Təbii şirələr haqqında məqalə

 
Təbii şirələr haqqında məqalə


Təbii şirələr insan orqanizmi üçün çox faydalıdır. Onlar hər insanın (xüsusən də uşaqların) gündəlik qida rasionunda olmalıdır.

Şirələri tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlayırlar. Xarab meyvə və tərəvəzlərdən şirələri hazırlamaq olmaz. Təbii şirələri hazırlanandan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan təbii şirədə (soyuducuda da saxlansa) vitaminlər, demək olar, tamam yox olur.

Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün vitamin və mikroelementlər şirədə qalacaq.

Kök şirəsi insanın gözləri və dərisi üçün çox faydalıdır.

Tomat şirəsində çoxlu C vitamini, karotin və kaliy mikroelementi var. Bu şirə həzm prosesini yaxşılaşdırır. Tomat şirəsində kalori azdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir. Tərkibində çoxlu yod var. Qəbzliyi
aradan götürür, arıqlamağa kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, bu şirə təbii sidik-qovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar şirəsini içmək məsləhətdir.

Çuğundur şirəsi qan və damarları təmizləyir, hemoqlobini artırır. Orqanizmdən toksinləri çıxardır.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və 12 barmaq bağırsaq xorası olan xəstə insanlara çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var. Hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir.

Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Dəmirlə çox zəngindir və ona görə qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.

Portağal şirəsi qan-damar sistemi üçün çox faydalıdır. Qara ciyərin funksiyasını yaxşılaşdırır. Mədə-bağırsaq sistemi xəstə olan insanlara içmək məsləhət görülmür.

Ərik şirəsi ürək üçün çox faydalıdır. C vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və ona görə kök insanlara və şəkər xəstələrinə bu şirəni içmək məsləhət görülmür.

Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində bromelayn adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. İmmuniteti artırır.
Qreypfrut şirəsi yuxu pozğunluğunu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin C ilə zəngindir. İmmuniteti artırır.

Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.

Gavalı şirəsi kaliy ilə çox zəngindir. Qastrit, ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.

Albalı şirəsi ən faydalı şirələrdən biridir. Qanazlığı olan insanlara çox fay-dalıdır. Mədə və 12 barmaq bağırsaq xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

Qara qarağat şirəsi insan orqanizminə insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır. İmmuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.


Geri dön

Angry Boy

  • 30 mart 2014 17:55
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
Təbii şirələr insan orqanizmi üçün çox faydalıdır. Onlar hər insanın (xüsusən də uşaqların) gündəlik qida rasionunda olmalıdır.

Qaska_Quli

  • 9 mart 2014 19:46
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrr

--------------------

Angry Boy

  • 8 mart 2014 16:04
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Tesekkurler meluamt ucun

Damlam

  • 7 mart 2014 23:10
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TWKKKKKKKKKKKK

--------------------
http:///user/İmza/

melek_19

  • 7 mart 2014 21:51
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.....

--------------------

Payız qoxulu

  • 7 mart 2014 21:21
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkur can

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 mart 2014 20:30
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
вəуəη∂ιм..

nuruWka

  • 7 mart 2014 20:12
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
тəşəккüяℓəя вəуəη∂ιм.. winked

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

PércyDarkMoon

  • 7 mart 2014 18:58
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
cox sagol caaan

--------------------

fiqume

  • 7 mart 2014 18:28
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
twklerrr meqaleye gore...

--------------------
SSeni_cox_sevirem_bunu_unutmAA

......askimsin benim........

Hayatimin tek menasi

ヅ Bad Girl ヅ

  • 7 mart 2014 17:11
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

^^MasaL^^

  • 7 mart 2014 15:02
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler....

ヅ Bad Girl ヅ

  • 7 mart 2014 15:00
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler...

--------------------

__MB__

  • 7 mart 2014 14:44
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

BaNTiKLi_CiCiWKa:)

  • 7 mart 2014 14:38
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------

Aydan95

  • 7 mart 2014 14:04
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

PércyDarkMoon

  • 7 mart 2014 13:53
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 mart 2014 13:50
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Kök şirəsi insanın gözləri və dərisi üçün çox faydalıdır.

prosta barbi

  • 7 mart 2014 13:46
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Portağal şirəsi qan-damar sistemi üçün çox faydalıdır. Qara ciyərin funksiyasını yaxşılaşdırır. Mədə-bağırsaq sistemi xəstə olan insanlara içmək məsləhət görülmür

Odd angel

  • 7 mart 2014 13:37
  • Məqalə: 0
  • Şərh: 1018
  • Bal:
{awards}
tesekkurler size...

ღ★ Firuzə ★ღ

  • 7 mart 2014 13:36
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
teshekkurler ozume :)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}