Dezodorantın bilmədiyimiz tərəfləri

 
Dezodorantın bilmədiyimiz tərəfləri

Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Analizlər göstərib ki, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.

Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb.

Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər.

Yeni tədqiqatın gedişində alim əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilmiş alüminiumun miqdarını ölçib və müəyyən edib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur. Bununla əlaqədar Eksli belə bir bəyanatla çıxış edib: “Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Biz müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşənlərdir. Biz qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin mənə belə gəlir ki, bu aşkardır. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq”.
Doktor Eksli qeyd edir ki, heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib: “İndi alüminiumun məhz dezodorantlarda olan duzlarının bədxassəli şişlərin yaranmasına təkan verib-vermədiyinə əmin olmalıyıq”.

Tədqiqatçı bildirir ki, kosmetik vasitələrin istehsalçıları dezodorant istehsalında alüminiumdan istifadə etmələrini bu metalın effektiv antiperspirant olması ilə izah edirlər. O qeyd edir ki, tərkibində alüminium olmayan dezodorantlar da var, lakin onlar bir o qədər də effektli deyil: “İstehsalçılar bildirirlər ki, bu alüminium duzları təhlükəsizdir, amma reallıq bunun hələ sübut olunmasını tələb edir”


Geri dön

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 20:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
twk,.,.,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 13 fevral 2011 20:18
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 13 fevral 2011 13:12
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
xebere gore tewekkur.....................

--------------------

damla15

  • 13 fevral 2011 10:59
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
Tesekkur....

only-girl

  • 13 fevral 2011 10:01
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
kukla_2019,
wink

--------------------

kukla_2019

  • 13 fevral 2011 01:52
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
Bu sadece quw qripi-xesteliyi kimi Britaniya alimleride yalan xeber yayirlar.Chunki xercheng xesteliyinin her bir novu artiq butun dunyada chox yayilib.Ona gorede bilmirler Elinin boynuna atsinlar yoxsa Velinin .
Xebere gore TWK-Alimlere yoxaaa.TO ONLY-GIRL.

YazYamuru

  • 13 fevral 2011 01:06
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
TŞKKKKK feel

--------------------



nilayka

  • 13 fevral 2011 00:23
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}