Sizə salam olsun

 
Sizə salam olsun

Hər gün yer üzərində yaşayan bütün insanlar bir-biri ilə qarşılaşdıqda müəyyən sözlərdən istifadə edərək salamlaşırlar. Hər bir xalqın öz dilində olan sözlərlə salamlaşma qaydası vardır. Yer üzərində yaşayan müsəlmanlar irqi və milli mənsubiyyətindən asılı olmayaraq eyni sözlərdən istifadə edərək bir-birilərinə salam verirlər. Bütün müsəlmanlar Allahın buyurduğu kimi "əs-Səlamu aleykum" deyərək salam verir və bunun müqabilində "və aleykumus-Səlam" cavabını alırlar. Biz də müsəlman milləti olaraq qədim dövrlərdən bu günədək Allahın salamı ilə bir-birimizi salamlayırıq. Bəs elə isə dinimizdə buyurulan salamın mənasını və qaydasını bilirikmi?!

Salamın mənası
"əs-Səlam" Uca Allahın adlarından biridir. Bu sözün mənası salamatlıq deməkdir. İslam sözünün də bir mənası salamatlıq deməkdir. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Həqiqətən, “əs-Səlam” Allahın adlarından biridir. O, bunu yerdə (bir-birinizlə salamlaşasınız deyə) təyin etmişdir. Elə isə salamı aranızda yayın! Həqiqətən, müsəlman kişi bir qövmün yanından keçərək salam verər, onlar da salamı alarlarsa, o, həmin qövmdən bir dərəcə üstün olar. Çünki, o adam salamı (birinci) onların yadına saldı. Əgər onun salamını almasalar, onlardan daha xeyirli və pak olan (mələklər) onun salamını alarlar”. (əl-Buxari “Ədəbul-Mufrad” 1039). "əs-Səlamu aleykum" (sizə salam olsun!) deyərək birinə salam verdikdə həmin şəxsə Allahdan salamatlıq diləyirik.

Salam verməyin fəziləti
Abdullah ibn Amr rəvayət edir ki, bir nəfər Pey­ğəm­bərdən soruş­du: “İs­lam xis­lətlərindən ən xeyirlisi hansı­dır?” Pey­ğəmbər de­di: “Ehtiyacı olana ye­mək yedirtmək, tanı­dığına və tanımadığına sa­lam verməkdir”. Yəni qarşına çıxan hər kəsə salam verməlisən. Yalnız tanıdığın adama salam vermək İs­lam əx­laqına zidd olan bir xasiyyətdir və Qiyamətin əlamətlərindəndir. Peyğəmbər demiş­dir: “Bi­ri­sinin ancaq tanıdığına salam verməsi Qiyamətin əlamətlərindəndir” (Əh­məd, 1/387).
Allah Elçisi demiş­dir: “İman gətir­məyincə Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevmə­yin­cə (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi se­vəsiniz?! Aranızda salamı yayın”. (Muslim, 54).
Sufyan əl-Miqdam ibn Şureyh babasından rəvayət edir ki, o, Allah Elçisindən soruşdu: “Ey Allahın Elçisi, mənə elə bir əməl bildir ki, məni Cənnətə daxil etsin”. O buyurdu: “Həqiqətən, salamı yaymaq və xoş söz söyləmək bağışlanmağı vacib edən səbəblərdəndir”.
Peyğəmbər demişdir: “Üç kəffarə, üç dərəcə, üç xilas olma və üç həlak vardır. Kəffarələrə gəlincə, bu, çətin vəziyyətdə dəstəmazı kamil şəkildə almaq, bir namazdan sonra digər namazı gözləmək və camaatla namaz qılmaq üçün addımları çoxaltmaq­dır. Dərəcələrə gəlincə, bu, yemək yedizdirmək, salamı yaymaq və gecə insan­lar yatarkən namaz qılmaqdır. Xilas olmağa gəlincə, bu, qəzəb və razılıq anında ədalətli olmaq, kasıblıqda da, zənginlikdə də mötədil olmaq, gizlində də, aşkarda da Allahdan qorxmaqdır. Həlak olmağa gəlincə, bu, xəsis olmaq, nəfsə uymaq və özünü bəyənməkdir”.
Peyğəmbər demişdir: “Həqiqətən, bir mömin digər bir möminlə qarşılaşaraq salam verib əl ilə görüşdükdə, ikisinin də günahları ağacın yarpaqları töküldüyü kimi tökülür”.


Salam verməyin qaydası
Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir" (ən-Nisa, 86).
Yəni bir kəs sizə "əs-Səlamu aleykum" desə, siz də ona "və aleykus-Səlam və rahmətullah" deyərək Allahın rəhmətini buna əlavə edin. Bir kəs sizə “əs-Səlamu aleykum və rahmətullah” desə, siz də ona “və aleykumus-Səlam və rahmətullahi və bərakətuhu” deyin və ya olduğu kimi salamı qaytarın.
Salamın üç deyiliş forması vardır. Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi bir məclisdə olarkən bir kişi gəlib: “əs-Səlamu aleykum”- (sizə salam olsun!) - dedi. Allah Elçisi buyurdu: “Buna on savab vardır”.
Başqa bir kişi gəlib: “əs-Səlamu aleykum və rahmətullah”- (sizə salam olsun və Allahın rəhməti yetişsin!) - dedi.
Allah Elçisi buyurdu: “Buna iyirmi savab vardır”.
Başqa bir kişi gəlib: “əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu”- (sizə salam olsun, Allahın rəhməti və bərəkəti yetişsin!) - dedi.
Allah Elçisi buyurdu: “Buna otuz savab vardır”. Bir kişi məclisdən qalxıb salam vermədi. Allah Elçisi buyurdu: “Dostunuz salamı­nı nə tez unutdu. Sizdən biriniz məclisə gəldiyi zaman salam versin. Əgər orada oturmağı məsləhət bilsə, otursun. Məclisdən durub getdikdə də salam versin. Əvvəlki salam sonuncu salamdan daha üstün deyildir”. (əl-Buxari “Ədəbul-Mufrad” 986).
İki nəfər bir-biri ilə qarşılaşdıqda söhbətə başlamazdan öncə ilk olaraq salam verən daha fəzilətlidir. Allah Elçisi demişdir: “İnsanların Allaha ən yaxın olanı ilk salam verəndir“. Salam verən şəxslər çox olarsa, onlardan birinin salam verməsi kifayət edir, lakin hamının salam verməsi daha yaxşıdır. Salam verdikdə əl ilə görüşüb dil ilə salam verməmək bəyənilməyən əməldir. Salamı qaytarmaq vacibdir. Salam verilən şəxslər çox olduqda onlardan birinin və ya bir neçəsinin salamı alması kifayət edir, lakin hamısının salamı qaytarması daha yaxşıdır. Onlardan heç bir kəs salamı qaytarmazsa, hamısı günah qazanar.
Peyğəmbər demişdir: “Minikdə olan piyadaya, ötüb-keçən oturana və az sayda olanlar çox sayda olanlara salam verməlidir”. Başqa rəvayətdə isə deyilir: “Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir”. (əl-Buxari, 6231).



Geri dön

Angry Boy

  • 8 mart 2014 20:55
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
tesekkurlerrr...............................................

^^MasaL^^

  • 4 mart 2014 18:38
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
tewekkurler

PSIXOPATKA

  • 4 mart 2014 17:23
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

BaNTiKLi_CiCiWKa

  • 4 mart 2014 15:38
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 14:31
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsunn

--------------------

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 12:36
  • Məqalə: 790
  • Şərh: 20232
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

: Sensizde Babatdi :

  • 4 mart 2014 12:03
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

aska rico

  • 4 mart 2014 11:45
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 3 mart 2014 23:10
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ヅ Bad Girl ヅ

  • 3 mart 2014 23:05
  • Məqalə: 790
  • Şərh: 20232
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 3 mart 2014 22:55
  • Məqalə: 683
  • Şərh: 18691
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

romantik_awk

  • 3 mart 2014 22:33
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
Peyğəmbər demişdir: “Minikdə olan piyadaya, ötüb-keçən oturana və az sayda olanlar çox sayda olanlara salam verməlidir”. Başqa rəvayətdə isə deyilir: “Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir”. (əl-Buxari, 6231).

--------------------

Damlam

  • 3 mart 2014 22:15
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
allah razi olsun
ALLAH UREYINE GORE VERSIN

--------------------
http:///user/İmza/

melek_19

  • 3 mart 2014 22:04
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun.....

--------------------

Qaska_Quli

  • 3 mart 2014 21:35
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
teshekkurrrrrrrrrr

--------------------

__MB__

  • 3 mart 2014 21:26
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrr

Aydan95

  • 3 mart 2014 21:15
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
tewekkurler

ÞSÎxx мSÎxx

  • 3 mart 2014 21:02
  • Məqalə: 51
  • Şərh: 1989
  • Bal:
{awards}
Eleykum Salam


Allah Elçisi demiş­dir: “İman gətir­məyincə Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevmə­yin­cə (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi se­vəsiniz?! Aranızda salamı yayın”. (Muslim, 54).

--------------------
asd

NikaLYa

  • 3 mart 2014 20:58
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Ne bilimeee

--------------------

ღ★ Firuzə ★ღ

  • 3 mart 2014 20:54
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

PércyDarkMoon

  • 3 mart 2014 20:54
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun coooooooooooooooooooo sagolun cooox maragli idi

--------------------

kitaykaa

  • 3 mart 2014 20:37
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
salam olsun her kese

Payız qoxulu

  • 3 mart 2014 20:36
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkkur

--------------------

sessiz deniz

  • 3 mart 2014 20:34
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

Roya_____

  • 3 mart 2014 20:32
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Ay Eleykum Salam
Allah razı olsun can

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 63

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}