Qiyamətin böyük əlamətləri

 
Qiyamətin böyük əlamətləri


Əlamət və ya nişanə bir şey baş verməmişdən öncə onu qabaqlayan hadisəyə deyilir. Uca Allah buyurur:
“Məgər kafirlər o Saatın qəfil onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir” (Muhəmməd, 18).
Saat zamanın bir hissəsidir, lakin burada "Saat" deyildikdə Qiyamət günü nəzərdə tutulur. Uca Allah buyurur: “O Saat haqqında bilgi Ondadır” (əl-Zuxruf, 85).
Saat – Qiyamət gününün adlarından biridir. Qiyamət günü qəfil qopacağına və insanları ansızın yaxalayacağına görə belə adlandırılmışdır. Burada Qiyamətin əlamətləri deyildikdə, o Saat gəlməmişdən əvvəl baş verəcək hadisələr nəzərdə tutulur.

Qiyamətin əlamətlərinin növləri
Qiyamətin əlamətləri böyük və kiçik əlamətlər olmaqla iki qismə bölünür:
Kiçik əlamətlər. Bu əlamətlərdən biri Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərilməsidir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər orta barmağı ilə işarə barmağını birləşdirib dedi: “Qiyamət Saatı insanlara, bu iki barmaq qədər yaxın olduğu zaman mən peyğəmbər göndərildim.” (Səhih əl-Buxari, 6504).
Bu əlamətlərin bəziləri baş vermiş, bir çoxu isə hələ gəlməmişdir. Bu növ əlamətlər çoxdur. Həmin əlamətlərdən biri Cəbrail hədisi adı ilə məşhur olan hədisə deyildiyi kimi kənizin öz ağasını doğması, ayaqyalın, çılpaq çobanların hündür bina tikməkdə yarışmalarıdır. Muslimin rəvayət etdiyi həmin hədisdə deyilir: “Sonra Cəbrail soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver.” Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir.” O soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver.” Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən.” (Səhih Muslim, 8).

Böyük əlamətlər. Bu əlamətlər baş verdikdən dərhal sonra Qiyamət qopacaqdır. Bunların isə sayı ondur və onların heç biri hələ üzə çıxmayıb. Huzeyfə ibn Useyd demişdir: “Bir gün biz bir-birimizlə söhbət edərkən Peyğəmbər bizim yanımıza gəldi və: “Nə haqda danışırsınız?”– deyə soruşdu. Biz: “Qiyamət saatı barədə danışırıq”– dedik. Onda o: “Doğrusu, on əlamət baş verməyincə Qiyamət qopmayacaqdır”– dedi və bu əlamətləri zikr etdi: tüstünün gəlməsi, Dəccalın peyda olması, heyvanın zühur etməsi, günəşin məğribdən çıxması, Məryəm oğlu İsanın yerə enməsi, Yəcuc və Məcucun axışıb gəlməsi, üç yerdə – məşriqdə, məğribdə və bir də Ərəb yarımadasında yerə batma və bir də Yəməndən alovun çıxıb insanları məhşərə qovması.” (Səhih Muslim, 2901).
Başqa hədislərdə Mehdinin çıxması, Kəbənin viran edilməsi, Quranın göyə qaldırılması da qeyd olunmuşdur. İslam alimlərinə görə bu üç əlamət də on böyük əlamətə daxildir. Huzeyfə ibn Useydin hədisindəki üç yerdə baş verən batmalar bu on əlamətdən qabaq baş verəcəkdir. İndi isə bu on əlaməti təfsilatı ilə qeyd edək.

Birinci əlamət: Mehdinin gəlməsi
Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin adı kimi, atasının adı da Peyğəmbərin atasının adı kimi, yəni onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər demişdir: “Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək.” (Əbu Davud, 4282).

İkinci əlamət: Məsihi Dəccalın üzə çıxması
Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. Allahın izni ilə o bir sıra fövqəladə əməllər etmək bacarığına malik olacaq. O, həmçinin Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Dəccalın çıxmasına dəlalət edən bir çox hədislər vardır. Peyğəmbər demişdir: “Ümmətimdən Dəccal çıxacaq və bilmirəm, ya qırx gün, ya qırx ay, ya da qırx il yer üzündə qalacaqdır. Sonra Allah Məryəm oğlu
İsanı göndərəcək. O, Urva ibn Məsuda oxşayır. Nəhayət, İsa Dəccalı tapıb öldürəcəkdir.” (Səhih Muslim", 2940).
Abdullah ibn Ömər demişdir: “Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi
ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir.”


Üçüncü əlamət: Məryəm oğlu İsanın yerə enməsi
Quran və səhih hədislərdə göstərildiyi kimi İsa peyğəmbər ədalətli bir hökmdar olaraq göydən yerə enəcək, xaçları sındıracaq, donuzları öldürəcək və Dəccalı məhv edəcəkdir. Uca Allah buyurur: “Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir” (əz-Zuxruf, 61).
Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa peyğəmbərin yerə enəcəyinə işarə olduğunu bildirmişlər. İbn Abbasın bu ayəni izah edərkən demişdir: “Burada Qiyamətdən öncə İsanın enməsi nəzərdə tutulur.”
Peyğəmbər demişdir: “Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır.” (Səhih əl-Buxari, 2222).


Dördüncü əlamət: Yəcuc və Məcucun çıxması
Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə, onlar Nuhun övladı Yafəsin nəslindəndirlər. Quran və səhih hədislərdə onların çıxmasına dəlillər vardır. Uca Allah buyurur:
“Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman; haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!” (əl-Ənbiya, 96-97).
Zeynəb bint Cəhş rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər qəfil onun otağına daxil olub: “Allahdan başqa məbud yoxdur! Yaxınlaşmış şərdən dolayı vay
ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı”– dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək onları halqa şəklinə saldı.”


Beşinci əlamət: Kəbənin viran edilməsi
Hədislərdə bildirilir ki, bunu nazik ayaqlı bir həbəşi edəcəkdir. Peyğəmbər demişdir: “Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq, onun bəzəyini oğurlayacaq və üstündəki örtüyünü çıxaracaqdır. Mən sanki onun keçəl və əyribarmaq bir adam olduğunu, əlindəki bel və külünglə Kəbəni uçurduğunu görürəm.”

Altıncı əlamət: Tüstünün gəlməsi
Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Quran və səhih hədislərdə bunu təsdiqləyən neçə-neçə dəlillər vardır. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır” (əd-Duxan, 10-11).

Yeddinci əlamət: Quranın yerdən səmaya qaldırılması
O zaman nə yazılarda, nə də hafizələrdə Qurandan bir ayə belə qalmayacaqdır. Peğəmbər demişdir: “Paltarın naxışları silindiyi kimi, İslam da yox olacaqdır. İş o yerə gəlib çatacaq ki, insanlar namazın, orucun və qurbanın nə olduğunu bilməyəcəklər. Bircə gecənin içərisində Allahın Kitabı göyə qaldırılacaq və yer üzündə Ondan bircə ayə belə qalmayacaqdır...”

Səkkizinci əlamət: Günəşin günbatan tərəfdən çıxması
Peyğəmbər demişdir: “Günəş batdığı yerdən doğmayınca qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu həqiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt: “....əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir.” (Səhih əl-Buxari", 4636).

Doqquzuncu əlamət: Heyvanın çıxması
Bu, böyük bir məxluqdur. Deyilənə görə, həmin heyvan altmış ərəş uzunluğunda olacaq. Onun möhkəm ayaqları, özü də olduqca tüklü olacaqdır. Həmçinin, onun bir neçə məxluqa oxşadığı da bildirilir. Uca Allah buyurur:
“O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər” (ən-Nəml, 82).
Peyğəmbər belə buyurmuşdur: “Üç əlamət vardır ki, onlar zühur etdiyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir; bu, günəşin məğribdən doğması, Dəccal və yer heyvanıdır”.
Peyğəmbər demişdir: “Heyvan çıxıb insanların burunlarına dağ basdıqdan sonra onlar sizlərin arasında yayılacaqlar. Onlardan biri bir qatır aldıqda ondan: “Bunu kimdən almısan?”– deyə soruşacaqlar və o: “Damğalanmışların birindən”– deyə cavab verəcəkdir.”

Onuncu əlamət: Əzəmətli bir odun çıxması
Həmin od Ədəndən çıxacaq və insanları məhşərə toplayacaqdır. Bu da böyük əlamətlərin sonuncusudur. Huzeyfə ibn Useyddən rəvayət etdiyi
hədisdə deyilir: “Sonra Yəməndən od çıxaraq insanları məhşərə toplayacaqdır.” Digər bir rəvayətdə isə deyilir: “Ədəndəki bir çuxurdan od çıxacaq və insanları
məhşərə toplayacaqdır.”
Bütün bu əlamətlər Qiyamətdən öncə Allahın izni ilə baş verəcəkdir. Həmçinin, bildirilir ki, bu əlamətlər zəncirvari şəkildə ardıcıllıqla baş verəcəkdir. Peyğəmbər demişdir: “Bu əlamətlər birbirinin dalınca, zəncirvari ardıcıllıqla baş verəcəkdir.”


Geri dön

ヅ Bad Girl ヅ

  • 2 mart 2014 23:00
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
Allah razi olsun

--------------------

AyliN BunyaminovA

  • 2 mart 2014 16:36
  • Məqalə: 439
  • Şərh: 5071
  • Bal:
{awards}
cox sagolun

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 2 mart 2014 01:02
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Damlam

  • 1 mart 2014 19:10
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

aska rico

  • 1 mart 2014 18:46
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
tesekkurler

--------------------

ღNəmLi kiprikღ

  • 1 mart 2014 17:10
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Qiyamətin əlamətlərinin növləri

PSIXOPATKA

  • 1 mart 2014 16:57
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Qaska_Quli

  • 1 mart 2014 16:32
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
teshekkurrrrrrrrr

--------------------

джин щенки

  • 1 mart 2014 16:12
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
Будьте здоровы подобно

Angry Boy

  • 1 mart 2014 15:10
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Allah razi olsun

Aydan95

  • 1 mart 2014 14:22
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
tewekkurler

__MB__

  • 1 mart 2014 13:16
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrr

BaNTiKLi_CiCiWKa

  • 1 mart 2014 13:00
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Tewekkurler

--------------------

^^Nazli^^

  • 1 mart 2014 11:47
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Payız qoxulu

  • 1 mart 2014 11:43
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღNəmLi kiprikღ

  • 1 mart 2014 11:40
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Birinci əlamət: Mehdinin gəlməsi

^^MasaL^^

  • 1 mart 2014 11:16
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Allah razi olsun

ARCUN

  • 1 mart 2014 11:04
  • Məqalə: 52
  • Şərh: 372
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda

melek_19

  • 1 mart 2014 10:58
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta ema

  • 1 mart 2014 10:42
  • Məqalə: 18
  • Şərh: 2258
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

^^Nazlı Şeytan^^

  • 1 mart 2014 10:40
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
ALLAH Razi Olsun

aska rico

  • 1 mart 2014 10:36
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

XeYaLPeReSt men

  • 1 mart 2014 10:21
  • Məqalə: 52
  • Şərh: 2071
  • Bal:
{awards}
tewekkurler

--------------------

Roya_____

  • 1 mart 2014 09:40
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun canım

ღKiRaZ MeVsİmCiღ

  • 1 mart 2014 09:12
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razi Olsun

Zayn_Malik_fan

  • 1 mart 2014 09:08
  • Məqalə: 133
  • Şərh: 1681
  • Bal:
{awards}
Tewekkurler...Allah razi olsun...

melek_19

  • 1 mart 2014 08:53
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 54
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}