Eşitmədiyimiz səslər

 
Eşitmədiyimiz səslər


Biz insanlar ətrafımızda olan aləmi iki hissəyə bölmüşük: canlılar və cansızlar aləmi. Canlılara insanları, heyvanları və qismən bitkiləri aid edir, qalan hər şeyi isə cansız sayırıq.

Amma bəsirət gözü ilə baxsaq görərik ki, təbiətdə olan hər şeyin canı var, çünki hər şey öz dili ilə Allahı öyür, Ona həmdü-sənalar söyləyir. Buna “təsbih” deyirlər. Allah-təala Qurani-kərimdə buyurur: “Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” (Nur, 41). “Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!” (İsra, 44).

İnsan oğlu cansızların təsbihini qulağı ilə hiss etməsə də, qəlbi ilə bəlkə də duya bilər. Çünki insan istədiyini duymağa qadirdir. Daha dəqiq desək, təbiətdən gələn informasiyaları özü istədiyi şəkildə qəbul etməyə meyllidir. Dadlı bir meyvə görəndə deyirik: “Buna bax, adama “gəl, məni ye” deyir”. Gözəl təbiət mənzərəsi qarşısında heyranlığımızı bu cür bildiririk: “Bu yerlər adama gəl-gəl deyir”. Kaş bu bəsirətimizi ətrafımızdakı aləmin biz vermək istədiyi mesajları duymağa da yönəldə biləydik. Kaş ki, qəbristanlığa yolumuz düşəndə kənardan dilsiz-ağızsız görünən başdaşlarının bu səsini eşidəydik: “Ey insan, ölümdən ibrət al. Vaxt gələcək ki, sən də bu qəbir daşlarından birinin altında uyuyacaqsan”. Kaş bu səsi “eşidib”, ölümə hazır olmağı bacaraydıq, əməllərimizi bir də ölçüb-biçəydik, hər şeyə görə bir gün cavab verəcəyimizin fərqinə varaydıq.

Kaş ki, biz də İmam Əlinin (ə) hər gün duyduğu səsləri eşidəydik. O həzrət buyururdu: “Adəm oğlu üçün elə bir gün başlamır ki, həmin gün ona bu sözlərlə xitab etməsin: “Ey Adəm oğlu! Mən yeni bir günəm. Və mən qiyamətdə sənin şahidinəm. Xeyir sözlər danış və yaxşı işlər gör ki, mən də qiyamət günündə bu barədə şəhadət verim. Unutma ki, bir daha məni görməyəcəksən”.

Ənəs ibn Malik Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edir ki, o həzrət buyurub: “Hər gün torpaq insana bu 10 kəlmə ilə xitab edir: “Ey Adəm oğlu! İndi mənim üzərimdə gəzirsən, amma əsil məskənin mənim içimdir. İndi mənim üzərimdə qudurğanlıq edirsən, amma içimdə əzab dadacaqsan. Hələ ki, üzərimdə gülürsən, amma içimdə ağlayacaqsan. İndi üzərimdə haram yeyirsən, amma içimdə səni həşəratlar yeyəcək. İndi üzərimdə əylənirsən, amma içimdə kədərli olacaqsan. Hələ ki, üzərimdə haram mal toplayırsan, amma içimdə peşman olacaqsan. İndi üzərimdə hiyləgərlik edirsən, amma içimdə zəlil olacaqsan. İndi üzərimdə gəzib sevinirsən, amma içimdə kədərə dalacaqsan. İndi üzərimdə nur içindəsən, amma içimdə zülmətə qərq olacaqsan. İndi üzərimdə camaatla birgəsən, amma içimdə tək-tənha yatacaqsan”.

Və kaş ki, bu dünyada hər sözü söyləyib, hər işi edərkən Əlinin (ə) bu kəlamını qulağımıza sırğa edəydik: “Müsəlmanın üç dostu var. Dostlarından biri deyər: “Sən həm diri, həm də ölü ikən mən səninlə birlikdə olacağam”. Bu, onun əməlidir. O biri dostu deyər: “Sən ölənə kimi mən səninlə birlikdə olaram”. Bu, onun mal-dövlətidir, adam öləndən sonra varislərin əlinə düşər. Üçüncü dostu ona deyər: “Sən qəbrə girənə kimi mən səninlə olaram, sonra səndən ayrılaram”. Bu isə onun övladıdır”.

Həm diri, həm də ölü ikən əməlimiz bizimlə qonşudur. Hər kəs qonşusunun yaxşı olmasını istəyər. Xoşbəxtlikdən, bu qonşunun yaxşı ya pis olması özümüzdən asılıdır.




islam.az


Geri dön

Angry Boy

  • 30 mart 2014 16:13
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
Biz insanlar ətrafımızda olan aləmi iki hissəyə bölmüşük: canlılar və cansızlar aləmi. Canlılara insanları, heyvanları və qismən bitkiləri aid edir, qalan hər şeyi isə cansız sayırıq.

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 18:53
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

Qaska_Quli

  • 9 mart 2014 21:59
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Allah razi olsunnn

--------------------

melek_19

  • 9 mart 2014 19:10
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 17:52
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------

PércyDarkMoon

  • 9 mart 2014 12:06
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

BaNTiKLi_CiCiWKa

  • 9 mart 2014 12:03
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
tewekkurler

--------------------

Angry Boy

  • 9 mart 2014 10:14
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Allah RAzi Olsun

Damlam

  • 9 mart 2014 00:47
  • Məqalə: 49
  • Şərh: 4697
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 8 mart 2014 23:52
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
ALLAH razı olsun

BaNTiKLi_CiCiWKa

  • 8 mart 2014 23:09
  • Məqalə: 45
  • Şərh: 4233
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

sessiz deniz

  • 8 mart 2014 20:09
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Biz insanlar ətrafımızda olan aləmi iki hissəyə bölmüşük: canlılar və cansızlar aləmi. Canlılara insanları, heyvanları və qismən bitkiləri aid edir, qalan hər şeyi isə cansız sayırıq.

Amma bəsirət gözü ilə baxsaq görərik ki, təbiətdə olan hər şeyin canı var, çünki hər şey öz dili ilə Allahı öyür, Ona həmdü-sənalar söyləyir. Buna “təsbih” deyirlər. Allah-təala Qurani-kərimdə buyurur: “Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” (Nur, 41). “Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!” (İsra, 44).

ЛЮБИМКА

  • 8 mart 2014 19:53
  • Məqalə: 53
  • Şərh: 2488
  • Bal:
{awards}
İnsan oğlu cansızların təsbihini qulağı ilə hiss etməsə də, qəlbi ilə bəlkə də duya bilər. Çünki insan istədiyini duymağa qadirdir. Daha dəqiq desək, təbiətdən gələn informasiyaları özü istədiyi şəkildə qəbul etməyə meyllidir. Dadlı bir meyvə görəndə deyirik: “Buna bax, adama “gəl, məni ye” deyir”. Gözəl təbiət mənzərəsi qarşısında heyranlığımızı bu cür bildiririk: “Bu yerlər adama gəl-gəl deyir”. Kaş bu bəsirətimizi ətrafımızdakı aləmin biz vermək istədiyi mesajları duymağa da yönəldə biləydik. Kaş ki, qəbristanlığa yolumuz düşəndə kənardan dilsiz-ağızsız görünən başdaşlarının bu səsini eşidəydik:

ღ★ Firuzə ★ღ

  • 8 mart 2014 19:35
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

__MB__

  • 8 mart 2014 19:33
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
təşəkkürlərr

Payız qoxulu

  • 8 mart 2014 19:26
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

--------------------

Zayn_Malik_fan

  • 8 mart 2014 19:24
  • Məqalə: 133
  • Şərh: 1681
  • Bal:
{awards}
Tewekkurler... Allah razi olsun...

ヅ Bad Girl ヅ

  • 8 mart 2014 19:22
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ILK WERH MENEN ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 717
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}