Maraqlidirsa buyurun

 
  • 4.02.2011, 20:10
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
Maraqlidirsa buyurun


Kişini yoldan çıxarmağın, onu əldə saxlamağın, yedirməyin, doyurmağın yolları çoxdan məlumdur. Amma həyat sürprizlər etməkdə davam edir. Məhz bu sürprizlər də bəşər tarixi boyu müxtəlif tanınmış simaların həyatında özünü fərqli formada göstərib.

Puşkin və Nataliya Qonçarova-Müdrik yönəltmə…
Nataşa Qonçarova gənc olsa da, ağıllı idi. Ərinə olan məktublarını məhv etməsi bu siyasətin bir hissəsiydi. İndi oturub başımızı sındırmalıyıq ki, Puşkin ona «Mən sənin qəlbini sifətindən çox sevirəm...» deyəndə ürkək gözəl nə cavab verib. Adam heç inana bilmir ki, o, həmişə susub. Amma dəcəl, avara, arvadbaz şairi o, virtuozcasına elə idarə edib ki, şair öz istəyilə Boldina kəndində soyuq komada yarıac vəziyyətdə yazıb, ailəsinə bir tikə çörək qazandıra bilib. Axı Nataliya cehizsiz qız idi. Puşkinə nə yazırsa, məktubu alan kimi o, «indi məktubunu aldım. Mənə o qədər toxundu ki, bu dəqiqə sənə 900 rubl yollayıram» cavabını göndərir Bu qadının təcrübəsi sübut edir ki, kəskin hərəkətlər edib, kəskin fikirlər söyləmək lazım deyil.

7-ci Edvard və Uollis Simpson-Bir ömür uzunluğunda psixoanaliz.
Kimin ağlına gələrdi ki, sərxoş ərinin kötəklərindən qaçan, cibində bir senti də olmayan yöndəmsiz, kifir Uollis kralın könlünə girə biləcək? Amma, Uollis bütün ömru boyu öz üzərində işləyib. Gözəl olmadığını yaxşı bilən bu amerikalı xanım qeyri-adi və incə zövq sahibiydi. Bunlar onun kostyumunda da, orijinal replikalarında da, əməllərində, hətta şlyapalarında da özünü göstərirdi. Özünü Uollisin tam sahibi kimi hiss etməyə imkan verməyən qadının qarşısında Britaniya krallığının varisi davam gətirərdimi? Çünki o, həmişə əlçatmaz, əldə olunmayan bir zirvə kimi qalmaqdaydı. Uşaqlıqdan baş əyən insanlardan bezən şahzadəyə Əlçatmaz Zirvə o qədər lazımıydı ki... Krallığı varis alacağı gün Edvard xalqa belə bir müraciət etdi: «Sevdiyim qadın yanımda olmasa, mən üzərimə düşən ağır vəzifəni daşıya bilməyəcəyəm». Və taxtdan imtina edərək kral tacını sevgiyə dəyişdirdi. Sonralar birlikdə yaşadığı illər ərzində də Uollis öz cazibəsini itirmədi.

Napoleon və Jozefina
Hamıya məlum olduğu kimi, Jozefina və Napoleonun nikahı ona görə dağılır ki, Jozefina imperiyanın varisi olacaq uşağı dünyaya gətirə bilmədi. Bundan əvvəl isə bu imperator cütlüyün arasında nə söz-söhbət olardısa, gərgin ailə müharibələrindən sonra barışmağı bacarırdılar. Başqa imperatorlar kimi ayrı-ayrı yataq otaqlarında yatsaydılar, yəqin ki, kiçik bir söz uzun küsmələrə gətirə bilərdi. Amma, onlar davalarını sanki eyni ssenari əsasında qururdular. Napoleon bağıraraq otaqda gəzişir, əlinə keçənləri qırıb tökürdü. Jozefinanın sevdiyi, kolleksiya topladığı kiçik cah-cəlal predmetlərini sadistcəsinə onun gözləri qarşısında xıncım-xıncım edirdi. Bu səhnəyə baxmağa taqəti olmayan Jozefina üzüqoyulu yatağa sərilib hönkürürdü. Amma səhər açılanda yataq otağından şən səslər, hənirti, gülüş səsi gəlir və nəhayət, qapıda xoşbəxt, saç-başı pırtlaşıq imperator görünürdü. Taxtını itirən, qohumlarının xəyanətini, ikinci arvadının da, Jozefinanın da ölümünü yaşayan, sonuncu dəfə Parisi tərk edən Napoleon onun edamını arzulayan kütlənin əlindən qaçarkən qiymətli dəqiqələri Kainatın mərkəzinə çevirdikləri yataq otağında keçirmək istədi. Malmezon sarayı Jozefinanın sağlığındakı kimi gül-çiçək içindəydi. Onu təqib edənlər yaxında olsalar da, imperator gecəni səhərəcən burda qaldı. O ağlayırdı. Dünyanın yarısını ram eləyən insan üçün bura dünyanın ən xoşbəxt yeri idi...”

Marçello Mastroyani və Katrin Denev-Ən soyuq aktrisa və ən qızğın aktyor.
Mastroyaninin daimi xəyanətləri, coşğun məhəbbət macəralarına artıq adətkar olan arvadı Flora cəmi bir nəfər haqqında danışanda nifrətini gizləyə bilmir. Axı təkcə ona görə onun Marçellosu saatlarla diz üstə oturub boşanma ərizəsinə imza etməyi xahiş edib: «Başa düş, mən onsuz yaşaya bilmirəm!..» Katrin Denevə, soyuq, təkəbbürlü, əlçatmaz reputasiyalı gözələ rast gələndə Marçellonu xəbərdar etdilər ki, onun yanında ürək məsələlərindən danışmasın. Xasiyyətcə Mastroyaninin tam əksi olan Katrinə baxanda heç kim deməzdi ki, bu qəribə qadının həyatında bir xeyli sevgi macərası olub. Yumşaq baxışı və cəzbedici görkəmiylə kontrast yaradan təkəbbürlü davranışı Marçelloya çox cazibədar göründü. Birgə film çəkilişlərində yaxınlaşandan sonra soyuq gözəl gözlənilmədən Mastroyaninin vaqonuna köçdü. Sonra Katrin Parisdə, Marçello Romada yaşayanda dünya qadınlarının ürəklərində yer tapan aktyor hər gün bir dəstə gül alıb «sevir, ya sevmir» deyib ləçəkləri yolmaqla fala baxırdı. Nadir halda görüşəndə də soyuq nəvazişləri Katrini daha da cazibədar və arzulanan edirdi. Katrinin başqalarından yaxşı gizlədilən ehtiraslılığı arvadbazın ürəyində yanğın törətdi. Nitsedə dəniz kənarında zəngin villanı hədiyyə alarkən təmkinini pozmadan «Niyə belə xərc çəkirsən?» deyib evin məhəbbət ocağı olacağına inanan Marçellonun ürəyini sındırırdı. Amma Katrinin bu villada verilən qonaqlıqların heç birində dodağı da qaçmadı. İkinci dəfə qızları doğulanda da evlənmə təklifini rədd edəndən sonra münasibətləri saxlamaq mümkün olmasa da, artıq ahıl yaşda sayılan Mastroyani arvadının yanına qayıtsa da, arabir gizlincə qızıyla Katrini evdən çıxarkən görməkçün kolluqda gizlənib həsrətlə arzularının xanımına, onu rədd edən yeganə qadına bir də baxmağı çox sevərdi. Qızı bir az böyüyəndən sonra Katrinin iştirakıyla filmə tamaşa edəndə axır qızcığaz dözməyib deyir: «Gedək, ata. Daim ağladığın üçün sənə baxa bilmirəm


Geri dön

tunar_mamedov

  • 5 may 2011 14:34
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
hm,,,yazan elleriniz var olsun

Yusif

  • 9 fevral 2011 13:02
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Sizeded twk reylere Gore

Ulya

  • 4 fevral 2011 21:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}