Hazırcavab Molla

 
Hazırcavab Molla

Səmimi söhbət

Bir gün arvadı Mollanın sir-sifətinə uzun-uzadı baxıb deyir:


- Molla, bərəkəllah sənin ürəyinin böyüklüyünə. Doğrudan da sənin çox böyük ürəyin var.

Molla deyir:

-Necə?

Arvad deyir:

-Sən ki, bu qədər çirkinsən, ürək lazımdır ki, buna dözə.

Molla deyir:

-Ona qalsa, sənin ürəyin dörd mənimki boydadı.

Arvad soruşur:

-Niyə?

Molla deyir:

-Çünki mən özüm öz sir-sifətimi görmürəm ki, dözəm, ya dözməyəm. Hər gün mənə baxan sənsən, dözən də sənin ürəyin.

İşimi ehtiyatlı tutmuşam

Teymur Ləng bir gün şəhər hakiminin işlərini yoxlayır. Camaatdan az vergi yığdığına, yığdıqlarını da vergi dəftərinə düzgün salmadığına görə hirslənib bütün vergi dəftərlərini hakimə yedirtdirir, sonra onun yerinə Mollanı təyin eləyir.

Bir neçə müdət keçdikdən sonra Teymur Mollanın işlərini yoxlamaq üçün adamm göndərir ki, dəftərlərini də götürüb gəlsin. Molla gəlir. Teymur görür ki, Molla bütün işləri parça-parça çörəklərdən düzəldilmiş bir dəftərə yazıb. Hirslənib soruşur:

-Məmləkətdə kağız tapılmır? Bu nədir?

Molla deyir:

-Qibleyi-aləm sağ olsun! Mən yaxşı bilirəm ki, sən hirslənib bu dəftəri mənə yedirdəcəksən. Mənim də mədəm o keçən hakimin mədəsi kimi qüvvətli deyil ki, o qədər kağız-kuğuzu əridə bilə. Ona görə də əvvəldən işimi ehtiyyatlı tutmuşam.

Gedə bilmirəm

Bir gün bir cavan oğlan Mollanın yanına gəlib deyir:


-Molla əmi, mənim üçün bir məktub yaz.

Molla soruşur:

-Nə məktub?

Cavan deyir:

-Atama göndərəcəyəm.

Molla soruşur:

-Atan haradadı?

-Bağdadda.

Molla deyir:

-Bağışla, bala, işim çoxdur, gedə bilməyəcəyəm.

Cavan deyir:

-Hara, Molla?

Molla deyir:

-Bağdada.

Cavan deyir:

-Sən niyə gedirsən ki... Sənin getməyin lazım deyil.

Molla deyir:

-Yox, sən bilmirsən, lazımdı. Mənim yazdığım məktubu özümdən başqa heç kəs oxuya bilməz. Məktub yazdım, gərək oxumaq üçün də özüm gedəm. Odur ki, indi vaxtım yoxdu, gedə bilmərəm.

Yandırıb almışam

Molla bir gün oğlunu bazara göndərir ki, kibrit alıb gətirsin. Oğlu kibritləri alıb gətirir.

Molla soruşur:


-Hanı? Aldınmı?

Oğlu deyir:

-Bəli, almışam.

Molla soruşur:

-Yaxşı, yaş deyillər ki?

Oğlu deyir:

-Xeyir. Lap yaxşı yanırlar.

Molla:

-Nədən bilirsən ki, yaxşı yanırlar?

Oğlu:

-Çünki alanda hamısını qabaqca yandırıb, baxıb sonra almışam.

Molla müharibəyə gedir

Günlərin birində Teymurləng yenə də haraya isə basqına hazırlaşır. Ordu yola düşən günü Mollaya deyir:


-Sən də dur hazırlaş! Bəsdir yeyib yatdin... Bu dünya dil dünyası deyil, əl dünyasıdır. Mənimlə müharibəyə gedəcəksən.

Molla nə qədər əlləşirsə, yaxasını qurtara bilmir. Axırda gedib bir dənə kaman tapıb keçirdir boynuna, eşşəyini də minib gəlir Teymurun hüzuruna. Teymur doyunca güldükdən sonra soruşur:

-A kişi, bu eşşək nədir? Bir dənə at tapa bilmədin minəsən?

Molla deyir:

-Mümkün olmadı, qibleyi-aləm! Eşşək qoymadı ki, qoymadı. Deyir, qibleyi-aləm səndən ayrı dura bilmədiyi kimi mən də səndən ayrı dura bilmirəm. Hara getsən gərək mən də gedəm.

Teymur başa düşür ki, Molla daşı hara vurur, camaat içində açıb-ağartmaq istəmir. Deyir:

-Yaxşı, görürəm boynunda kaman var. Amma deyəsən oxun yoxdur.

Molla deyir:

-Xeyir, yoxdur.

Teymur deyir:

-Bəs, düşmənə nə atacaqsan?

Molla deyir:

-Onların atdıqları oxları götürüb özlərinə atacağam.

Teymur deyir:

-Qəribə ağılsız adamsan...Bəlkə düşmən heç bizə ox atmadı?

Molla deyir:

-Düşmən bizə ox atmasa, demək dava da olmayacaq da...Onda daha oxu neyləyirəm?


Geri dön

_keleBek_)

  • 13 mart 2014 21:40
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
Tewekkurler...

--------------------

Angry Boy

  • 8 mart 2014 20:48
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Tesekkurler meluamat goreee

_YaLaN_DuNyAm_

  • 8 mart 2014 18:32
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
maraqli idi tewekkurler

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

-ayka-

  • 4 mart 2014 23:56
  • Məqalə: 8
  • Şərh: 2311
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 mart 2014 19:42
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
sagol seni molla wink

^^MasaL^^

  • 4 mart 2014 18:19
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 16:53
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

PSIXOPATKA

  • 4 mart 2014 16:50
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COOOOX SAGOLUNNNN

--------------------

Damlam

  • 4 mart 2014 16:32
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TWK MEQALE UCUN

--------------------
http:///user/İmza/

ÞSÎxx мSÎxx

  • 4 mart 2014 16:22
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------
asd

ღKiRaZ MeVsİmCiღ

  • 4 mart 2014 15:09
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
tewekkurler

--------------------

Aydan95

  • 4 mart 2014 14:46
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
Tewekkurler

Qaska_Quli

  • 4 mart 2014 14:40
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
_______teshekkurr_______

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 4 mart 2014 14:36
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

Payız qoxulu

  • 4 mart 2014 14:26
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Tewekkurler

--------------------

prosta barbi

  • 4 mart 2014 14:24
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur..

melek_19

  • 4 mart 2014 14:13
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 14:00
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəmmm

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 24

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}