Rafiq Hümmət - Şeirlər

 
Rafiq Hümmət - Şeirlər

AZADLIQ NƏ GÖZƏL İMİŞ...

Azadlıq nə gözəl imiş,
Sürgünü yox, ölümü yox.
Katorqanın məşəqqəti,
Zirzəminin zülümü yox.

Azadlıq nə gözəl imiş,
Qazanmağın min yolu var.
Çeşid-çeşid firqələrin
Mərkəzi, sağı, solu... var.


Azadlıq nə gözəl imiş,
Get, lap arvadı çılpaq al.
Təki pulun olsun, gülüm,
İstərsən Aydan torpaq al.

Azadlıq nə gözəl imiş,
Azad baş asan qatılır.
Məhləmizdəki bulağın
Suyu da pulnan satılır.

Hər yer necə gözəlləşir,
Günü-gündən başqalaşır,
Azadlıq nə gözəl imiş,
Hər şey azad bahalaşır.

...Amma sözü alan yoxdu,
Şair ağılsızdı, gülüm,
Bircə ölüm ucuzlaşıb,
Bir də dərd pulsuzdu, gülüm...


MÜASİRLİK?

Adamlar sanallaşdı,
Virtuallaşdı hər şey,
Sevgi də, nifrət də,
Seks də, məhəbbət də,
Yalan da, gerçək də,
Ətrini aldığımız çiçək də
Şəkilləşdi.

Həyat elektronlaşdı,
Monitora köçdü hər şey,
Aç bilgisayarı –
Yer istəyirsən – yer!
Göy istəyirsən – göy!
Ər istəyirsən – ər!
Gey istəyirsən – gey!

Daha nə Ayın ləzzəti var,
Nə Günün,
Nə eşqin,
Nə ayrılığın,
Nə də sürgünün.
Hər şeyin şəkli var,
Özü yox,
Minlərlə şairin adı var,
Sözü yox.

Dağlar fərmansız tərk edildi,
Kəndlər tamam boşaldı,
Şəhərlər böyüdü,
Qanda şəkər artdı,
Sinədə qəhərlər böyüdü –
Həyat sanallaşdı,
Ətrini pay verən çiçək qalmadı,
Ölümdən başqa bir gerçək qalmadı...


26 FEVRAL – XOCALI BİZİM...

Hərlənim boyuna, sevgili millət,
Dolanım başına, qadanı alım.
Mənə dua eylə - beş-on adamnan
Ağlaya-ağlaya Ağdamı alım.

Mənə dua eylə - yığım beş adam,
Yanvarda, fevralda yaxşı ağlayım,
Soyuq Xocalıda can verənlərin
Yasını hamıdan yaxşı saxlayım.


Yığışaq, ağlayaq və... cəsurlaşaq,
Zəncirli-zəncirsiz sinəyə döyək.
Yezidi söyürük min ildən çoxdu,
Yığışaq bir az da “hayları” söyək.

Nə lazım Şuşanın xarıbülbülü,
Bəslə qərənfili, sev gülü, millət.
Borda manısları tox toğlu kimi,
Yaxşı burcutsunlar, sevgili millət.


...Basdır torpaq deyib poz verənləri,
Dəfn elə cavanlı-qocalı bizi.
Üç yüz altmış dörd gün şıllaq atırıq,
İyirmi altı fevral – Xocalı bizim!..

ANAMA

Göy üzündə bir bulud yox, ay anam,
Göy üzü də üzün kimi təmizdi.
Dalğalanan tellərinə baxıram,
Elə bil ki, ləpələnən dənizdi.

Gərək deyil, yer üzündə hər nə var,
Bir Allah var, göy üzü var, durna var.
Səmadakı qatar-qatar durnalar
Durna deyil, hərəsi bir kənizdi.

Oğul dərdi çəkməyənlər yarıdı,
Sən seçən qız özgəsinin yarıdı.
Qaraşınlar qara günnən qarıdı,
Daha qızlar mavi göz, ağ bənizdi.

...Yan-yörəmdə ox tək uçur söz mənim,
Götürməyir neçə ürək, göz məni.
Ağırlığım-uğurluğum toz mənim –
Ləyənə bas, məni özün çimizdir...


Geri dön

Angry Boy

  • 30 mart 2014 17:38
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
Azadlıq nə gözəl imiş,
Sürgünü yox, ölümü yox.
Katorqanın məşəqqəti,
Zirzəminin zülümü yox.

Azadlıq nə gözəl imiş,
Qazanmağın min yolu var.
Çeşid-çeşid firqələrin
Mərkəzi, sağı, solu... var.
tesekkurlerrrrrrrrrrrrrrrrr

ღ★ Firuzə ★ღ

  • 25 mart 2014 16:43
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkürlər.

--------------------

Qaska_Quli

  • 9 mart 2014 20:13
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrr

--------------------

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 16:22
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

_YaLaN_DuNyAm_

  • 8 mart 2014 18:03
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
marali idi tewekkurlerrr winked

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

Angry Boy

  • 8 mart 2014 15:26
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Tesekkurler seirelere gore

Damlam

  • 7 mart 2014 23:24
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ELADIIIIIIIIIIII TWKKKKKKKKKKKKK

--------------------
http:///user/İmza/

ღ★ Firuzə ★ღ

  • 7 mart 2014 22:48
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
choox sagolunnn

--------------------

nuruWka

  • 7 mart 2014 22:20
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
təşəkkürlər bəyəndim.. winked

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

Aydan95

  • 7 mart 2014 21:55
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

__MB__

  • 7 mart 2014 21:52
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Azadlıq nə gözəl imiş,
Get, lap arvadı çılpaq al.
Təki pulun olsun, gülüm,
İstərsən Aydan torpaq al.

melek_19

  • 7 mart 2014 21:30
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Qeweng weirdi......

--------------------

Payız qoxulu

  • 7 mart 2014 21:09
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^MasaL^^

  • 7 mart 2014 21:07
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
Azadlıq nə gözəl imiş,
Qazanmağın min yolu var.
Çeşid-çeşid firqələrin
Mərkəzi, sağı, solu... var.

Azadlıq nə gözəl imiş,
Get, lap arvadı çılpaq al.
Təki pulun olsun, gülüm,
İstərsən Aydan torpaq al.

__MB__

  • 7 mart 2014 20:53
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
əlaaaaaaaaaaa

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}