Axirət günü nədir?

 
Axirət günü nədir?

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177).
Axirət gününə iman dedikdə ölümdən sonra Qiyamət gününədək olan qəbirdəki “bərzəx” həyatı, Qiyamət günü dirilərək Allahın hüzuruna toplanıb haqq-hesaba çəkilmə, Cənnət və Cəhənnəm nəzərdə tutulur. Bunların hamısı Axirətə iman məfhumuna daxildir.
Axirət sözü axırıncı deməkdir. Axirət günü axırıncı gündür və o gündən sonra başqa bir gün olmayacaq.
Ölü qəbirə qoyulduqdan sonra Rəbbi, dini və peyğəmbəri haqqında sorğuya çəkiləcək. Uca Allah qəbirdə möminlərə sorğu-suala cavab verməyə yardım edəcək və onlar üçün qəbirdə nemətlər hazırlayacaq. Kafirlər isə qəbirdə sorğu-suala cavab verə bilməyəcək və onlar üçün qəbir əzabı hazırlanacaq. Allah buyurur:

«Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!» (əl-Ənam, 93).
Qiyamət günü İsrafil mələyin ikinci dəfə sura üfürməsi ilə Uca Allah hesaba çəkmək üçün ölüləri dirildərək qəbirlərdən çıxaracaqdır. Uca Allah bu barədə belə buyurur: «Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (əz-Zumər, 68).
İnsanlar qəbirlərindən çılpaq və sünnətsiz olaraq aləmlərin Rəbbinin hüzurunda hesaba duracaqlar. Uca Allah buyurur:
«O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik» (əl-Ənbiya, 104).
Əməl dəftərləri insanların sağ tərəfindən və ya arxalarının solundan veriləcək. Uca Allah buyurur:
«Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: "Ay öldüm!" - deyə şivən qopardacaq və Cəhənnəmə vasil olacaqdır!» (əl-İnşiqaq, 7-12).
«Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!" « (əl-İsra, 13-14).

Əməllərin çəkiləcəyi mizan-tərəzisi qiyamət günü ortaya qoyulacaq və heç kəsə zərrə miqdarı qədər haqsızlıq edilməyəcək. Uca Allah buyurur:
«Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. « (əl-Muminun, 102-104).
Qiyamət günü Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - şəfaət edəcəkdir. İnsanlar qiyamət günü dəhşətli sıxıntı və kədərlə qarşılaşacaq və onlara şəfaətçi olması üçün birinci Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın, sonra İsanın, sonda isə Məhəmməd peyğəmbərin yanına gələcəklər. Rəsulallah da onlara şəfaətçi olacaqdır.
Qiyamət günü Cəhənnəmin üzərində Sirat körpüsü qurulacaq. İnsanlar onun üzərindən əməllərinə görə keçəcəklər. İlk dəstə ildırım, ikinci dəstə külək, üçüncü dəstə quş sürəti ilə, sonrakı dəstə isə adi insan addımları ilə Sirat körpüsünün üzərindən keçəcəklər.
Onlardan sonra sürünərək başqa bir dəstə gələcəkdir. Sirat körpüsünün hər iki tərəfində əmr olunan kəsləri tutmaq üçün asılı dəmir qarmaqlar olacaq. Qarmaqların tutmadığı kəslər qurtulacaq, tutulanlar isə Cəhənnəmə atılacaqdır.
Uca Allah mömin bəndələri üçün nemətlər yurdu olan Cənnəti hazırlamışdır. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kəsin ağlına belə gəlmədiyi nemətlər vardır. Uca Allah buyurur:

«Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs-Səcdə, 17).
Həmçinin, Uca Allah kafirlər üçün əzab yurdu olan Cəhənnəmi hazırlamışdır. Orada ağılagəlməyən əzab və işgəncələr vardır. Uca Allah buyurur:
«Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!» (əl-Kəhf, 29).
Cənnət və Cəhənnəm hal-hazırda vardır və heç vaxt yox olmayacaqdır. Uca Allah Cənnət haqqında belə buyurur:
«Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!» (ət-Talaq, 11).
Cəhənnəm haqqında isə belə buyurur: «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.» (əl-Əhzab, 64-66).
Bu mövzuda rəvayət edilən hədislər çoxdur. Hər bir müsəlman Quranda və Peyğəmbərin səhih hədislərində ölüm, qiyamət günü və onun dəhşəti haqqında xəbər verilən məlumatlara iman gətirməlidir.


Geri dön

Angry Boy

  • 8 mart 2014 21:13
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
tesekkruelr melumat ucun

Sudan Bikmis Balik

  • 4 mart 2014 12:59
  • Məqalə: 38
  • Şərh: 574
  • Bal:
{awards}
cox maraqli idi sonuna qeder oxudum...twk

Xeyale97

  • 4 mart 2014 01:18
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
ALLAH razi olsun,ALLAH her birimize laiq olani Cennetlik etsin,inshALLAH..

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 mart 2014 00:57
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Allah razi olsun maragli idi

Aydan95

  • 3 mart 2014 21:46
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

PércyDarkMoon

  • 3 mart 2014 21:45
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun maragli idi love

--------------------

aska rico

  • 3 mart 2014 19:54
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Payız qoxulu

  • 3 mart 2014 19:33
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

__MB__

  • 3 mart 2014 19:00
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrrr

Damlam

  • 3 mart 2014 18:16
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNNNNNNN

--------------------
http:///user/İmza/

melek_19

  • 3 mart 2014 17:45
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

: Sensizde Babatdi :

  • 3 mart 2014 17:41
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 3 mart 2014 17:41
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Odd angel

  • 3 mart 2014 17:38
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
tesekkurler. love love love love love

Qaska_Quli

  • 3 mart 2014 17:33
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
_____teshekkurr____

--------------------

ヅ Bad Girl ヅ

  • 3 mart 2014 17:31
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 3 mart 2014 17:30
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}