Dərini yaz dərdindən necə qurtarmaq olar?

 
Dərini yaz dərdindən necə qurtarmaq olar?

Baharda bədənin həddindən artıq hərəkətliliyi nəticəsində qan dövranının sürətlənməsi, hormon səviyyəsindəki artım səbəbiylə dərinin həssaslaşması ilə bir çox insan dəri problemləri yaşayır. Həddindən artıq həssaslıq, qızartı, quruluq və dəridə soyulmalar müşahidə edilir. Yağlı, sızanaqlara meylli dərilərdə isə yağ istehsalı artaraq sızanaqlar çoxalır. Baharın ilk günəş şüaları da ani dəri ləkələnmələrinə səbəb olur. Bu problemləri aradan qaldırmaq üçün oksigenlə zənginləşdirilmiş kremlərdən istifadə etmək lazımdır. Beləcə, dərinin rəngi təzələnər və sağlam bir görünüş qazanar.

Kosmetoloq Nərmin Rüstəmovanın sözlərinə görə, dərini təravətləndirmək üçün bol miqdarda su içmək lazımdır. Bol su içmək hüceyrələrin ehtiyacı olan mayeni onlara qazandırır, zəhərli maddələr böyrəklər vasitəsilə çölə atılır. "Hər gün 2 litr su içmək lazımdır. Adi su əvəzinə qazlı su içmək məsləhət görülmür. Belə ki, qazlı suların tərkibində olan karbon 4 oksid turşuluğu artırır. Dərinizi təzləmək üçün 5 ovuc çobanyastığını 2 litr suda qaynadın. 15 dəqiqə dəmlədikdən sonra süzün. Dərinizi hər gün bu dəmləmə ilə silin. Bədəninizin də rahatlanması üçün buxar duşu qəbul edin. İstilik damarların genişləməsini təmin edir. Beləcə, dəri üzərində zərərli maddələrin atılmasını sürətləndirmiş olarsınız. Saunaya girdiyinizdə bədən təxminən 1,5-2 litr su itirir. Su ilə birlikdə bağ toxumasından və yağ anbarlarından toksin maddələr çəkilir və dəri daha möhkəm olur".

Sauna sonrası bədəninizi nəmləndirmək üçün bol su içmək və bədəninizi kremlərlə nəmləndirmək məsləhət görülür. Kosmetoloq deyir ki, zərərləri maddələri ayaq vannası qəbul edərək ayaqlardan da atmaq mümkündür.

N.Rüstəmova hesab edir ki, dərini bahara hazırlamaq üçün daha az yağlı kremlər seçmək, quruyub matlaşan dərini yeniləmək üçün pilinq etmək lazımdır. Dermokosmetik məhsullar dəri üzərinə tətbiq olunaraq dərinin yaşlanmasını gecikdirə bilən məhsul qruplarıdır. Bu məhsulların kosmetik fərqi odur ki, onlar istənilən bioloji təsirə malikdir. Bu kosmetik vasitələr dərinin daha dərin təbəqələrinə çata bilir. Vitamin A, vitamin C, meyvə turşusu, koenzim Q və topikal antioksidanlar, dermokosmetik məhsullar içində ən çox istifadə edilən maddələrdir. Belə məhsullar uzunmüddət istifadə edilməlidirlər. Ancaq dermokosmetik məhsulları seçərkən, dəri tipinizi də nəzərə almalısınız. Bunun üçün dermotoloqla məsləhətləşmək lazımdır.

Müsahibimizin sözlərinə görə, yaz aylarında istifadə edilən kremlər az yağlı olmalıdır. Çünki yağ nisbəti çox olan məhsullar dərinin yağ tarazlığını pozaraq, sızanaqların artmasına səbəb olur. Yağlanmanın qarşısını almaq üçün hər zaman nəmləndirici kremlərlə yanaşı toniklərdən də istifadə etmək lazımdır.

Yazda dəri yüksək reaksiyalıdır, bu vəziyyət dərinin həssaslığını artırır və allergik olmasına gətirib çıxarır, bu səbəbdən yaz dəri üçün kritik bir zamandır. "Bahar fəslində dərinizin uşaq cildi kimi təmiz və parlaq olmasını istəyirsinizsə, dərinizi hər gün təmizləyin. Dəri tipinizə uyğun, təmizləmə köpüyü və ya təmizləmə südü ilə dərini təmizləyib, ilıq suyla durulanın. Dərini tərkibində az spirt olan toniklə təmizləyin. Dərinizi nəmləndirmək üçün dəri tipinizə uyğun məhsullardan istifadə etməlisiniz. Məhsullar az yağlı və su əsaslı olmalıdır".

Kosmetoloq deyir ki, dərinin gözəl görünməsində qidalanmanın da böyük rolu var. Tərəvəzlərdən kök, təzə paxla, buruq, kahı, təzə soğan, sarımsaq, meyvələrdən çiyələk, kivi, alma, balıq və balıq məhsulları, buğda, yulaf, çovdar bahar yorğunluğunu aradan qaldıran və dərini təravətləndirən məhsullardır. Quru ərik, əncir, ərik, qoz, badam, təzə sıxılmış meyvə şirəsi, tərəvəz suları, kök suyu, süd və süd məhsullarından da çox istifadə etmək məsləhət görülür.

Yuxusuzluq dəriyə yorğun, mat və şişkin bir görünüş verir. Buna görə nizamlı yuxu, gənc qalmaq və daha yaxşı görünmək üçün çox önəmlidir.

Rüstəmova 2014-cü ilin makiyaj trendlərindən də söz açıb. Dediyinə görə, bu ilin dəbi tamamilə ağ göz makiyajıdır.

Ağ kölgə və ya ağ sürmə istifadə edilərək əldə edilən görünüşlər çox sadə, amma bir o qədər də təəccüblü görünür. "Yaz üçün ən isti trendlerin başında narıncı pomada durur. Podiumlara nəzər salsaq görərik ki, narıncının bir neçə tonundan istifadə edilir. Yeniliklərə açıq olanlar və modanı izləyənlər, bir az mat narıncı üzərinə bir az dodaq parladıcı istifadə edərək maraqlı effektlər əldə edə bilərlər".

Onun sözlərinə görə, 2014-ün yaz makiyajında yaz rənglərinin bütün tonlarından istifadə ediləcək. Gözlərdə canlı rənglərlə mavi, çəhrayı, yaşıl və bənövşəyi kimi rənglərlər kölgələmə geri dönür. "Bu il göz kölgələri sərhədsizdir. Yəni oturub 2 saat gözləri makiyaj etmək lazımdır deyil. Hər zaman dəbdə olan qızılı tonlar bu il də öz yerini qoruyub saxlayır. Çünki qızıl rəngi digər metallar kimi deyil, onunla göz qapaqları və baxışlar parlayır. Kirşan rənglərində açıq portağal, boz qəhvə tonları, açıq narıncı, açıq qəhvə tonları dəbdə olacaq".


Geri dön

nuray sirinova

  • 8 aprel 2014 11:45
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
тєѕєккυяLєяrrr...))

Angry Boy

  • 30 mart 2014 15:49
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
melumata gore twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

^^MasaL^^

  • 26 mart 2014 17:34
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər^^

Angry Boy

  • 25 mart 2014 11:41
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
sagolun t.w.k

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 18:28
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəm.

--------------------

_keleBek_)

  • 14 mart 2014 13:38
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrrr...))

--------------------

PércyDarkMoon

  • 9 mart 2014 21:35
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler faydali meslehet ucun love

--------------------

Qaska_Quli

  • 9 mart 2014 21:28
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrr

--------------------

aska rico

  • 9 mart 2014 19:46
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
çooox sağolun

--------------------

Damlam

  • 9 mart 2014 19:22
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
HMMMMMMMMMM COK TEWEKKURLER

--------------------
http:///user/İmza/

ღ★ Firuzə ★ღ

  • 9 mart 2014 19:05
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəm məqaləyə görə)

--------------------

melek_19

  • 9 mart 2014 18:59
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun...

--------------------

Angry Boy

  • 9 mart 2014 16:52
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaleye gore tesekkur

sonzeng2015

  • 9 mart 2014 15:17
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
tesekkurler faydali meslehet ucun

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 mart 2014 15:16
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
lazimli xeber idi menuycun cox sagol tongue

nuray sirinova

  • 9 mart 2014 15:12
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
tesekurler

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 14:18
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

nuruWka

  • 9 mart 2014 14:14
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
təşəkkürlər what

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 13:21
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
təşəkkürlərrr

--------------------

ÞSÎxx мSÎxx

  • 9 mart 2014 12:48
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Coxxxx SagoLun

hakunahakuna

--------------------
asd

__MB__

  • 9 mart 2014 12:43
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 12:40
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
tewekkurler

--------------------

Aydan95

  • 9 mart 2014 12:35
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler

Payız qoxulu

  • 9 mart 2014 12:35
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
ilk comment benden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}