Nar haqqında

 
Nar haqqında

Qədim zamanlardan Şərqdə narı bütün meyvələrin şahı hesab edirlər.
Hətta xarici görkəminə görə də o, digər meyvələrdən yüksəklikdə dayanan odlu-qırmızılı tac kimi seçilir.
Rəvayətə görə, narın məhz orijinal kasayarpaqlı formalı çiçәklәri tacın formasına oxşarlığı fikrini irəli sürməsinə səbəb olmuşdur.

Qurani-Kərimə görə, gözəl cənnət bağı digərləri ilə yanaşı nar ağacları ilə əkilmişdir.
Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul olunmuşdur.

Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament
və naxışlarında tapılmışdır. Fironlar təzə nar şirəsini çox dəyərləndirir, onu çox gözəl təsir edən,
nəinki bədəni, eləcə də ruhu möhkəmləndirən ecazkar hesab edirdilər.
Qədim misirliləri narlarla birlikdə dəfn etməklə onların tez dirçəlməsinə ümid edirdilər.
Həmçinin qədim misirlilər və assuriyalılar öz heykəltəraşlıq əsərlərində
narı tez-tez müqəddəs ağac və ya “həyat ağacı” kimi təsvir edirdilər.

İtalyanlar belə hesab edirlər ki, Həvvanı Cənnətdə narla şirnikləndirib yoldan çıxartmaq istəyirdilər.
Fars İmperiyasının banisi hökmdar Kir isə narın içərisində dənələrin olduğu sayı qədər
bacarıqlı sərkərdələrin olmasını arzu etmişdir. Sonralar Məhəmməd peyğəmbər narın paxıllığı,
nifrəti və kini təmizlədiyinə görə öz ardıcıllarına nar yeməyi məsləhət etmişdi.

Yunan mifologiyasına görə nar allahların sevimli yeməyidir və bu da bir çoxlarını inandırmağa təhrik edirdi ki,
nardan istifadə əbədiliyə doğru aparır. Persefonada isə Aid bu meyvənin toxumlarını əkinçilik ilahəsinə
təklif etmişdir. Əkinçilik ilahəsi qiymətli daşa oxşayan bu, yaquta bənzər meyvənin qarşısında öz
nəfsinin təsiri altına düşәrәk onu qəbul edir və bununla da özünü Aidin yeraltı səltənətində bir neçə ay ərzində yaşamağa məhkum etdi.

Qədim yunanlar inanırdılar ki, birinci nar ağacını məhəbbət ilahəsi Afrodita Kipr adasında becərmişdir.
O vaxtdan etibarən nar şirəsi “sevgi içkisi” adını qazanmışdır.
Bizim dövrdə yunanlar ənənəyə uyğun olaraq, toylarda məhsuldarlıq rəmzi kimi narları parçalayırlar.

Çində şirin nar dənələrini toy vaxtı yeyirlər və bununla da yeni evlənənlərə xeyir-dua verilir.
Yetişmiş nar təsvirli rəsm əsəri isə toy hədiyyəsi kimi geniş yayılmışdır.

Bu meyvə Orta Şərqdə, Azərbaycanda, İranda və Hindistanda xalq təbabətində çoxdan bəri istifadə olunur.
Təbiblər meyvənin təkcə yeməli dənələrini deyil, həmçinin qabığını, çiçәyini də
demәk olar ki, hər şeyin - konyuktivitdən başlayaraq babasilə qədər müalicəsində istifadə edirlər.


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
cox sagolun yaxsi meyvedi men cox sevirem nari.

cox sagolun yaxsi meyvedi men cox sevirem nari.

--------------------

sevinc Nesibli

  • 12 fevral 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Coooox sag olun bu məlumata görə doğurdanda xoşuma gəldi bilmədiklərimi bildim

Yusif

  • 9 fevral 2011 13:00
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
təşəkkürlər

Cici-Kiz

  • 5 fevral 2011 11:05
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Tesekkurler![i][/i]

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Lexikon

  • 5 fevral 2011 02:12
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sagolun yaxsi meyvedi men cox sevirem nari.....

Ulya

  • 4 fevral 2011 21:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}