Ərik haqqında bilmədiklərimiz maraqlı

 
Ərik haqqında bilmədiklərimiz maraqlı

Siz əriyin qeyri-adi dadı və ətrini hiss etmisinizmi?

Məncə, onu xoşlamayan çətin ki olsun. Bu sehirli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır. Tərkibindəki maqnezium sayəsində orqanizm stresə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir.

Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli və ideal təamlarından biridir.

Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər.

Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir. Bu dəmləmənin xaricdən istifadəsi dəri ekzemasında çox yararlıdır.

Faydalı əriyin toxumlarından "ərik südü" hazırlayıb bronxit, bronxların selikli qişasının iltihabını da sağaltmaq mümkündür.

Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan ərik şirəsi içmək mütləqdir.

Əzizlərim, yay mövsümündə meyvəsindən dəyərlənin, qış aylarında isə ərik qurusundan - qaysıdan istifadə edin və nəticəsini mütləq görəcəksiniz. Qaysı seçimində ehtiyatlı olun, hamar və yaraşıqlı qaysını almayın, çünki bu qaysı kükürdlə emal edilmişdir. Eybi yoxdur, quru və büzüşmüş qaysı olsun, amma əmin olun ki, bu qaysı zərərsizdir.

Bu dadlı meyvə kulinariyada da geniş yer alıb. Ərikdən ətirli kompotlar, marmeladlar, mürəbbələr, cem, piroq və içkilər hazırlanır. Qurudulmuş qaysı ilə quzu ətinin qovurmasının necə dadlı olduğunu hamı bilir, xörəklərin şahı plovun baş tacıdır.

Başqa bir qəlyanaltı: toyuq flesini xırda doğrayıb və zeytun yağında qovurun. Üzərinə duz, istiot vurub ikiyə bölünmüş əriyin içinə doldurun, cəfəri ilə bəzəyin.

Kosmetologların fikirincə, ərik cavanlıq mənbəyidir.

Ərik yağının ev şəraitində maskaların tərkibində istifadəsi cildi təravətləndirir, dəridəki qırışları açır. Bu yağın özəlliyi də ondadır ki, o, dəridəki hüceyrələri hər zaman nəmli saxlayıb, ölmüş hüceyrələri bərpa edir.

Ümid edirəm ki, gözəllik meyvəsindən hazırlanan maskalar hər bir xanımın ürəyincə olacaq, istifadə edin, cildinizdəki dəyişiklik 1 həftəyə gözə çarpacaq.

1-ci maska

5 ədəd ərik götürülür, şirəsi çıxarılıb 50 qram südlə qarışdırılır. Göz və burun üçün dəliklər açılmış tənzif məhlula batırılır, ancaq tənzifi çox sıxmayın. Üz dərinizə 20 dəqiqə yapışdırılır, daha sonra cild ilıq su ilə yuyulur və üstündən nəmləndirici krem çəkilir. Əgər sizin maska hazırlamağa vaxtınız ya da həvəsiniz yoxdusa, iki hissəyə bölünmüş əriyi üzünüzə sürtün.

Yağlı dərisi olan xanımlar üçün

3 ədəd tumu çıxarılmış və doğranılmış əriyin üzərinə 2 çay qaşığı nişasta əlavə edib blenderdən keçırin və 15 dəqiqə üz və boyun hissəsinə yaxıb daha sonra ilıq su ilə yuyun.

Sevimli xanımlar, bu maskalar yay mövsümündə baxımlı olmağınız üçündür. Əminəm ki, cildiniz ərik kimi parıltılı və hamar olacaq. Narahat olmayın, ərik kimi tüklü dəriniz olmayacaq.

Bunları bilmək maraqlıdır:

Qədimdə Misir xanımları əriyin tumundan hazırlanmış və boyanmış amuletlər gəzdirirdilər. Onların fikrincə, bu amulet onları pis gözdən, uğursuz sevgidən qoruyur.

ABŞ-da yeməli olmayan ətirli və çiçəkləri olan dekorativ ərik yetişdirilib.


Geri dön

__MB__

  • 4 mart 2014 23:03
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
təşəkkürlərrrr

aska rico

  • 2 mart 2014 20:16
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

AyliN BunyaminovA

  • 2 mart 2014 15:56
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
çox sağolun

--------------------
ܨܓܓܨܓܓ✍

_keleBek_)

  • 2 mart 2014 15:50
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

--------------------

ヅ Bad Girl ヅ

  • 2 mart 2014 15:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
teşekkürlər...

--------------------

ღ★Damla★ღ

  • 2 mart 2014 14:02
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Tewekkur Edirem

PSIXOPATKA

  • 2 mart 2014 12:53
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
OLSA YEYERDIM wink

--------------------

L115A1

  • 2 mart 2014 12:37
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
vaxti catibha oz aramizdi birwey qalmiyib wink

--------------------

Aydan95

  • 2 mart 2014 12:32
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

ღNəmLi kiprikღ

  • 2 mart 2014 11:42
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler canlarim serhlere gore...

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 mart 2014 10:47
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
sagol ureyim;)

BaNTiKLi_CiCiWKa:)

  • 2 mart 2014 10:43
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tesekkurler meqaleye gore

--------------------

Qaska_Quli

  • 2 mart 2014 10:40
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
___teshekkurr___

--------------------

melek_19

  • 1 mart 2014 23:14
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Maraqli idi.......

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 1 mart 2014 22:04
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
...Tewekkurler...

--------------------

__MB__

  • 1 mart 2014 21:40
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

Angry Boy

  • 1 mart 2014 21:30
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
tewekkurler

Zayn_Malik_fan

  • 1 mart 2014 21:19
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...

Damlam

  • 1 mart 2014 21:19
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
HMMMMMMMMMMMMMMM MARAQLI MEQALEDI TWKKKKKKKKKKKKKKK

--------------------
http:///user/İmza/

Payız qoxulu

  • 1 mart 2014 20:45
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler melumatcun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 mart 2014 20:41
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
cox sagol askim super:)

PércyDarkMoon

  • 1 mart 2014 20:40
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler coox sagol ureyim ellerine saglig love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}