Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

 
Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar. Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).
Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - müəyyən xəstəliklər keçirmişdir. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Peyğəmbər ağır xəs­tə­ləndiyi zaman mən onun yanına gəldim və baxdım ki, o, qızdırma için­də yanır. Dedim: “Ya Rəsulullah, sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki qat savab qazanmağın üçündür?” O dedi: “Düzdür, başına müsibət gəl­miş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü ki­mi, onu günahlardan təmizləmiş olmasın.” (əl-Buxari, 5647).
Uca Allah öz lütfü və mərhəməti sayəsində hər bir xəstəliyin şəfasını nazil etmişdir. Peyğəmbər demişdir: “Allah elə bir xəs­tə­lik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın.” (əl-Buxari, 5678).
Peyğəmbərin səhih hədislərində bir çox xəstəliklərin müalicə üsulları barəsində məlumatlar rəvayət edilir. Biz burada Peyğəmbərin insanlara buyurduğu bəzi müalicəvi təbii vasitələr haqqında aşağıdakıları nəzərinizə çatdırırıq:


Balla müalicə
Uca Allah buyurur:
“Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır" (ən-Nəhl, 68-69).
Əbu Səid rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Qardaşımın qarnı bərk ağrıyır.” Peyğəmbər: “Ona bal içirt!”- dedi. Çox keçmədən həmin adam bir də Peyğəmbərin yanına gəldi və Pey­ğəm­­bər yenə: “Ona bal içirt!”– dedi. Adam üçüncü kərə Peyğəmbərin ya­nına gəldi və o bu dəfə də: “Ona bal içirt!”– dedi. Axırda həmin adam de­di: “Mən sən deyəni elədim, (amma onun qarnının ağrısı kəsmədi ki, kəs­mə­di).” Peyğəmbər buyurdu: “Allah doğru söylədi, qardaşının qarnı isə yalançı çıxdı. Sən yenə ona bal içirt.” Bundan sonra o, qardaşına bal içirt­di və qardaşı sağaldı.” (əl-Buxari, 5684).


Qaraçörək (və ya qara zirə) otu ilə müalicə
Aişə demişdir: “Mən Peyğəmbərin belə dediyini eşit­mişəm: “Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır.” Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi.” (əl-Buxari, 5687).

Udul-hind (hind qustu) ilə müalicə
Peyğəm­bə­r demişdir: “Bu hind qustundan istifadə edin. Həqiqətən də, onda yeddi xəstəliyin şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın boğazı­na, plevrit xəstəliyinə tutulanın ağzına damızdırın.” (əl-Buxari, 5692)
Həmçinin, o demişdir: “Uşaqlarınızın şişmiş badamcıq vəzilərini bar­maqla basaraq onlara əzab-əziyyət verməyin. Onları hind qustu ilə müalicə edin.” (əl-Buxari, 5696).

Zəm-zəm suyu ilə müalicə
Zəm-zəm suyunun fəziləti böyükdür. İlk dəfə Cəbrayıl qanadı ilə yerə vurduqda zəm-zəm suyu fışqırmışdı. Uca Allah bunu İsmayıl və onun anası üçün ruzi etmişdi. Zəm-zəm suyunun fəziləti və faydaları barədə bir çox səhih hədislər rəvayət edilmişdir. Allah Elçisi demişdir: “Zəm-zəm suyu yeməyi əvəz edir və xəstəliklərə şəfadır”.
Peyğəmbər bundan içmiş, dəstəmaz almış və bu sudan başına tökmüşdü. O, kiçik və böyük qablarda zəm-zəm suyundan özü ilə daşıyardı ki, bundan xəstələrin üzərinə töksün və içmək üçün onlara versin. Allah Elçisi demiş­dir: “Zəm-zəm suyu nə üçün içilirsə, onun üçündür. Əgər sən şəfa tapmaq üçün içərsənsə, Allah sənə şəfa verər. Tox olmaq üçün içərsənsə, Allah səni tox edər. Susuzlu­ğu­nu yatırmaq üçün içərsənsə, Allah sənin susuzluğunu yatırdar. O, Cəbra­yılın bulaq açması və Allahın İsmayılı içirtməsidir”.
Alimlər və əməlisaleh insanlar bunu təcrübədən keçirərək xəstəlikdən şəfa tapmaq, yoxsulluqdan və sıxıntıdan xilas olmaq kimi bəzi ehtiyacları ödəmək niyyəti ilə bundan içmiş və Allah onların istədiklərini yerinə yetirmişdir.


Geri dön

Angry Boy

  • 8 mart 2014 21:27
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
teshekkurlerrr

romantik_awk

  • 4 mart 2014 01:36
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).

--------------------

Damlam

  • 3 mart 2014 18:02
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http:///user/İmza/

: Sensizde Babatdi :

  • 3 mart 2014 17:40
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 3 mart 2014 17:19
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 3 mart 2014 16:20
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
___teshekkurrr ALLAH razi olsunn___

--------------------

^^MasaL^^

  • 3 mart 2014 15:53
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Qaraçörək (və ya qara zirə) otu ilə müalicə
Aişə demişdir: “Mən Peyğəmbərin belə dediyini eşit­mişəm: “Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır.” Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi.” (əl-Buxari, 5687).

BaNTiKLi_CiCiWKa

  • 3 mart 2014 15:53
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Cox sag ol...

--------------------

ღKiRaZ MeVsİmCiღ

  • 3 mart 2014 15:40
  • Məqalə: 316
  • Şərh: 5421
  • Bal:
{awards}
ALLAH Razi Olsun

__MB__

  • 3 mart 2014 15:40
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrrr

fiqume

  • 3 mart 2014 15:19
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
SSeni_cox_sevirem_bunu_unutmAA

......askimsin benim........

Hayatimin tek menasi

aska rico

  • 3 mart 2014 14:22
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------

Payız qoxulu

  • 3 mart 2014 14:18
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkuler

--------------------

AyliN BunyaminovA

  • 3 mart 2014 14:11
  • Məqalə: 400
  • Şərh: 5001
  • Bal:
{awards}
çox sağolun

--------------------

PércyDarkMoon

  • 3 mart 2014 14:09
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Allah razi olsun love

--------------------

melek_19

  • 3 mart 2014 13:33
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 3 mart 2014 13:32
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★ Firuzə ★ღ

  • 3 mart 2014 13:30
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

✵Дорогой✵

  • 3 mart 2014 13:30
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALAH Razi Qalsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}