Möminin və kafirin ölümü

 
Möminin və kafirin ölümü

Bəra ibn Azib rəvayət edir ki, biz Peyğəmbər salləllahu aleyhi və səlləm ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, onun gözünün gördüyü son məsafədə oturub gözləyirlər.

Möminin ölümü
Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx!” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağ­zın­dan axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu gö­tür­dükdən sonra onu bir göz qırpımında mələk­lərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxu­suna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu gözəl ruh kimin ruhu­dur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, camaatın onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam”. Mələklər onu bədəninə qay­tar­dıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar.
O: “Rəbbim Allahdır!”- deyə cavab verir.
Onlar: “Dinin nədir?”- deyə soruşurlar.
O: “Dinim İslam­dır!”- deyə cavab verir.
Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar.
O: “Bu, Allahın Elçisi salləllahu aleyhi və səlləm idi!”- deyə cavab verir.
Onlar: “Həyatda ikən sən nə öyrəndin?”- deyə soruşurlar.
O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!”
Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yara­şıqlı paltarı olan və üst başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyir­xahlıq yağır!”- deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”- deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum”.


Kafirin ölümü
Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özü ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx!” Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında mələklərə təhvil verir, onlar da onu gişə bü­kür­lər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçir­lərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bən­dəni, camaatın onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılma­sını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəm­bər bu ayəni oxudu:
“…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər” (əl-Əraf, 40).
Sonra o (davam edib) dedi: “(Allah buyu­rur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və Qiyamət günü bir daha oradan dirildib çıxardacağam”. Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər bu ayəni oxudu:
“Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” (əl-Həcc, 31).
Sonra o (davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar.
O mızıldanıb deyir: “M-mm… Bilmi­rəm!”
Mələklər: “Dinin nədir?”- deyə soruşurlar.
O deyir: “M-mm… Bilmirəm!”
Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar.
O yenə mızıldanıb deyir: “M-mm… Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın”. Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”- deyə soruşur. O da: “Mən sənin yara­maz əməlləri­nəm!”- deyə cavab verir. Onda kafir yalvarıb deyir: “Allahım! Qoyma Qiyamət qopsun”. (Əhməd, 17803).

İlliyyun möminlərin əməllərinin yazıldığı kitab, yeddinci göy, Siccin isə günahkarların əməllərinin yazıldığı kitab, yer kürəsinin ən aşağı təbəqəsidir.


Geri dön

ღ★ Firuzə ★ღ

  • 3 aprel 2014 19:43
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
ALLAH razı olsun

--------------------

Angry Boy

  • 8 mart 2014 20:15
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Teshekkur melumata goreee

Payız qoxulu

  • 6 mart 2014 16:32
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkurler

--------------------

FaToShKa

  • 5 mart 2014 23:10
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

Qaska_Quli

  • 5 mart 2014 19:55
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrr

--------------------

^^MasaL^^

  • 5 mart 2014 19:17
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Allah razi olsun...

__MB__

  • 5 mart 2014 15:27
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərrr

ÞSÎxx мSÎxx

  • 5 mart 2014 15:03
  • Məqalə: 51
  • Şərh: 1989
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
asd

PSIXOPATKA

  • 5 mart 2014 13:44
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★ Firuzə ★ღ

  • 5 mart 2014 13:25
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

ヅ Bad Girl ヅ

  • 5 mart 2014 13:11
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Aydan95

  • 5 mart 2014 13:03
  • Məqalə: 39
  • Şərh: 2819
  • Bal:
{awards}
tewekkurler

Damlam

  • 5 mart 2014 12:46
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
tewekkurelrrrrrrrrrrrrrr
sen meni allahdan istemeyi bil men dua olub ureyine amin olub diline duwmesini bileremmmmmmmmm

--------------------
http:///user/İmza/

_YaLaN_DuNyAm_

  • 5 mart 2014 12:19
  • Məqalə: 1
  • Şərh: 483
  • Bal:
{awards}
tewekkurler meale ucun..

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

Alone_But HAPPY

  • 5 mart 2014 11:30
  • Məqalə: 2
  • Şərh: 1162
  • Bal:
{awards}
tewekkurler .................

--------------------
Aşk, sakızdan çıkan sözler kadar basit olmaya devam ettikçe, insanlar da onu çiğneyip tükürmeye devam edecekler

melek_19

  • 5 mart 2014 10:14
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

prosta barbi

  • 5 mart 2014 10:01
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
tewekkur...

aska rico

  • 5 mart 2014 10:01
  • Məqalə: 158
  • Şərh: 7148
  • Bal:
{awards}
tesekkurler

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 5 mart 2014 08:44
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
ilk şerh menden olsun
tşkler

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 53
Cəmi: 79

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 38
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}