Düşüncəni dəyişməyin yolları

 
Düşüncəni dəyişməyin yolları


Biri var idi, biri yox idi, bir Viktor var idi.

Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji travma alırdılar.

Viktor da çox əziyyət çəkirdi, gözünün qarşısında ailəsini qul kimi işlədir, işgəncə verirdilər. Hər gün psixoloji vəziyyəti daha da pisləşirdi. Viktor başa düşürdü ki, ətrafdakı hadisələr onu dəlilik həddinə çatdırmağa doğru gedir. Vəziyyətdən çıxış yolunu düşüncələrini dəyişməkdə tapdı. O fikirləşdi ki, əgər baş verən hadisələrə başqasının gözü ilə baxsa və bu hadisələrə sonradan tələbələrinə danışacağı, yaxud kitabda yazacağı əhvalat kimi təsəvvür etsə indiki kimi əziyyətli, qorxulu olmaz. Beləliklə, ona işgəncə veriləndə Viktor bunun nə qədər ağrılı olması əvəzində tələbələrinə nə danışacağı haqda ssenarilər qurur, kitabında bu olanları necə yazacağı haqda düşünürdü.

Artıq baş verənlər onu əvvəlki qədər incitmirdi, əksinə, həvəsləndirirdi. Hər yeni əziyyətə maraqlı bir hekayə kimi baxırdı. Viktorun bütün bu dəhşətlərin içində həyata optimist baxışı başqalarına da təsir etməyə başlamışdı. Düşərgədəki hamı daha pozitiv, daha inamlı olmuşdu. Bir neçə ay sonra Almaniya müharibədə məğlub oldu, Nazi Almaniyası dağıldı və ölüm düşərgələrindəki insanlar xilas edildilər. Viktor düşərgədə keçirdiyi il ərzində nəinki dəli olmadı, hətta universitetdəki işinə qayıdıb ölüm düşərgələri və çətin vəziyyətdə insanın öz düşüncələrini idarə etməsi haqda müzahirələr deməyə başladı və düşərgədəki günləri haqda kitab yazdı.

Söhbət psixologiyada böyük iz qoymuş və yeni nəzəriyyələr yaratmış məşhur alim Viktor Frankldan gedir.

Hər gün biz müxtəlif hadisələr yaşayırıq. Üzündən yağan zəhrimarın az qala kofemizə töküldüyü ofisiant oğlan, küçədə çantasını sənə vurub üzr istəməyi bir qırağa, ‘aaa yoluva bax daaa aaa!!‘ deyib keçən Aaaaa adında qız, ‘Maşın boşdu?‘ sualını ‘Başın boşdu?‘ kimi başa düşüb ‘razborka’ eləməyə başlayan taksi sürücüsü AyBrat dayı və hər birimizin dünyadakı ən sevimli insanı müdirimizin gülər üzlə dediyi, adamın başından qaynar su yox, şəlalə tökən sözləri ilə hamı rastlaşıb. Bu cür mənfi hadisələri və mızmız insanları özümüzə yaxın buraxanda stressli oluruq, əhvalımız korlanır, bəzən günlərlə eyni hadisənin və ya insanın mənfi təsiri altında yaşayırıq.

Gələn dəfə əhvalının korlanmasına görə AyBrat dayını günahlandıranda Viktor Franklı yadına sal. Sənin başına nə gəlməsini idarə edə bilməzsən, amma buna necə reaksiya verməyin sənin iradən altındadır. Enerjini və cavabını diqqətlə seç. Yadda saxla:

1. İstənilən hadisəyə sənin ilk reaksiyan önəmlidir. Kimsə sənə kobudluq etdi? Sən ona çox mehriban davran. Ya da hadisədə hansısa gülməli bir şey tap, gülməli bir şey yoxdursa fantaziyanı işlət (həmin adamı alt paltarında təsəvvür elə, ya düşüncəndə onun üzünə tort çırp). Sənin ilk reaksiyan müsbət və ya neytraldırsa, o hadisə sənə güclü təsir etməyəcək.

2.
Kobudluq zəif insanların özünü güclü göstərmək metodudur. Kobud insanlara yazığın gəlsin. Adətən həyatda xoşbəxt olmayan insanlar kobud olurlar. Eyni zamanda da kobud insanlar xoşbəxt olmurlar. Bumeranq kimi. Boş ver və keç. Daha da irəliyə getmək istəyirsənsə o adama nə cür kömək edə biləcəyini soruş. ‘Çox gərgin görünürsünüz, nəsə olubmu, hər şey yaxşıdırmı?’ Bunu tam səmimiyyətlə və ürəkdən et (Həvəsin və səbrin varsa).

3.
Müsbət düşün. Hər səhər oyananda 10 dəqiqə ərzində ürəkdən minnətdarlıq et – sevdiyin insanlar üçün, əşyaların üçün, sağlamlığın üçün, bədənin üçün. Daha sonra gün ərzində yalnız müsbət şeyləri görəcəyinə və bu ruh halının gün boyu stabil qalacağına söz ver. Bu sözünə əməl et.Heç kimin və heç nəyin onu pozmasına imkan vermə.

Həyatında baş verən hadisələrin sənə təsir edib-etməməsini sən özün seçirsən. Diqqətli ol.

Əgər Viktor Frankl ölüm düşərgəsində öz müsbət ruhunu saxlaya bilibsə sən nədən şikayət edirsən?

Hansısa bir hadisənin sənə təsir etməyi qərarını sən özün verirsən.

Böyük insan ol. Xırda insanların və xırda hadisələrin səni əzməsinə imkan vermə.

Gülümsə. Hamını xoşbəxtliyinin səbəbi maraqlandıracaq.


Müəllif: Şəbnəm Alməmmədova / www.hellokishi.com

İstifadə zamanı sayta istinad mütləqdir, yazı müəllif hüquqları ilə qorunur


Geri dön

ღ★ Firuzə ★ღ

  • 2 mart 2014 23:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
Böyük insan ol. Xırda insanların və xırda hadisələrin səni əzməsinə imkan vermə.

Gülümsə. Hamını xoşbəxtliyinin səbəbi maraqlandıracaq.

--------------------

melek_19

  • 2 mart 2014 22:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.......

--------------------

Angry Boy

  • 2 mart 2014 21:43
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
XEBER UCUN TWK

: Sensizde Babatdi :

  • 2 mart 2014 20:57
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Twkler oxumadim...........

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 2 mart 2014 20:27
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 2 mart 2014 19:15
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
___teshekkurrr___

--------------------

PércyDarkMoon

  • 2 mart 2014 19:12
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurlerr canim

--------------------

^^MasaL^^

  • 2 mart 2014 18:47
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler

Qaranliqda_tek

  • 2 mart 2014 18:27
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler
super

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

aska rico

  • 2 mart 2014 18:24
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

minowh

  • 2 mart 2014 18:24
  • Məqalə: 13
  • Şərh: 458
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Payız qoxulu

  • 2 mart 2014 18:14
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkuler

--------------------

Zayn_Malik_fan

  • 2 mart 2014 18:10
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...

AyliN BunyaminovA

  • 2 mart 2014 17:54
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
tewekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

Damlam

  • 2 mart 2014 17:49
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrr))))))))))))))))))))))))))))))))))

--------------------
http:///user/İmza/

ヅ Bad Girl ヅ

  • 2 mart 2014 17:45
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
təşəkkürlərrr

--------------------

Воровская

  • 2 mart 2014 17:44
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
twk xebere gore

--------------------




__MB__

  • 2 mart 2014 17:42
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

Roya_____

  • 2 mart 2014 17:42
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkur edirem canım

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}