Uzanmış burun sindromu

 
Uzanmış burun sindromu

Aleksey Tolstoyun «Qızıl açar, yaxud Buratinonun sərgüzəştləri» nağılını və bu nağılın süjeti əsasında çəkilmiş eyni adlı filmi yəqin ki, çoxları xatırlayır. Uşaqlıqda bu nağılı çox sevirdim, filmi də həmçinin...

Evimizdəki çoxsaylı kitabların arasında bu nağılın diqqətimi xüsusi olaraq cəlb etməsinin isə, şübhəsiz ki, özəl səbəbi var idi...

Deməli belə...

Qonşularımdan bir oğlan, ondan 2 yaş kiçik olan bacısından qənaət etdiyi pulları almaq üçün hiyləyə əl atmışdı. Və qızcığazı inandırmışdı ki, əgər o pullarını torpağa basdırsa bir neçə gündən sonra həmin yerdən «pul ağacı» cücərəcək. Qızcığaz isə ildırım sürəti ilə böyüyən bu «ağac»ın «meyvə»lərini dərərək bütün arzularını həyata keçirəcəkdi...

Qızcığaz qardaşının təlimatına uyğun olaraq, bir saat sonra pulların basdırıldığı yeri suladı, təbii gübrə səpdi və ...bir neçə gün sonra aldanıldığını başa düşdü.

«Qızıl açar, yaxud Buratinonun sərgüzəştləri»ni oxuyanda başa düşdüm ki, qonşum bu hiyləni nağılın personajlarından — Bazilio və Alisadan «oğurlayıb». Təbii ki, konkret situasiyaya uyğun müəyyən əlavələr də edib ki, hiyləsi daha inandırıcı olsun...

...Son qiymət artımı ilə bağlı xəbəri eşidəndə nədənsə Bazilio və Alisanın hiyləsini, eləcə də bu hiyləni nağıldan gerçəkliyə çevirməyi bacaran qonşumu xatırladım. Hələ uşaqlıq illərimdə, hələ nağıllara inandığım zamanlarda qonşu qızının və Buratinonun sadəlöhvlüyü məni heyrətə gətirmişdi...

Qiymət artımını tərifləyənlərin arqumantlərini oxuyanda da eyni dərəcədə heyrətləndim.

Aleksey Tolstoyun Karlo Kollodinin «Pinokkio» nağılından "çırpışdırdığı" sujet xəttinin qəhrəmanı Buratino (Pinokkio) yalan danışanda burnu uzanırdı… Bir anlığa eyni olayın Azərbaycanda gerçəkdən baş verə biləcəyini təsəvvür etməyə çalışdım… Əgər belə olsaydı, yəqin ki, dünyanın bütün estetik cərrahlarını şərti olaraq USD (Uzanmış Burun Sindromu) adlandırdığım bu yeni xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün ölkəmizə dəvət etmək məcburiyyətində qalacaqdıq.

Amma nə edək ki, Siseron demiş, «kağız qızarmır», burun da uzanmır...

Biz Buratinoyuq? «Dünya» adlanan marionet teatrının nə zamansa insan ola biləcəyini ağlına belə gətirə bilməyən çarəsiz taxta «aktyor»larıyıq? Biz kimik? Bilmirəm...

...Gedək əlimizdə qalan 3-5 qəpiyi də topağa basdıraq, üzərinə gübrə səpək, yaxud ..., su çiləyək… dərdlərimizə, hiylələri görməzdən gələk...

Pulumuzu 1-2 faizlə xarici banklarda saxlamaqla torpağa basdırıb nə zamansa yerindən «pul ağacı»nın cücərəcəyini gözləməyimiz arasında nə fərq var ki?

P.S. Kim deyir fəsli-bahar xoşdu bizə
Qış günü cuşa gəlib yaz satarıq.
Qapqara neftimizi ingilisə,
Millətə işvə ilə naz satarıq.


Min cürə ad taparıq bəd əmələ,
Sıyırıb xəncəri vurruq təmələ,
Fatma, ya Məmmədəli keçsə ələ
Yolarıq tüklərini, daz satarıq.

Kimə nə on alarıq, beş verərik,
Kimi işdən çıxarıb, iş verərik...
Varlıya hər şeyi peşkəş verərik,
Kasıba zurna, qaval, saz satarıq.


Demə rüşvət, bu nə söz… «Süftə» — halal,
Gecə-gündüz olarıq kefdə — halal!
Gürcüyə qaz veririk müftə — halal,
Millətin «turba»sına «paz» satarıq.

Müəllif: Elçin Mirzəbəyli


Geri dön

prensesa vefa

  • 11 mart 2014 15:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tesekkurler love

Angry Boy

  • 8 mart 2014 20:22
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Tesekkurler meqale cuun

_YaLaN_DuNyAm_

  • 8 mart 2014 17:08
  • Məqalə: 1
  • Şərh: 483
  • Bal:
{awards}
tewekkurlerrrr meqaleye goree

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

ÞSÎxx мSÎxx

  • 5 mart 2014 14:39
  • Məqalə: 51
  • Şərh: 1989
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
asd

Roya_____

  • 5 mart 2014 13:48
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
wekıle baxe ))) tewekkur canım

PSIXOPATKA

  • 5 mart 2014 13:46
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
SUKUR SINDROMUM YOXDU wink

--------------------

sladkaya decelka

  • 5 mart 2014 13:42
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Tsk oxumadim ama

Zehra_Aşiqi

  • 5 mart 2014 12:38
  • Məqalə: 272
  • Şərh: 1305
  • Bal:
{awards}
Sonadek oxudumve tewekkur edirem muellife.oxuyanda gulmeyimde tutdu,bizim prezidentinde burnu uzundur ve bu sindrom deqiq var onda:-) :-) :-) :-) :-) :-)

--------------------

Alone_But HAPPY

  • 5 mart 2014 11:31
  • Məqalə: 2
  • Şərh: 1162
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrr

--------------------
Aşk, sakızdan çıkan sözler kadar basit olmaya devam ettikçe, insanlar da onu çiğneyip tükürmeye devam edecekler

aska rico

  • 5 mart 2014 10:01
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
tesekkurler

--------------------

melek_19

  • 5 mart 2014 00:35
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

-ayka-

  • 4 mart 2014 23:54
  • Məqalə: 8
  • Şərh: 2283
  • Bal:
{awards}
tewekkurler

--------------------

AyliN BunyaminovA

  • 4 mart 2014 23:00
  • Məqalə: 400
  • Şərh: 5004
  • Bal:
{awards}
çox sağolun

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 22:43
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
teshekkurlerrr

--------------------

-Kralica-

  • 4 mart 2014 22:28
  • Məqalə: 696
  • Şərh: 8590
  • Bal:
{awards}
tewekkur edirem

--------------------




Damlam

  • 4 mart 2014 22:10
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrr yaaaaaaaaaaaaaaaaaaaaaa

--------------------
http:///user/İmza/

^^MasaL^^

  • 4 mart 2014 21:49
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Aydaaaa o ne boyda burundu :o

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 4 mart 2014 21:35
  • Məqalə: 675
  • Şərh: 18513
  • Bal:
{awards}

Kimə nə on alarıq, beş verərik,
Kimi işdən çıxarıb, iş verərik...
Varlıya hər şeyi peşkəş verərik,
Kasıba zurna, qaval, saz satarıq.

--------------------

Qaska_Quli

  • 4 mart 2014 21:22
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
____teshekkurr____

--------------------

BaNTiKLi_CiCiWKa

  • 4 mart 2014 21:18
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Coooox sagol meqale ucun

--------------------

nuruWka

  • 4 mart 2014 21:03
  • Məqalə: 92
  • Şərh: 2539
  • Bal:
{awards}
tєฬєккยгlєг

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

★✰..BeLieBerKa..✰★

  • 4 mart 2014 21:00
  • Məqalə: 303
  • Şərh: 3598
  • Bal:
{awards}
təşəkkur edirəm))

Aydan95

  • 4 mart 2014 20:59
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
tewekkurler

__MB__

  • 4 mart 2014 20:56
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrrr

Payız qoxulu

  • 4 mart 2014 20:54
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 20:45
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}