Hicablı qızın arzusu

 
Hicablı qızın arzusu

Məktəbin qarşısında hönkür-hönkür ağlayan bir qız uşağı bütün həyatımı dəyişdi. Evimizə yaxın məktəb vardı. Hər gün məktəbin qarşısından keçib, işə gedirdim. Bir dəfə məktəbin qarşısına çatanda ağlayan bir qız uşağı gördüm. Elə dərdli ağlayırdı ki, insan eşidəndə biganə qala bilmirdi. Yaxınlaşdım ağlayan qızın yanına və soruşdum nə olub sənə? Niyə ağlayırsan? Qız zəif səslə: -Məktəbdən qovublar-dedi. Sonra, yaşlı gözlərini əllərilə sildi. Yerdə oturmuş qızcığaz, ayağa durub, qeyri-ixtiyari tozlu paltarını xəfifcə təmizlədi. Dodağının altında pıçıldaya-pıçıldaya məktəbin həyətinə keçdi. Bu qızın davranışı məni onun arxasınca getməyə sövq etdi. Qızcığaz məktəbə daxil olub, dəhlizə qaçaraq direktorun otağına tərəf getdi və qapını döyüb otağa girdi. Arxasınca məndə özümü çatdırdım. Qız uca səslə məktəbin direktoruna qışqırmağa başladı. -Bizim hicabımız bizim canımızdı, heç zaman onu çıxartmayacağam deyib otaqdan ağlaya-ağlaya çıxdı. Bu məsələni öyrənmək üçün direktordan soruşdum nə məsələdir? - Bizə göstəriş verilib ki, hicablı qızları dərsə buraxmayaq. Səbəb nədir dedim? Biz demokratik dövlətdə yaşamırıqmı? -Bunu maarif müdirindən soruşun, bizə belə göstəriş verilib. Birbaşa məktəbdən maarif şöbəsinə yollandım. Maarif müdiri ilə görüşüb olanları ona anlatdım və o da, "bu, nazirin əmridir, biz də tapşırığa əməl edirik”– dedi. Bu işlər çox qəribə gəldi mənə, necə olur əhalisinin çoxu müsəlman dininə inanan bir ölkədə hicaba qarşı çıxırlar. Bu məsələ çox qəliz olduğunu və mənə aid olmadığını düşünüb işə getdim, amma yolda qızın ağlamaq səsləri qulağımdan getmirdi, elə hey bu hadisə gözümün önündən getmirdi və içimdə bir hiss məni bu məsələni tam araşdırmağa vadar edirdi. Yol boyu düşünürdüm, axı bundan mənə nə? Axı bu mənim qızım deyil ki? Birdən yadıma rəhmətlik atamın sözləri düşdü. "Bu vətən o zaman dəyərli olar ki, yalnız özünü yox, başqalarının da dərdinə yanasan”. Qərara gəldim ki, hökmən, bu qıza yardım etməliyəm. Axşam evə gələndə bu gün gördüyüm o əhvalatı ailəmə danışdım. O qıza yardım edəcəyimi söylədim, anam əvvəlcə narazılıq etdi. -Ay bala, sənin nəyinə lazım, sən namaz qılan deyilsən, qoy bunun qeydinə namaz qılanlar qalsın. Anama olanları ətraflı söylədim: "Ay ana, bu məsələ bizim xalqın məsələsidir. Mən gözümü açandan sənin başında örpək görürəm. Bax, sənin o örpəyini açsalar, desələr, bu örpəyi at, nə deyərsən?” Anamın üzündəki məzlum baxışlar bir an dəyişdi. -Qələt edər, kimsə bunu mənim başımdan çıxara bilməz, biz bunu nənələrimizdən öyrənmişik, bu bizim abrımızdır, ənənəmizdir. Azərbaycan xanımının hər zaman örpəyi olub. Ana, bəs nə üçün o qız çıxartmalıdır? -Ey ay bala, səndən ötrü qorxuram, deyirəm başına iş gələr. -Ana mən dinməyim, sən dinmə?. Bəs kim haqqımızı tələb etsin? Bəs bu qızlarımızın gələcəyi necə olsun? Onlar gələcəyin analarıdır. Onlar necə tərbiyə edəcək övladlarını? -Ay qurban olum sənə, bax atan bir ömür narazı oldu bu dağılmış rus hökumətinə. Onlara qarşı gəldi. Noldu yazığın sonu, zindanlarda bitdi. İstəmirəm səni də elə itirim. -Ana, atam şərəflə öldü. O, hər zaman bizim namusumuzu qoruyub. Xalqımzın namusunu heç kimin ayaqları altına atmayıb. Nə edim? mən də onun oğluyam. Demək bizim yolumuz eynidir, eyni yolu tuturuq. Səhər tezdən oyanan kimi təhsil nazirliyinə yollandım. Birtəhər nazirin qəbulunda oldum. Nazirə də bu olanları əvvəldən axıra kimi anlatdım. Nazir bu işə çox əsəbləşdi. -Biz belə qərar verməmişik və vermərik də. Bəs necə olur cənab nazir, onlar bu sözləri özündən deməzlər ki? -Siz onlardan yazılı bir qanun göstərməsini istəyin, görün elə bir qanun varmı? Cənab nazirin dediyi kimi, nazirlikdən birbaşa məktəbə yollandım. Yolda nazirin sözlərini öz-özümə təhlil edirdim, heç inanmağım gəlmədi onun sözlərinə, çünki su başdan bulanar. Məktəbin direktoruna, nazirlə görüşdüyümü və ondan qanunla bağlı rəsmi sənədi göstərməyini xahiş etdim. Direktordan səs belə çıxmadı və burdan bu işin özbaşınalıq olduğunu tam anladım. Direktora, sadəcə, bir söz dedim, ən azından unutma, siz də bu xalqdansınız. Siz də müsəlmansınız. Sizin Allaha, Qurana imanınız yoxdurmu? Direktordan o qızın ünvanını öyrəndim və onlara yollandım. Qızgilin qapısına çatanda məni ağlamaq tutdu, çünki qız qapılarının ağzında uşaqlara öz arzularını danışırdı. -Mən böyüyəndə müəllimə olacağam...


Geri dön

_keleBek_)

  • 13 mart 2014 21:41
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
Tewekkurler...

--------------------

_YaLaN_DuNyAm_

  • 8 mart 2014 18:33
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
tewekkurler maraqli idi

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

Mr.Qacert

  • 7 mart 2014 18:35
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
cox maraqli idi amma hec de tesirlenmedim winked

Cənnət çiçəyi

  • 5 mart 2014 00:53
  • Məqalə: 2
  • Şərh: 372
  • Bal:
{awards}
Təsirlidir Təşəkkür lər

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 mart 2014 19:47
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

^^MasaL^^

  • 4 mart 2014 18:21
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler

ShคмKiʀKค

  • 4 mart 2014 17:24
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
oxudum gozel meqaledi maraqli smile

PSIXOPATKA

  • 4 mart 2014 16:57
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
MARAQLIDI ALLAH RAZI OLSUN

--------------------

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 16:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

Damlam

  • 4 mart 2014 16:30
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
SEN MENI ALLAHDAN ISTEMEYI BIL MEN DUA OLUB UREYINE AMIN OLUB DILINE DUUWMESINI BILEREM..................

--------------------
http:///user/İmza/

men ve dunyam

  • 4 mart 2014 16:17
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
maraqli hekaye idiii

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

Silent_ Night

  • 4 mart 2014 15:52
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Ay ALLAH axira kimi oxudum pis oldum oxuyub bele hadisələr var şahidiyəm qoymurlar hicabnan valla nə deyim oxuyub susdum.hekayə üçün çox sağ olun

--------------------

ÞSÎxx мSÎxx

  • 4 mart 2014 15:36
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
asd

__MB__

  • 4 mart 2014 15:29
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

ღKiRaZ MeVsİmCiღ

  • 4 mart 2014 15:11
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------

jasmin022

  • 4 mart 2014 14:57
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
tesekkurler

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Aydan95

  • 4 mart 2014 14:47
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Tewekkurler

Qaska_Quli

  • 4 mart 2014 14:38
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
____teshekkurr____

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 4 mart 2014 14:38
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Payız qoxulu

  • 4 mart 2014 14:27
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

prosta barbi

  • 4 mart 2014 14:26
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur..

melek_19

  • 4 mart 2014 14:14
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 14:11
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}