Dəccalın fitnəsi

 
Dəccalın fitnəsi


Nəvvas ibn Səman demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğu­nu güman etdik. Təkrarən onun yanına gəldiyimiz zaman o, bi­zim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıq­larda olduğunu güman etdik”. O dedi: “Sizin üçün Dəccaldan başqa şeylərdən daha çox qorxuram. Əgər o, mən sizin aranızda ikən çıxarsa, mən sizə görə onunla mübarizə apararam. Yox, əgər mən aranızda olmayanda çıxarsa, onda hər kəs özü onunla mübarizə aparmalıdır. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, əl-Kəhf surəsinin ilk ayələrini ona qarşı oxusun.


Dəccalın fitnəsi
Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda zühur edəcək və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, dininizdə sabit olun!” Biz soruşduq: “Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?” O dedi: “Qırx gün (qalacaq, on­lardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır”. Biz soruşduq: “Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?” O dedi: “Xeyr, özünüz onun üçün vaxt təyin edin!” Biz soruşduq: “Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?” O dedi: “Küləyin qovduğu yağış buludlarının sürəti kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və göy dərhal yağış yağ­dıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. Həmin qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri əvvəl heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uza­dılmış vəziyyətdə geri qayıdacaqlar. Sonra o, digər bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O, bir xarabalığın yanından keçəndə ona: “Öz xəzinə­lərini üzə çıxart!”- deyəcək və bal arıları­nın başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcək­dir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra onu çağı­racaq, o da həmin anda dirilərək sevincək onun yanına gələcək.

İsa peyğəmbərin gəlişi
Elə o vaxt Allah Məryəm oğlu Məsihi göndərəcək. O, iki sarı paltarda, əlləri­ni iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ mina­rə­yə enəcək­. O, başını aşağı saldıqda saçından su damcıları, başını qaldırdıqda isə inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsi­nin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çata­caqdır. O, Dəccalı axtara­caq və onu Ludd qapısının yanında yaxalayıb öldürəcək. Sonra Məryəm oğlu İsa, Allahın (Dəccalın şərindən) qoruduğu bir qöv­mün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnət­dəki dərəcələrini söyləyəcəkdir.

Yəcuc və Məcuc tayfaları
Elə o vaxt Allah İsaya belə vəhy edəcək: “Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur dağında sığı­nacaq ver!” Allah Yəcuc və Məcuc tayfalarını göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabə­riyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: “Nə vaxtsa burada su var idi”. Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər. Allah Yəcuc və Məcuc tayfalarının boyun­larına qurdlar göndərəcək və səhəri hamısı bir nəfər kimi öləcək. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabə­ləri yerə enəcəklər. Onlar yer üzündə cəsədlərin piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəm­bəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvə­lərin boyunlarına bənzəyən uzun boylu quşlar göndə­rə­cək. Quşlar cəsəd­ləri götürüb Allahın istədiyi yerə apara­caq.

Qiyamətin qopması
Sonra Allah elə bir yağış göndə­rəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilmə­yəcək. O, yer üzündə nə varsa yuyub aparacaq, hətta onu güzgüyə bənzəyən hamar bir hala salacaq. Sonra yer üzünə: “Meyvələrini bitir və bərəkətini ver!”- deyiləcək. Elə o gün bir dəstə adam bir narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə o qədər bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə adama kifayət edəcək. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcək­. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da mömin­ləri qoltuqlarının altından yaxala­ya­raq hər bir möminin və müsəlmanın ruhunu özü ilə apara­caqdır. Yer üzündə insanla­rın ən şər olanları qalaraq eş­şək­lər kimi cinsi əlaqədə ola­caq­lar. Qiyamət saatı da məhz onların üzərində qopacaqdır”. (Muslim, 110/ 2937).


Geri dön

Angry Boy

  • 8 mart 2014 20:53
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
Tesekkurler meluamata goreee

^^MasaL^^

  • 4 mart 2014 18:35
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler...

PSIXOPATKA

  • 4 mart 2014 17:18
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Damlam

  • 4 mart 2014 16:10
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUNNNNNNNNN

--------------------
http:///user/İmza/

__MB__

  • 4 mart 2014 15:52
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrrr

BaNTiKLi_CiCiWKa:)

  • 4 mart 2014 15:35
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

melek_19

  • 4 mart 2014 14:28
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ★ Firuzə ★ღ

  • 4 mart 2014 14:28
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

_YaLaN_DuNyAm_

  • 4 mart 2014 13:39
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
Allahim sen qiyametleri hemiwe ele pislerin usdunde qopar>>Allah seninde hemiwe yaninda olsun,seni ve aileni qorusun,,,meqaleye gore tewekkur..

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

Aydan95

  • 4 mart 2014 13:12
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

ヅ Bad Girl ヅ

  • 4 mart 2014 12:34
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

aska rico

  • 4 mart 2014 11:40
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

Qaska_Quli

  • 4 mart 2014 10:17
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
___teshekkurr ALLAH razi olsunn___

--------------------

prosta barbi

  • 4 mart 2014 10:02
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 4 mart 2014 09:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Ilk werh menden......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}