On bir qadının əhvalatları

 
On bir qadının əhvalatları


Rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə on bir qadın bir yerdə otu­rub öz ərlərinin barəsində olan xəbərlərdən heç bir şey gizlətməyəcəklərinə dair bir-birilərinə söz verdilər.
Birincisi dedi: “Mənim ərim dağın zirvəsində yer­ləşən cılız dəvənin ətinə bənzəyir. O dağa çıxmaq asan iş deyil, üstəlik ətin üstündə piy deyilən şey yoxdur ki, kimsə gedib onu götürsün”.
İkincisi dedi: “Mən ərim haqqında danışmaq istəmirəm. Qorxuram onun haqqında danışmağa başlasam, onun bütün gizli və aşkar nöqsanlarını xa­tır­lamayınca dayanmayım.”
Üçüncüsü dedi: “Mənim ərim uzundrazdır. Əgər mən onun qarasınca danışsam, o məni boşayar, yox, danışmasam, onda həmişə on­dan asılı vəziyyətdə qalaram.”
Dördüncüsü dedi: “Mənim ərim Tihamə gecəsinə bənzəyir. O, nə tezqızışan, nə laqeyd, nə qorxunc, nə də zəhlətökən bir adamdır.”
Beşincisi dedi: “Mənim ərim evə girəndə bəbirə, çö­lə çıxanda isə şirə dönür və mənə tapşırdığı xırda-para işlərə görə evinə söz-söhbət salmır.”
Altıncısı dedi: “Mənim ərim yeyəndə də, içəndə də süf­rədə heç nə saxlamır. Yatağına uzandıqda bürüncəyinə bürünür və heç əlini uzadıb baxmır ki, görsün yanındayam, ya yox.”
Yeddincisi dedi: “Mənim ərim gic-gic işlərlə məşğuldur və sarsaq adamdır. Nə nöqsan desən onda tapa bilərsən, o sənin başını yara bilər, bədəninə xəsarət yetirə bilər, yaxud hər ikisini edə bilər.”
Səkkizincisi dedi: “Mənim ərim zərif vü­cudlu, dovşan tək zərif, zərnəb qədər xoşiyli bir adamdır.”
Doqquzuncusu dedi: “Mənim ərim hündür evə sahib olan, belində uzun qın daşıyan, evində çoxlu od qalanan və evi həmişə qonaq-qaravaşla dolu olan bir adamdır.”
Onuncusu dedi: “Mənim ərimin adı Malikdir! Nə bi­lirsiniz Malik kimdir?! Nə cür vəsf etsəm də, Malik ondan daha xeyirlidir. Onun dəvələ­rinin çoxu ağıllarda, az bir qismi isə otlaqlarda olur. Ağıl­lardakı dəvələr ud səsi eşitdikdə boğazlanacaqlarını yəqin edirlər.”
On birincisi dedi: “Mənim ərim Əbu Zər'dir. Nə bilirsiniz Əbu Zər' kimdir?! O mənim qulaqlarımı zinət əşyaları ilə bəzəmiş, mən onun qayğısı sa­yə­sin­də toppuş olmuş, habelə o mənə sevinc bəxş etmiş və bu mənim könlümü şad etmişdir. O məni bir neçə qoyuna sahib olan ailədən alıb at və dəvə sü­rü­sünə sahib, habelə taxıl döy­məklə məşğul olan və tərtəmiz taxıla sahib olan bir ailəyə gəlin gətirmişdi. Onun evində danışdığım sözlərə görə heç kəs məni tənbeh etmir, istəyəndə günortaya qədər yata bilirəm və is­tə­di­yim qədər içirəm. Əbu Zər'in anası. Nə bilirsiniz Əbu Zər'in anası kimdir?! Onun bazar zənbil­ləri həmişə dolu olur, evi də olduqca ge­nişdir. Əbu Zər'in oğlu. Nə bilir­siniz Əbu Zər'in oğlu kimdir?! Onun yatağı xurma çubu­ğuna bənzəyir, özü də dörd aylıq çəpişin ayağını yesə doyar. Əbu Zər'in qızı. Nə bilir­siniz Əbu Zər'in qızı kimdir?! O, ata-anasının qayğısına qalan toppuş bir qızdır. Onun gözəlliyi günüsünü qəzəbləndirir. Əbu Zər'in kənizi. Nə bilirsiniz Əbu Zər'in kənizi kim­dir?! Bu kəniz bizim söhbət­lərimizi orda-burda danışmaz, yeməyimizi israf et­məz, evimizi də həmişə təmiz və səliqəli saxlar. Bir dəfə axşamüstü artıq hey­vanlar sağıldıqdan sonra Əbu Zər' evdən bayıra çıxdı və yanında bəbir kimi iki uşağı olan bir qadına rast gəldi. Uşaqlar əllərini onun belinin al­tın­dan salıb iki narla oy­nayırdılar. Əbu Zər' məni boşayıb onunla evləndi. Mən də ondan boşandıq­dan sonra alicənab bir adama, yorulmaq bilməyən gözoxşayan bir at minən, əlində də nizə gəzdirən birisinə ərə getdim. O mənə çoxlu var-dövlət bəxş etdi, ev heyvanlarının hər növündən mənə bir cüt verdi və dedi: “Özün də ye, qohumlarına da ver, ey Ummu Zər'!” Buna baxmayaraq əgər mən onun verdiklərinin hamısını bir yerə yığsaydım, bu əşyalar Əbu Zər'in ən balaca qabı qədər olmazdı.”
Aişə demişdir: “Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - mənə dedi: “Əbu Zər' Ummu Zər'ə əziz olduğu kimi, mən də sənə əzizəm.” (əl-Buxari, 5189).


Geri dön

ღ★ Firuzə ★ღ

  • 25 mart 2014 17:37
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
ALLAH razı olsun

--------------------

__MB__

  • 8 mart 2014 19:19
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

Angry Boy

  • 8 mart 2014 16:32
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah Razi Olsun Meqale ucun

Payız qoxulu

  • 7 mart 2014 21:46
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

sessiz deniz

  • 7 mart 2014 20:26
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 7 mart 2014 17:55
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

__MB__

  • 7 mart 2014 15:22
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

Aydan95

  • 7 mart 2014 14:40
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

ღ★ Firuzə ★ღ

  • 7 mart 2014 13:55
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
chooox sagol )))

--------------------

✰Razinka✰

  • 7 mart 2014 13:48
  • Məqalə: 19
  • Şərh: 1202
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.............

PércyDarkMoon

  • 7 mart 2014 13:11
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

aska rico

  • 7 mart 2014 12:40
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tewekkurler

--------------------

_YaLaN_DuNyAm_

  • 7 mart 2014 12:30
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
hmmm maraqli idi twkk

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

prosta barbi

  • 7 mart 2014 12:26
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur................

Damlam

  • 7 mart 2014 11:19
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNNNNNNNN

HEC AVXT UZUMU ALLAHA TUTUB DEMIREMKI MENIM BOYUK PROBLEMIM VAR..............
UZUMU PROBLEMIME TUTUB DEYIREMKI MENIM BOYUK ALLAHIM VAR.................................

--------------------
http:///user/İmza/

melek_19

  • 7 mart 2014 10:46
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^MasaL^^

  • 7 mart 2014 08:53
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler ..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}