O sadəcə bilmirdi ki, pul bir gün qurtara bil

 
O sadəcə bilmirdi ki, pul bir gün qurtara bil

1987-ci ildən son illərə qədər dünyanın ən varlı adamlarından biri Bruneyin 29-cu sultanı Muda Həssənal Bolkiax sayılırdı. Onun şəxsi vəsaiti 50 milyard dollar təşkil edir.

60-cı illərin sonuna qədər sultan Mudanın ailəsi sadə taxta evdə yaşamışdır. “Shell” şirkəti öz qazma qurğuları ilə bu ölkəyə gəldikdən sonra kral ailəsinin hesabına milyardlarla dollar axmağa başladı. Taxta ev mərmər və qızılla işlənmiş 1788 otaqdan ibarət saraya çevrildi. Bu sarayın qiyməti 422 milyon dollara bərabərdir. Onun günbəzi 22 karatlıq qızıl qatı ilə örtülmüşdür. 120 hektar sahəsi olan sarayın altında 153 avtomobil yerləşə bilən qaraj vardır. Banket zalı 4000 qonaq üçün nəzərdə tutulmuşdur.

Sultan qızına ad günündə reaktiv təyyarə bağışlamış, Renuarın şəkli üçün 70 milyon dollar vermiş, Amerikaya gəldikdə isə 4 gün oteldə qalaraq 1,4 milyon dollar pul ödəmişdir. 1995-ci ildə sultan Mudanın 50 illiyi ailəyə 24 milyon dollara başa gəlmişdir ki, bunun da böyük hissəsi Maykl Ceksona qonorar şəklində verilmişdi. Lakin bütün bunlara baxmayaraq, Bruney sultanı pulunun qədrini bilən adamdır. Belə ki, 10 il ərzində onun kiçik qardaşı Yefrinin gündəlik xərci 700 000 dollar olmuşdur.

Bruney konstitusiyalı sultanlıqdır. Başqa sözlə, burada hökumət varsa da, seçkilər yoxdur. Bütün məmurları sultan özü təyin edir. 300 000 əhalisi olan bu ölkədə hamı sultana yaxşı, xoşbəxt həyat üçün minnətdardır. Neft sayəsində burada təhsil, tibbi xidmət pulsuzdur, əmək haqqı çox yüksək və ən qəribəsi – vergilər yoxdur.

Ekspertlərin fikrinə görə bu ölkədə olan neft ehtiyatları 2025-ci ildən sonra tükənə bilər. Bunu nəzərə alan sultan 90-cı illərin əvvəllərində xüsusi fond təşkil etmiş və dünyanın bir çox ölkələrində biznesin müxtəlif sahələrinə vəsait qoymuşdur ki, ölkədə neft ehtiyatlarının tükənməsi prosesini əhali hiss etməsin.

1994-cü ildə fonda rəhbərliyi kiçik qardaşına tapşıran sultan nə biləydi ki, fonda rəhbərlik etdiyi 10 il ərzində sultanlığın vəsaiti artmaq əvəzinə nə az, nə çox – 3 dəfə azalacaq. 5 il ərzində fond 28 milyard dollar itirmişdir. Dünyanın ən varlı şəxslərinin siyahısında isə Bill Geyts və Uolmart ticarət şəbəkəsi sahibləri Bruney sultanını ötmüşlər.

Sultanlığın pullarını bu cür dağıdan kiçik qardaş Yefri bahalı əşyalar həvəskarıdır. «Fortune» jurnalına müsahibə verərkən jurnalistlər onun 140 000 dollar qiyməti olan qızıl salfet qabını nəzərdən qaçırmamışlar. 1995-ci ildə Londonda zərgərlik mağazasını almış Yefri onun ən fəal alıcısı olmuş, buradan 399 000 dollara musiqi avtomatı, 350 000 dollara kiçik suvenir almışdır. Cəmi 340 milyon dollara başa gəlmiş bu sövdə ilə Bruney uzun illər çiçəklənə bilərdi.

Yefrinin qadınlara sərf etdiyi pullar və hədiyyələr arasında 1,4 milyon dollarlıq qızıl saat ətrafında qalmaqal sultan ailəsinə heç yaraşmırdı.

Avtomobillər və təyyarələr Yefrinin zəif damarı idi. Onun avtoparkında 2000-dən artıq maşın görmək olardı. 1997-ci ildə iki qardaş buraxılan Rolls-roysların 20%-ni almışdılar. Onların 17 şəxsi təyyarəsi var.

Yefrinin tikdirdiyi «Yerudonq» parkı və otel, mütəxəssislərin fikrincə, gecə-gündüz qonaqlarla dolu olsa belə öz xərcini 60 il müddətində çıxara biləcəkdir. Son illər Bruney sultanlığı üçün itkilərlə müşayiət olunmuşdur. 1998-ci il Asiya böhranından sonra Yefrinin rəhbərlik etdiyi fondda 32 milyard dövlət pulu çatmamışdır. Kiçik qardaş dövlətin büdcəsini öz həxsi cibi ilə «səhv» salıbmış…

İstintaq davam edən zaman saray onun arvadlarına və 35 övladına 280 000 dollar ayırmışdır ki, «ac» qalmasınlar. Əvvəl qardaşını cəzalandırmağı qərara alan Bruney sultanı sonra söhbətin ailədən kənara çıcxmaması üçün onu bağışlayıb.

Yefrinin sayəsində Bruney 3 dəfə yoxsullaşmışdır (büdcə vəsaitləri 154 mlrd. dollardan 56 mlrd. dollara düşmüşdür).

İndi Yefri camaat arasında çox görünmür. Ancaq yenə əvvəlki kimi pul xərcləyir… Dostlarından biri onun haqqında belə deyir: «Nahaq yerə Yefrini ittiham edirlər. O oğru deyil. Sadəcə o bilmir ki, bir gün pul qurtara bilər…»

Müəllif: Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Geri dön

Angry Boy

  • 8 mart 2014 21:32
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
ancaq qurtardi

tesekkurler meqale ucun

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 8 mart 2014 00:49
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
Sag olun meqale ucun....

__MB__

  • 4 mart 2014 16:42
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrr

Payız qoxulu

  • 3 mart 2014 19:47
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkur canim

--------------------

Damlam

  • 3 mart 2014 17:58
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
COOOX TEWEEKKURLER

--------------------
http:///user/İmza/

ヅ Bad Girl ヅ

  • 3 mart 2014 17:15
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
tewekkurler

--------------------

: Sensizde Babatdi :

  • 3 mart 2014 17:10
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
Tewekkurler.......

--------------------

^^MasaL^^

  • 3 mart 2014 15:57
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Sag olun meqale ucun....

BaNTiKLi_CiCiWKa

  • 3 mart 2014 15:56
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Cox sag ol...

--------------------

__MB__

  • 3 mart 2014 15:44
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrrr

NikaLYa

  • 3 mart 2014 14:19
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
tewekkurler

--------------------

AyliN BunyaminovA

  • 3 mart 2014 14:14
  • Məqalə: 488
  • Şərh: 5103
  • Bal:
{awards}
cox sagolun

--------------------

melek_19

  • 3 mart 2014 14:12
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun....

--------------------

Roya_____

  • 3 mart 2014 13:31
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurler,)

ღ★ Firuzə ★ღ

  • 3 mart 2014 13:13
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
werhler ucun twk)

--------------------

PércyDarkMoon

  • 3 mart 2014 12:30
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
tewekkurler maragli idi love

--------------------

aska rico

  • 3 mart 2014 11:23
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
cox sagolun

--------------------

prosta barbi

  • 3 mart 2014 10:55
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
tewekkur...

Qaska_Quli

  • 3 mart 2014 10:03
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
___teshekkurr____

--------------------

melek_19

  • 3 mart 2014 09:47
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Ilk werh menden.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}