Dilənçilərə pul vermək lazımdırmı?

 
  • 4.03.2014, 08:30
  • Bölmə: İslam
  • Müəllif: ceci
Dilənçilərə pul vermək lazımdırmı?


Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olar ki, sədəqə vermək - çox əhəmiyyətli və dəyərli bir mövzudur. Ancaq sədəqəni verən şəxs gərək bu sədəqəni Allah rizası üçün versin. Çalışsın ki, yoxsullara minnət qoyaraq və əziyyət verərək bu əməlin dəyərini məhv etməsin. Miqdarı isə mühüm deyildir, insanın gücü nəyə çatırsa, o qədərdir. Sədəqə verən zaman yaxınlarını ilk sıraya salmaq lazımdır. (Tebyan)
Sədəqə elə bir şeydir ki, insan Allaha yaxınlaşmaq üçün malından kənara qoyar. Zəkat da sədəqədir, ancaq vacib sədəqə. Bundan başqa müstəhəb sədəqələr də vardır.
Allah Təala haradan gəldi ruzi qazanmağı bəyənmədiyi kimi, qazancını da harada gəldi xərcləməyi bəyənmir. İslam dininin bəyəndiyi ən yaxşı xərc yollarından biri də sədəqə verməkdir.
Sədəqə iki cürdür:
1. Vacib sədəqə: zəkat, xums, fitrə kimi.
2. Müstəhəb sədəqə: yoxsullara və ehtiyacı olanlara verlən sədəqə.
Sədəqənin əhəmiyyəti.
“Bilirsinizmi ki, ancaq Allah bəndələrinin tövbəsini qəbul edər və sədəqələri alar. Allah tövbə qəbul edən və mehribandır”.
Əslində Allah Təala bu ayədə buyurur ki, yoxsul insanlar bir vasitədir və sizin verdiyiniz sədəqə həqiqətdə Mənə çatır. Bu ayə müsəlmanları sədəqə verməyə təşviq edir və bu işdə ədəbli və əxlaqlı olmağa dəvət edir. Çünki sədəqəni alan Allahdır.
İmam Səccad (ə) buyurur: “Sədəqə bəndənin əlində olmaz məgər o halda ki, əvvəl Allahın əlində qərar tutar”.
Sədəqə kimlərə aiddir?
“Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir”. (“Tövbə” 60).
Bu ayədə sədəqənin kimlərə aid olduğu müəyyən edilir və belə nəticə çıxartmaq olar ki, sədəqə 8 yerdə məsrəf olunur.
Sədəqənin şəraiti.
Sədəqənin özünəməxsus şəraitləri vardır:
1. Hər şeydən əvvəl sədəqə gərək halal və yaxşı maldan olsun. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267).
2. Yaxşı olar ki, sədəqə və infaq gizli olsun. “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).
3. Sədəqə və infaq əziyyət və minnətlə olmamalıdır. “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).
4. Sədəqə və infaq gərək ixlas və xalis niyyətlə olsun. “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir”. (“Bəqərə” 265).
5. Sədəqə elə maldan olmalıdır ki, onu sevirik və ona əlaqəmiz vardır. “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
Sədəqəni imanlı və iffətliyə vermək önəmlidir.
Sual: O kəs ki, əlini insanlara tərə uzadır və dilənçilik yolu ilə dolanır, onun qarşısında bizim vəzifəmiz nədir? Onlara yardım etmək caizdirmi?
Ayətullahul-üzma Seyyid Əli Xameneyi: Çalışın ki, sədəqəni imanlı və iffətli dilənçiyə verəsəniz.


Geri dön

^^MasaL^^

  • 7 mart 2014 20:13
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 mart 2014 20:26
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Sədəqənin özünəməxsus şəraitləri vardır:

^^MasaL^^

  • 4 mart 2014 18:29
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
ALLAH razi olsun

Damlam

  • 4 mart 2014 16:18
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN
ALLAH UREYINIZE GORE VERSINNNNNNNNN

--------------------
http:///user/İmza/

ÞSÎxx мSÎxx

  • 4 mart 2014 16:17
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
asd

sonzeng2015

  • 4 mart 2014 16:04
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
men bir seyi bilirem ki umumiyyetle ehtiyaci olana komek etmelisen ,insanlara el acib dilenen de yeqinki ehtiyac uzunden dilenir var ona gore de yardim etmek lazimdi

cox sagolun meqale ucun

__MB__

  • 4 mart 2014 15:38
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrrr

BaNTiKLi_CiCiWKa:)

  • 4 mart 2014 15:28
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 4 mart 2014 15:21
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Payız qoxulu

  • 4 mart 2014 14:45
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

melek_19

  • 4 mart 2014 14:22
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 14:20
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

_YaLaN_DuNyAm_

  • 4 mart 2014 13:24
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
Allah heyweyi goren,duyan ve bilendi sedeqe vermekde meqalede yazildigi kimi yaxsidi, hemcinin kasiba bawqa curde komek etmek birce o komeyin qarwiligini isdemiyesen.Birdeki temiz urekle edesen yaxwiligi.....Allah senden razi olsun meqaleye gore

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

Aydan95

  • 4 mart 2014 13:05
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 12:18
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tesekkurler

--------------------

aska rico

  • 4 mart 2014 11:28
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Qaska_Quli

  • 4 mart 2014 10:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
_____teshekkurr ALLAH razi olsunn_____

--------------------

prosta barbi

  • 4 mart 2014 09:52
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

melek_19

  • 4 mart 2014 09:43
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Ilk werh menden......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}