər bu şeytan cin tayfasından olsun ya insan, istər gözə görünən olsun ya görünməyən məhsus (hiss olunan – red.) bir varlıq olsun ya hiss olunmayan. Bir sözlə hər nə məni Allah-Təaladan uzaqlaşdıracaq, məni Allahın izzət kölgəsindən çıxarıb, şeytan və şeytan sifətli məxluqatın zillət kölgəsinə salacaqsa ondan böyük olan Allaha pənah aparıram.

“Nas” surəsinin hədəfi

1- Bu surədən belə alınır ki, ən əzəmli insanlar da daimi Allaha pənah aparmalıdır.
2- Bu surənin ali hədəfi əvvəlcə insani həqiqi məbudun tərəfinə yönəlməkdir. Sonraki mərhələdə isə təhlükə elan edilərək insanlar iki böyük şərr qüvvədən - şeytanlar və şeytan sifət insanlardan qorunmağa cağırılır.
3- من الجنة والناس “Cinlərdən və insanlardan ” ibarət olan vəsvəsə edənlər cümləsindən belə məlum olur ki, vəsvəsə etmək təkcə Allah dərgahından qovulmuş iblisə məxsus deyil. Bu sözün geniş mənası vardır. Hər bir fəsad törədən mövcudlara da aid olur (mikrob kimi). “Xənnas” deyəndə həm o şeytana həmdə onun kimi olan insanlar və cinlər də nəzərdə tutulur.
İlahi! Bizi şeytan və şeytana xidmət edən bütün məxluqatın şərrindən qoru; onların şərrindən sənə, rəbbimizə, padşahımıza, məbudumuza, pənah gətiririk!
Amin, ya Rəbbəl aləmin.

“Nas” surəsinin xüsusiyyətləri

1- İnsan daim şeytanların vəsvəsəsilə üzləşir. İnsanlardan və cinlərdən olan şeytanlar çalışırlar ki, onu azdırsınlar. İnsanın məqamı yüksəldikcə onun düşmənləri də böyüyür. Onun çaşmasına əvvəlkindən artıq vaxt və güc sərf edirlər. Bu sürədə Allah-Təala göstəriş verir ki, şeytanların şərrindən ona pənah aparaq.
“Nas” surəsinin Məkkədə və Mədinədə nazil olması bərədə fikir ayrılığı vardır. Amma Məkkədə nazil olmasına ehtimal daha artıqdır.
2- Bu surənin fəziləti barədə çoxlu rəvayətlər vardır. İmam Baqir (ə) buyurub: hər kəs “vətr” namazında bu surəni, “Fələq və İxlas” surəsini oxusa onun namazı qəbul olunar və ona bu barədə mələklər müjdə verərlər. Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) xəstə olan Cəbrail və Mikayil gəlib “Nas” və “Fələq” surələrini onun başı üzərində oxudular və o, Həzrət şəfa tapdı.
3. Bu surə ona görə “Nas” adlanıb ki, “nas” kəlməsi onda bir neçə dəfə təkrar olunub.


Geri dön

^^MasaL^^

  • 6 mart 2014 22:17
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
ALLAH razi olsunn

AyliN BunyaminovA

  • 2 mart 2014 23:17
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Çox Sağolun

--------------------
...........................................................................................................................................................................

aska rico

  • 2 mart 2014 16:09
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Angry Boy

  • 1 mart 2014 16:42
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah razi olsun her kesden.............................
tesekkureler

^^Nazlı Şeytan^^

  • 27 fevral 2014 12:49
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
təşəkkürlər

Banned549678

  • 27 fevral 2014 11:06
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun

Milyonerka

  • 27 fevral 2014 10:52
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
teshekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Banned549678

  • 27 fevral 2014 00:16
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 fevral 2014 22:51
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
✰Tesekkurler Allah razi olsun baci✰

melek_19

  • 26 fevral 2014 22:44
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

prosta ema

  • 26 fevral 2014 22:39
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Qaska_Quli

  • 26 fevral 2014 21:50
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
__ALLAH razi olsunnn___

--------------------

AYKA ŞOKOLADKA

  • 26 fevral 2014 21:46
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
Allah razi olsun ureyimm

--------------------

ღ★ Firuzə ★ღ

  • 26 fevral 2014 21:28
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

PSIXOPATKA

  • 26 fevral 2014 21:18
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

sessiz deniz

  • 26 fevral 2014 21:03
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twkler Allah razi olsun

Damlam

  • 26 fevral 2014 20:53
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

Roya_____

  • 26 fevral 2014 20:42
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun can

PércyDarkMoon

  • 26 fevral 2014 20:34
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Ilk werh menen Omrummm Allah razi olsun ureyim ellerine saglig awkim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}