Nə vaxt hüsnü-zənn, nə vaxt sui-zənn?

 
Nə vaxt hüsnü-zənn, nə vaxt sui-zənn?


İslam dinində sui-zənlə hüsnü-zənnin böyük əhəmiyyəti vardır. Müsəlmanlar gərək bir-birinə qarşı hüsnü-zənn etsin. Ancaq bu məsələnin istisnası da vardır. İmam Əli (ə) bu mövzuya işarə etmişdir. İmam (ə) buyurur: “O zaman ki, dövrünün insanları arasında yaxşılıq artar, bu zaman əgər kimsə başqasına bəd güman edərsə, halbuki o, bu günahı etməmişdir - ona zülm etmiş olar. O zaman ki, dövründə fəsad artar, hər kəs bir-birinə yaxşı güman edərsə, özünü aldatmış olar”.

Bu mövzu o zamana aiddir ki, İslam dini cəmiyyətdə nümayiş etdirilər və insanların çoxu haqq yolunda irəliləyər. Ancaq o zaman ki, fəsad artar, insanların bəzisi yanlış tərəflərə gedər, bu zaman başqalarına hüsnü-zənn etmək insanın özünü aldatmasına gətirib çıxardar. Belə olan halda insan öz ehtiyatını saxlamalıdır.

Bu, o mənada deyildir ki, insan öz sui-zənnini başqalarına hiss etdirsin, onları ittiham etsin. Bəlkə məqsəd odur ki, möminlərə edilən xəyanətin səbəbi zahir edilsin. Əməldə ehtiyatı əldən verməsin.
Müxtəlif dövrlərdə yaşayan insanlar bir-birindən fərqlidirlər. Bəzilərinin keçmişi yaxşıdır ki, onlara hüsnü-zənn edilməlidir. Ancaq bəzilərinin keçmişi qaranlıqdır ki, onlara qarşı ehtiyatı əldən vermək olmaz. Ona görə də meyar Yer üzərindəki bütün insanların törətdiyi fəsaddır.
Bu mövzu dövlətlər və millətlərə də aiddir. O zaman ki, zalım dövlət öz mənafeyini qorumaq üçün xalqı əzir, ondan ehtiyat etmək lazımdır.


“Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12).

İmam Əli (ə) buyurur: “Müsəlman qardaşının əməlini ən yaxşı tərəfə yoz, məgər o halda ki, onun günahkar olmasına dair dəlil olsun. Heç bir zaman müsəlman qardaşından eşitdiyin sözə pis güman bəsləmə”.
Həzrət (ə) başqa yerdə buyurur: “İnanılmış insanlara görə qərar qəbul edən zaman gümana söykənmək - ədalətdən uzaqdır”. İmam (ə) buyurur: “Şərəfli bir insana bəd güman etmək - ən pis günah və ən çirkin zülmdür”.


Bədgümanlıq qəlbin pisliyindən xəbər verir. O qəlbdə ki, paxıllıq, təkəbbür vardır, başqalarına qarşı necə hüsnü-zənn edə bilər ki? Təkəbbürlü qəlb mömin qardaşlarına qarşı hüsnü-zənn edə bilməz. Bunun əksi də - o qəlbdə ki, iman vardır, heç bir zaman başqalarına qarşı bəd güman edə bilməz.

Həzrət Peyğəmbər (s) öz həyat yoldaşı - Hey ibni Əxtəbin qızı Səfiyə ilə söhbət edirdi. Bu zaman ənsardan olan bir kişi onların yanından keçirdi. O, kişi Həzrətə (s) qəribə şəkildə baxır. Həzrət Peyğəmbər (s) onu çağırır və buyurur: “Bu qadın - mənim həyat yoldaşım Səfiyədir”. Kişi dedi: “Məgər kimsə sizə qarşı hüsnü-zəndən başqasını edə bilərmi?” Həzrət (s) buyurur: “Şeytan insan bədənində axan qan kimidir, Adəm övladlarının vücudunda cərəyan edir. Qorxdum ki, sənin də vücuduna daxil olsun”.


Geri dön

Angry Boy

  • 30 mart 2014 14:27
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk..
........................... love

ღ★ Firuzə ★ღ

  • 23 mart 2014 17:26
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 11 mart 2014 23:04
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tesekkurler

--------------------

ÞSÎxx мSÎxx

  • 11 mart 2014 15:13
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah Razi oLsunn

--------------------
asd

__MB__

  • 10 mart 2014 23:47
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

PércyDarkMoon

  • 10 mart 2014 20:23
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

prosta barbi

  • 10 mart 2014 20:20
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
tewekkur...

Angry Boy

  • 10 mart 2014 20:01
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah Razi Olsun

Zayn_Malik_fan

  • 10 mart 2014 19:59
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Allah razi olsun...

PSIXOPATKA

  • 10 mart 2014 19:40
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun. . .

--------------------

^^Nazlı Şeytan^^

  • 10 mart 2014 19:29
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
ALLAH razi olsun

tasteful girl

  • 10 mart 2014 19:13
  • Məqalə: 1
  • Şərh: 810
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

melek_19

  • 10 mart 2014 18:58
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sessiz deniz

  • 10 mart 2014 18:43
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

OzDuNyAm

  • 10 mart 2014 18:28
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Allhar azi olsun!

Qaska_Quli

  • 10 mart 2014 18:17
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 mart 2014 17:52
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Allah razi olsun

Payız qoxulu

  • 10 mart 2014 17:43
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

__MB__

  • 10 mart 2014 17:33
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

ღ★ Firuzə ★ღ

  • 10 mart 2014 17:32
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razıı olsunn

--------------------

__MB__

  • 10 mart 2014 17:30
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}