Süd məhsullarının faydası haqqında

 
Süd məhsullarının faydası haqqında

Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir.

Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.

Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur.

Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə, orada "yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə yol açır.

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.
Kefirin vətəni Şimali Osetiya sayılır. Bu xeyirli süd məhsulunun istehsalında xüsusi kefir gobələyi "iştirak edir”. Uzun illər ərzində osetiyalılar kefir hazırlanmasının üsulunu gizli saxlayırdılar. Rəvayətə görə, XX əsrin əvvəllərində ruslar detektivlərin köməyi ilə kefirin acıtmasını əldə edə bildilər və kefirin istehsalına başladılar. O vaxtlar kefir əsl dərman hesab olunurdu və bu səbəbdən onun ilk buraxıldığı partiyası Moskva şəhərinin böyük bir xəstəxanasına göndərilmişdir.


Kefirin tərkibində süd turşusundan əlavə spirt (təxminən 0,6%) və karbon qazı var. Kefir qanazlığı və iştahasızlıq, yaşlı adamlarda tez-tez təsadüf edilən bağırsaqların zəif işlənməsi zamanı xüsusi xeyirlidir. Kefir sidikqovucu xüsusiyyətinə malikdır və bu səbəbdən çəkisi artıq olan insanlara, şəkərli diabet, böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Bu xəstəliklər şişkinliklərlə müşayiət olunur. Kefir isə öz sidikqovucu təsirinə görə bu şişkinliklərlə mübarizədə yaxşı effekt verir.

Kefir kolit, qastrit, qara ciyər, ağ ciyər, bronxit, ateroskleroz, hipertoniya və s. xəstəlikləri zamanı çox xeyirlidir. Lakin mədə şirəsinin ifrazı artıq dərəcədə olduğu zaman həkimlər kefiri qəbul etməyi tövsiyyə etmirlər.

Yaponiyalı alimlər aşkar ediblər ki, kefir hətta xərçəng hüceyrələrinin yayılmasının sürətini azaldır və immun sistemini aktivləşdirir. Həkimlər onu xroniki infeksiyaları (məsələn, herpes) olan xəstələrə tövsiyə edirlər. Səkitləşdirici təsirinə görə kefir yuxusuzluq və nevrozlarda kömək edir. Bu səbəbdən həkimlər yatmamışdan əvvəl 1 stəkan yağı az olan kefir içməyi məsləhət görürlər.

Daha bir süd məhsulu olan asidofilin mədə-bağırsaq, qara ciyər xəstəlikləri, zəhərlənmələr və dizenteriya zamanı gözəl müalicəvi effekt verir.

Kəsmikdə xeyli miqdarda zülal, kalsium və fosfor var. Bu səbəbdən kəsmik, xüsusən yağsız, osteoporoz (sümüklərin sıxlığının azalması), ürək xəstəlikləri, vərəmin profilaktikasında mühüm rol oynayır. Kəsmik uşaq, yeniyetmələrin və yaşlı insanların gündəlik rasionunda olmalıdır.

Yaxın zamanlarda bifidobakteriyalarla zənginləşdirilmiş süd məhsulları istehsal etməyə başladılar. Bifidobakteriyalar insan orqanizmi üçün çox faydalıdır. Onlar disbakteriozu müalicə edir, zəhərli maddələri neytrallaşdırır, B qruppasına aid olan vitaminləri (o cümlədən, fol turşusunu) istehsal edir. Lakin bifidobakteriyalar çox zəifdilər və tez məhv olurlar. Məhz bu səbəbdən tərkibində bifidobakteriyaları olan süd məhsullarının saxlanma müddəti qısa olur.


Geri dön

nuray sirinova

  • 8 aprel 2014 11:45
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
тєѕєккυяLєяrrr...))

Angry Boy

  • 30 mart 2014 15:46
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
melumata gore twkkkkkkkkkkkkkkk no love am recourse ....................................

Angry Boy

  • 25 mart 2014 11:40
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 18:27
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəm.

--------------------

_keleBek_)

  • 14 mart 2014 13:37
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrrr...))

--------------------

PércyDarkMoon

  • 9 mart 2014 21:34
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 9 mart 2014 21:29
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrr

--------------------

ЛЮБИМКА

  • 9 mart 2014 20:26
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
cooooox.saquluuun

aska rico

  • 9 mart 2014 19:45
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
çooox sağolun

--------------------

Damlam

  • 9 mart 2014 19:24
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
TTTTTTTTWWWWWWWWWKKKKKKKKK

--------------------
http:///user/İmza/

ღ★ Firuzə ★ღ

  • 9 mart 2014 19:04
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çox sağolunnn

--------------------

melek_19

  • 9 mart 2014 18:59
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.....

--------------------

Angry Boy

  • 9 mart 2014 16:53
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Tesekkurler melumata goreee|___________________________

sessiz deniz

  • 9 mart 2014 15:40
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrr

^^MasaL^^

  • 9 mart 2014 15:40
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
tewekkurler...

★CiM_BoM★

  • 9 mart 2014 15:31
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
sud mehsullari zad tutmusanaa ozuvuuu :)

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 mart 2014 15:15
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 14:16
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

nuruWka

  • 9 mart 2014 14:12
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
təşəkkürlər what

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

ÞSÎxx мSÎxx

  • 9 mart 2014 13:51
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Coxxxxx SaGoLunn

hakuna

--------------------
asd

Aydan95

  • 9 mart 2014 13:50
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

Payız qoxulu

  • 9 mart 2014 13:42
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

__MB__

  • 9 mart 2014 13:37
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}