Mübarəklərin sərvəti

 
Mübarəklərin sərvəti

Misir prezidenti Hüsnü Mübarəkin şəxsi hesabında 17 milyard dollar, oğlu Camal Mübarəkin bank hesabında isə
ümumilikdə 10 milyard dollar var. Mübarək ailəsinin nəğd pulu isə 40 milyard dollar həcmindədir.
Bu rəqəmlər Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarında yer alıb. Sənədlərdə Mübarək ailəsinin ümumilikdə
67 milyard dollar sərvətə malik olduğu yazılıb. Materiallara əsasən, 67 milyard dollar Amerika və
İsveçrə bank hesablarında yerləşdirlib. 72 milyonluq Misirin 2009-cu ildə ÜDM-nın həcmi isə 218 milyard dollar olub.

Bundan başqa, Mübarək ailəsinin şirkətlərinin böyüklüyü də məlum olub.
Misir lideri ölkəsindəki "Vodafone”, “McDonalds”, “Hyundai”, “Şkoda”, “Marlboro”, “Movenpick” kimi dünya
səviyyəsində məşhur markaların Misirdəki nümayəndəliklərinin sahibidir. O cümlədən
“McDonalds”ın Misirdəki “Chili's” restoranları da Mübarək ailəsinə məxsusdur.
Şarm əl Şeyxdə turizm şirkətləri və mehmanxanaları var.
Bütün bu şirkətləri Mübarəkin iki oğlu Camal və Alaa idarə edir.


Qeyd edək ki, Camal ilə Alaanın sərmayələri təkcə Misir daxilində deyil, eləcə də ölkə xaricində var.
“IHS Global Insight”ın yazdığına görə, iki qardaşın Dubay, London, Paris, Madrid, Vaşinqton,
Nyu-York və Frankfurtda beynəlxalq ticarət şirkətləri var. Ailə Misirin bir çox şəhər və kəndlərində
onlarla ev, malikanə və torpaq sahələrinə malikdir. Mübarəklərin sərvəti saymaqla bitmir.
Bu ailə nəğd pul və şirkətlərdən başqa, müntəzəm gəlirlərə də sahibdir.
Misirin silah müqavilələri və turizm gəlirlərindən əldə edilən iri məbləğlər də Mübarəkin ailəsinə çatır.


Geri dön

_RONALDO_

  • 14 may 2011 10:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
1 aydi girgin dadilar gulmeli weherdi misir

--------------------

only-girl

  • 6 aprel 2011 21:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Yusif

  • 9 fevral 2011 12:51
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur edirem

N_u_r_l_a_n

  • 5 fevral 2011 12:31
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
MISIR BU QEDER PULU VAR BIR AZDA AZERBAYCANA KOMEK ELE ONDA smile

Ulya

  • 5 fevral 2011 12:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Lucia

  • 5 fevral 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Misirde qarisiqliq dusub. Bir cox olkede olmusam. Bu il Misire getmek isterdim.Deyesen alinmayacaq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}