Bayram menyusu

 
Bayram menyusu

-ZEYTUN PƏRVƏRDƏ

1 stəkan qoz ləpəsi
4 stəkan yaşıl zeytun - yumru-yumru doğrayın
1 ədəd kiçik baş soğan - xırda-xırda doğrayın
1 stəkan nar dənəsi (əgər narın mövsümü deyilsə, saxta albalı ilə əvəz edə bilərsiniz)
2 xörək qaşığı sirkə
2 xörək qaşığı narşərab
3 xörək qaşığı zeytun yağı

Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın. Geri qalan ərzaqları əlavə edib, qarışdırın.
Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.

-KƏKLİKOTULU POMİDOR ŞORBASI

4-6 porsiya üçün nəzərdə tutulub
2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
Duz
İstiot

Üstü Üçün:
Sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin. Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.
Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.
Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri qoyub süfrəyə verin.


-HEYVALI VƏ ZƏFƏRANLI TOYUQ

6 porsiya üçün nəzərdə tutulub

4 ədəd orta boy heyva (təxminən 1 kg)
6 qaşıq duru yağ
2 çay qaşığı zəfəran teli
1.5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti
1 ədəd doğranmış orta boy baş soğan
0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
10 ədəd quru qavalı
Duz,istiot

Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.
Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın.
Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin.
Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin.
10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatışana qədər bişirin.
Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun.
Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər bişirin.


-HİL VƏ LİMONLU ŞİRİN ÇÖRƏKLƏR

24 balaca bulka üçün

1 paket (2 1/4 çay qaşığı) quru maya
1/4 stəkan ilıq su
1/2 stəkan xama (smetan)
1/3 stəkan şəkər tozu
1/4 stəkan kərə yağı - əridib soyudun
1 çay qaşığı vanil ekstraktı (və ya bir çimdik vanilin)
3/4 çay qaşığı duz
1 ədəd iri yumurta - yüngülvari çalın
2 1/3 stəkan ağ un (təxminən 300 g)

İçi Üçün:
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. Əgər yoxdursa, adi şəkər tozundan istifadə edin).
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı. 3/4 çay qaşığı hil və 2 xörək qaşığı kərə yağı.

Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı suda həll edin. Qoyun 5 dəqiqə kənarda qalsın.

Xama və digər 5 ərzaqı (un əlavə etməyin) iri bir qaba qoyun və yaxşı qarışdırın.
Üstünə mayalı suyu əlavə edin və qarışdırın. Sonra isə unu əlavə edib xəmir yoğurun.
Xəmiri bir az unlanmış masanın üstünə qoyun. Elastik olana qədər yoğurun.
Xəmirin iri qaba qoyub üstünü örtün. Qoyun isti yerdə acısın. Bu müddət ərzində xəmir ikiqat şişməlidir.

İçi hazırlamaq üçün yağdan başqa bütün ərzaqları bir qabda qarışdırın.
Xəmiri iki yerə bölün və kündələyin. Birinci kündəni oxlovla 30 X 25 sm ölçülərində dördbucaq şəklində açın.
Üstünə 1 x. qaşığı yağ sürtün. Sonra için yarısını üstünə səpin. Xəmiri yavaşca rulet kimi bükün.
Sonra bu ruleti 12 yerə bölün - hər tikə 2.5 sm uzunluğunda olmalıdır.
O biri kündəni də eyniylə birinci kündə kimi açın, içini yağlayıb doldurun, bükün və kəsin.
Alınan çörəkləri təxminən 33 x 22 sm ölçüləri olan yağlanmış formaya düzün.
Üstünü dəsmalla örtün və 30 dəqiqəlik kənara qoyun ki, çörəklər gəlsin.

180 C dərəcədə sobada üstü bir az qızaranadək, yəni təxminən 25 dəqiqə bişirin.
Sobadan çıxardıb formada 5 dəqiqə soyudun.
Şəkər kirşanı və limon suyunu yaxşıca qarışdırıb qaşıqla isti bulkaların üstünə gəzdirin.


Geri dön

SeNi_SeVeN

  • 18 fevral 2012 11:14
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
ilk isim onnan yemek olacaqx

--------------------

NELLY19

  • 2 avqust 2011 15:55
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Maraqli melumata gore cox sag ol

R.M_FaNaTka

  • 12 iyul 2011 00:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 1 mart 2011 22:49
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur........................

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 18:27
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWK,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 18:18
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk..........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 15 fevral 2011 17:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tşk

--------------------

only-girl

  • 15 fevral 2011 16:27
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
damla15,
feel

--------------------

Ulya

  • 15 fevral 2011 13:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekur edirem

damla15

  • 15 fevral 2011 12:20
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
coooooooooooooooooooooooox saqol dostika

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}