SU-25 təyyarəsinin tarixi

 
SU-25 təyyarəsinin tarixi

Ötən gün saat 17:30 radələrində Kürdəmirdə təlim uçuşu zamanı qəzaya uğrayan “SU-25” təyyarəsi SSRİ dövründə istehsal edilmiş ən yaxşı döyüş təyyarəsi hesab olunur. Onun ilk uçuşu 1975-ci ildə baş tutub. 1978-ci ildə isə SSRİ Hərbi Hava Qüvvələrinin balansına qəbul olunub. Bu təyyarələrin satışı isə 1981-ci ildən başlayıb. Təyyarənin öz çəkisi 9 ton 315 kq, tam döyüş qabilliyətilə isə 11 ton 600 kq-dır. “SU-25” 3 ton yanacaq götürür. Onun qanadlarında idarə olunan 2 ədəd hava, 4 ədəd hava hündürlük və 4 ədəd idarə olunmayan raketlər quraşdırılıb. Bundan əlavə “SU-25”-ə 250 patronluq iki lüləli top yerləşdirilib.

Təyyarə 7 min metr hündürlüyə qədər qalxa bilir və saatda 950 km sürətlə uçur. Bu tip təyyarələr əsasən alçaq məsafədə uçaraq eyni anda 10 hədəfi nişangaha götürüb, yer və hava hədəflərini vura bilir. Bu təyyarələrdən Əfqanıstan, Anqola, İrak, I Qarabağ, Çeçenistan müharibələri zamanı istifadə edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk döyüş təyyarəsi də məhz “SU-25” olub. Bu təyyarəni Milli Qəhrəman, Milli Ordunun ilk pilotu, leytenant Vaqif Qurbanov 1992-ci il aprelin 8-də keçmiş Sovet ordusunun Sitalçay aviabazasından qaçıraraq Qarabağ döyüşlərində istifadə edib. Vaqif Qurbanovun idarə etdiyi “SU-25” təyyarəsi 1992-ci il iyun ayının 13-də Dağlıq Qarabağ üzərində ermənilər tərəfindən vurulub. Pilot həlak olub.

İkinci “SU-25” təyyarəsi isə 1992-ci il oktyabrın 10-da Şuşa rayonunun Malibəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən vurulub. Pilot katapulta etsə də, paraşütü açılmadığından həlak olub. Üçüncü “SU-25” isə 23 aprel 1994-cü ildə döyüş zamanı vurulub. Pilot katapulta edərək sağ qalıb. Azərbaycan ordusu dördüncü “SU-25” təyyarəsini isə təlim zamanı itirib. 2010-cu il martın 3-də Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı “SU-25” hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. BMT-nin silahlar registrində Azərbaycanla bağlı hesabata görə isə Azərbaycan son 8 ildə 14 ədəd “SU-25” təyyarəsi alıb. Ümumilikdə isə 1991-ci ildən bu yana dünyada 13 “SU-25” təyyarəsi qəzaya uğrayıb. Azərbaycan Hərbi Hava Qüvvələri müstəqillik dövründə 5 ədəd “SU-25” döyüş təyyarəsi itirib.

Hazırda istismarda olan “SU-25”-in son istifadə tarixi 2020-ci ilə qədərdir.


Geri dön

_RONALDO_

  • 14 may 2011 12:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
xebere gore twkler

--------------------

Yusif

  • 9 fevral 2011 12:43
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
təşəkkürlər

gul_93

  • 5 fevral 2011 15:08
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
love winked

Ulya

  • 5 fevral 2011 14:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}