Erkən qırışların 10 səbəbi var

 
Erkən qırışların 10 səbəbi var

Yaşlanmaq hamının qorxulu kabusudur. Bunun qarşısını almaq üçün müxtəlif kosmetik vasitələrdən, əməliyyatlardan istifadə edilir. Amma bütün bunlar müvəqqəti çarələrdir. Qırışların səbəbi başlıca olaraq yaşla bağlı olsa da, burada genlər, insanın həyat tərzi də böyük rol oynayır.

Günəş
Yaz aylarında insanların özlərini günəşə verməsi onlara həzz verə bilər. Amma nəzərə alın ki, bu, üzün qırışmasına səbəb olur. Bu aylarda Günəşlə bütün əlaqələri kəsmək də düzgün deyil. Küçəyə çıxanda keyfiyyətli günəş kremindən və papaqdan istifadə etmək kifayətdir.

Üz mimikaları
Üzün hər bir hərəkəti onun bir az daha qırışmasına səbəb olur. Çox zaman dəri öz özünü yenilədiyi üçün hüceyrələr dəyişir və bu, kiçik qırışlar yox olur. Amma bu yenilənmə sonsuza kimi davam etməyəcək.

Siqaret
Siqaretin insanın həm xarici, həm də daxili görünüşünə mənfi təsirini bilməyən yoxdur. Bu ziyanlı vərdiş yalnız dişləri saraltmır, eyni zamanda qırışların artmasına imkan yaradır.

Yuxu
Günün yorğunluğundan azad olmaq üçün yatağa girəndə belə özünüzə diqqət etməyiniz vacibdir. Çünki uzun müddət eyni pozisiyada yatmaq üzün bu bölgəsinin daha çox qırışmasına səbəb olur. Bunun üçün üzü aşağı yatmağı tərgidib, arxası üstə yatmağa başlasanız yaxşı olar.

Stres
Həyatımızdan stresi tamamilə çıxartmaq mümkün deyil. Amma gözəl dərimizi qorumaq üçün daha sakit və soyuqqanlı olmağı öyrənməliyik. Unutmayın ki, stres nəticəsində yaranan qırışlar, sonradan insanı depressiyaya düşürə bilər.

Yuxusuzluq
Kifayət qədər yatmamaq qırışların sayını artırır. Yuxusuz qalmamaq və üzü üstə yatmamaq- bunlara mütləq diqqət etmək lazımdır.

İçki
Nə qədər çox içki qəbul edilsə, bir o qədər çox qırış olacaq. Spirtli içki üzün şişməsinə, şiş azalanda isə onun dartılmasına və qırışmasına səbəb ola bilər.

Nəmsizlik
Quru dəri daha çox çatlamalara və qırışlara səbəb ola bilər. Bədənin suya nə qədər ehtiyacı varsa, üzün də bir o qədər nəmə ehtiyacı var. Nəmləndirici kremlərdən istifadəni unutmayın.

Yaşlanma
Təəssüf, ancaq bunun heç bir əlacı yoxdur. Hər ötən gün bizim əleyhimizə işləyir.

Genlər
Ailə üzvlərinizin və yaxınlarınızın üzünə diqqət yetirin. Vəziyyət fiziki cəhətdən xeyrimizə olmasa da, onların xətalarından dərs ala bilərik.


Geri dön

Yusif

  • 9 fevral 2011 12:40
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
heyat oz isin gorur

nilayka

  • 5 fevral 2011 17:19
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thank you

--------------------

sevgim

  • 5 fevral 2011 16:32
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
heyat oz isin gorur

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 5 fevral 2011 15:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 64
Cəmi: 75

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}