Kamillik yolunu seçməyən insan - əslində qəflətdədir

 
Kamillik yolunu seçməyən insan - əslində qəflətdədir


Bismilləhir-Rahmənir-Rahim!
Daha bir həftə arxada qaldı. Növbəti cümə günü yetişdi. Beləcə günlər, həftələr keçir, aylara, sonra illərə dönür. İnsan bir də ayılır ki, ömrünün böyük hissəsini arxada qoyub. Bu zaman kədər hissi keçirməmək üçün, gərək hər yaşadığı günü qiymətləndirsin. Hər günün özü ilə gətirdiyi fürsətlərdən faydalansın. Uca Allahdan istədiyimiz budur ki, bizə mənəvi imkanlardan bəhrələnməni nəsib etsin, tövbələrimiz qəbul olsun, aqibətlərimiz xeyirli olsun, inşəallah.

İlk olaraq - düşünmək

Bugünkü mövzumuz insanın halı, vəziyyəti ilə bağlıdır. İnsanın əməllərini, rəftarlarını, davranışlarının tənzimlənməsi üçün, insan ilk olaraq bu mövzular haqda düşünməlidir. İlk olaraq fərqində olmalıdır ki, həyatı iradəli davranışlarından, seçimlərdən asılıdır. Əgər bunun fərqində olsa, əməllərinə diqqət edər, əməllərinə nəzər salar, onları təftiş edər. Sözsüz ki, burada ciddi amillərdən biri mühit, insanlarla münasibətlərində rəftarlarıdır. Bu mənada mühitin təsiri fövqəl dərəcədə çoxdur. Elə mühitlər var ki, insanı daha da qəflətə aparır. Əksinə, elə mühitlər də var ki, insanın ayılmasına xidmət edir, insanı oyanışa aparır.

Qəflətlə bağlı İmam Sadiqdən (ə) nəql edilən buyuruşda bizə çox mühüm xəbərdarlıq edilir, bizlərə şeytanın (lən) balalarının yerindən xəbər verilir: “Qəflət - şeytanın körpələr evidir. Bütün təhlükəli günahların başıdır və bütün ilahi vacibatlardan məhrum olmağa səbəb olan yerdir”. Biz qəflətdə olanda, iblis (lən) öz toxumlarını atır, balalarını əmələ gətirir, bəsləyir. Sonra bəslədiyi bu balalar bizim taleyimizi alt-üst edir.

İnsanın qəflətdə olması nə deməkdir? İnsan hər zaman ki, özünü Allah bəndəsi olaraq bilmir - bu zaman qəflətdə olur. İnsan qəflətdə olmasa qeybət etməz, yalan danışmaz, zülm etməz. Kamillik yolunu seçməyən insan - əslində qəflətdədir.

Dünyanın kiçilməsi nə vaxt olur?

Bəşəriyyət yaranandan bəri dünyanın, şeytanın (lən), şeytanın (lən) xidmətində dayananların, bizim daxilimizdə olan, daxilimizdən kənarda olan iblis lənətliyin müttəfiqlərinin - hamısının bir hədəfi və məqsədi var. Bu hədəf və məqsəd - insanı qəflətdə saxlamaqdır. Dünyanın bütün cəzzabiyyəti ilə işinin adı budur ki, bizlər qəflətdə olaq. Özümüzdən, Yaradanımızdan, ölümümüzdən, ölənlərimizdən, qəbiristanlıqlarımızdan, xəstəliyimizdən, bir gün öləcəyimizdən qəflətdə olaq. Bu dünyanın işinin adı budur. Nə işləri varsa, bütün məşğuliyyətlərin yekun hədəfi budur ki, bizlər nə üçün mövcud olduğumuzdan, əvvəlimizdən, sonumuzdan qəflətdə olaq.

Gərək çalışaq bir gün bu dünyadan köçəcəyimizi tez-tez yada salaq. İmam Cəfər Sadiq (ə) buyurur: “Ölümü yada salmaq - nəfsin istəklərini öldürər, qəflət zəmilərini kökündən biçər və ürəyi Allahın vədləri ilə qüvvətləndirər, insanın təbiətini lətifləşdirər, həvəs bayraqlarını bir-birinə qatar, tamah odunu söndürər və dünyanı nəzərlərdə kiçildər”.
Bəli, insan ölümü yada salsa, dünya onun nəzərində kiçilər, özü isə böyüyər. İnsan özü ilə məşğul olmağa vaxt tapar.

Qarınlarına atəş daşıyanlar

İnsan qəflətdə olsa, özünü tanımasa, özü ilə necə rəftar edəcəyini bilməyəcək. İnsan özünü tanımasa, ona verilmış nemətlərdən necə rəftar etməyi bilməyəcək. Bilməyəcək bu nemətlərlə necə rəftar etməlidir ki, ona ziyan deyil, fayda versin.

İnsan özünü tanımasa, dünya və axirət feyzindən məhrum olar. Bilməz özü kimdir. Nemətləri necə sərf etməyi də bilməyəcək. Allah-Təala “Bəqərə” surəsinin 174-cü ayəsində buyurmuşdur: “Onlar qarınlarıa atəşdən başqa heç nə daxil etmirlər”.

Yəni bir kəslər ki, qəflətdədirlər, özlərini unutmuşlar, özlərini tanımırlar - Allahın onlara nəsib etdiyi, lütf etdiyi nemətlərlə rəftarları da düzgün olmayacaq. Bu nemətlər onun üçün idi ki, nəticə versin. Amma bu insan nə özünü tanıyır, nə də özünə uyğun olaraq bu nemətlərlə rəftar qaydasını. Nəticədə nə olacaq? Bütün bu nemətlər onun üçün cəhənnəm atəşi olacaq. Axı özünü tanımayan insan qidanın nə olduğunu, mahiyyətcə nə üçün olduğunu düşünməyəcək; nəyin halal, nəyin haram olduğunun fərqinə varmayacaq. Onun yediyi, nəticə etibarilə, cəhənnəm atəşi olacaq.

Əhli-beytdən (ə) olan hədislər və buyuruşlar qəflətdən oyanmağımıza, qəlblərimizin dirilməsinə səbəb olur. Peyğəmbər (s) və Əhli-beytdən (ə) olan hədislər həm nəzəri, həm də praktik əhəmiyyədə malikdir.

Bu mənada İmam Baqirdən (ə) nəql olunan bir buyuruşa diqqət etsək, qəlblərimizin dirilməsi üçün nə qədər mühüm çatdırışların olmasının şahidi olarıq. İmam Muhəmməd Baqir (ə) bizlərə buyurur: “Həqiqətən, bizim hədis və kəlamlarımız qəlbləri dirildər”.

Bu gün hər birimizin qəlbinin oyanmasına, dirilməsinə çox böyük ehtiyac var. Yaşadığımız dünya, yaşadığımız mühit bütün məşğuliyyətləri ilə, insanı özünə çəkən cəzzabiyyətləri ilə bizləri unutqanlığa gətirib çıxardır. Həmin unutqanlıqla, Allah dərgahında olmağımızın fərqinə varmamaqla, qəlblərimiz ölər. İmamın (ə) buyuruşu da elə bundan ibarətdir ki, İlahi övliyaların hədis və kəlamları ilə ölmüş, məriz hala düşmüş qəlblərimizi dirildə bilərik. Yəni, qəflətdə olan qəlblərin oyanması üçün çarə - Əhli-beytdən (ə) olan dürr kəlamlardır

Qafillər yatanda oyaq olmaq

Allahın Peyğəmbərindən (s) bu mövzuda incə bir buyuruş var: "Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib, Onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-Təala onun qəlbində nuru sabit edər. Sonra mələklərinə buyurar: "Ey mənim mələklərim! Baxın Mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman Mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım"".

Əgər insan bacarsa ki, gecənin bir aləmində, çoxlarının qafillikdə olduğu və batil yol sahiblərinin mənasız və zərərli məşğuliyyətlərlə həyatlarını puç etdiyi bir məqamda bir guşəyə çəkilib, Rəbbi ilə səmimi qəlbdən razu-niyaz etsin - bağışlananlardan olar. Əgər bacarsaq, Allahın xalis bəndələrindən olaq və gecənin bir hissəsini ibadət üçün ayıraq, Allahla ünsiyyət quraq, öz sirr və ehtiyaclarımızı Rəbbimizlə bölüşsək - Allah-Təala bunun müqabilində qəlbimizdə nuru sabit edər. Qəlblərimizi hər mənada zülmətdən qurtarar və işıqlı edər. Allahın xalis bəndəsi iradəvi surətdə boş və hədər işlərdən uzaq olar və qəflətdə olmaq vəziyyətindən özünü qoruyar və iradəvi surətdə gecənin bir hissəsini Rəbbi ilə ünsiyyətə həsr edər.

Ya etiqad zəifliyi, ya qəflət

Çoxlarımızın problemi ondadır ki, ya Allaha etiqadımız zəifdir, ya da qəflətdəyik. Əgər Allaha etiqadımız düzgün olsa və qəflətdə olmasaq, durumumuzun fərqində olsaq, nə vəziyyətdə olduğumuzu başa düşərik. Bunu başa düşsək, bütün məsələlər düzələr. Allaha etiqadımız varsa, demək ki, qəflətdəyik. Qəflətdə olmamağın yolu budur ki, insan gün ərzində Allahı xatırlasın. Gərək namazda insan düşünərək ibadət etsin, gün ərzində Qurani-Kərim oxusun, gün ərzində ibrətamiz söz eşitsin, “Təvəssül”, “Kumeyl” dualarından ayrılmasın.

Heç də səbəbsiz deyil ki, böyük-böyük alimlərin, ariflərin hər gün üçün özünəməxsus mənəvi proqramları olur, ziyarətlərə gedərlər, moizələrdə iştirak edərlər, namazları insanlarla birlikdə qılarlar. Sözsüz ki, onlar bunu vaxtlarının çoxluğundan etmirlər. Sadəcə onlar yaxşı başa düşürlər ki, qəflətdən qurtulmağın yolu budur.

İnsan Allah bəndəsi kimi yaşadığı və işlər onu məşğul etdiyi günlərini müqayisə etsin. Müqayisə edəndə görər ki, maddi baxımından nəticə eynidir, amma mənəvi baxımdan xeyli yüksəliş əldə edib. Ruzini verən Allahdır. Təhlil etsək, bilərik ki, heç də günün çox hissəsini işləyən insan çox qazanmır. Əgər insan işini düzgün qursa, düzgün tənzimləsə, müəyyən vaxt ayırmaqla lazımi qazancı əldə edə bilər. Ruzinin belə bir xüsusiyyəti yoxdur ki, insan günün iyirmi dörd saatını çalışsın ki, daha çox gəlsin. İnsan əgər həyatını Allaha bəndə kimi yaşasa, Allahı xatırlamasına vaxt ayırsa, özünə vaxt ayırsa - Allah onun ruzisini verər. Bütün ehtiyacları ödəyən yalnız Allahdır.

Qəlbin yuxusundan qaçmaq

Həzrət Əlidən (ə) aşağıdakı məzmunda hədis nəql edilir: “İnsanın bədəninin 6 halı vardır: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. İnsanın canı da 6 halətə malikdir: canın həyatı - elmdir, ölümü - cəhalətdir; xəstəliyi - şəkdir (tərəddüddə olmaqdır), sağlamlığı - yəqindir (mütməinlikdir); yuxusu - qəflətdir və oyaqlığı isə hifz və müraqibətdir”.

Mübarək hədisdə işarə edilir ki, insanın yuxu və oyaqlıq ilə əlaqədar durumları vardır. Belə, qəlbin yuxusu qəflətdə olmaqdır. Qəflət - insanın mənəvi durumunun yuxululuğudur. Ruhun oyanışı isə qorunma və müraqibətə, özünütəftişə bağlıdır. İnsan nə qədər qorunar, müraqibət edərsə, etdiklərinin fərqinə nə qədər vararsa - bir o qədər oyaqdır. İnsan nə qədər özünə, öz hərəkətlərinə diqqət edərsə, hər bir işinin hesab-kitabını apararsa, bir o qədər oyaqdır. İnsanın hərəkət və sözləri nə qədər onun əqlinin məhsuludursa, əməlləri nə dərəcədə onun iradəvi durumunu əks etdirirsə, bir o qədər demək olar ki, bu insan öz ruhunun oyanışını təmin edir. Bunun əksi isə qəflətdir ki, insan belə durumda olanda, əslində vücudi yuxuya qərq olmuş olur.

Düşmənçiliyin gizli forması

Həzrət İmam Cavad (ə) buyurur: “Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir”. Bizim insanlarla münasibətlərimiz zamanı bəzən elə hallar olur ki, onlara nəfsi istəklərimizə uyğun olanları deyirik. Bəzən də bizə nəfsi istəklərimizə uyğun olanları deyərlər. Bu cür düşünməsələr də, bizi razı salmaq üçün yalnız istədiyimizi deyərlər. Bu mənada özlərinin fərqli ruhiyyədə və fərqli yanaşmada olduqlarını bildirməzlər. Əslində bir insan əgər başqa bir insanla rəftar edərkən digərinin nəfsi istəklərinə uyğun olaraq davranarsa və düz yolu ona göstərməzsə, vəziyyətdə fərqli məsələlərin olmasını ona çatdırmazsa, əslində düşmənçilik etmiş olar. Bununla da onun qəflətdə olmasını təsbit etmişdir.

İnsanın ayılmamasının amillərindən biri də budur ki, onun olduğu mühitlər, ünsiyyətləri ayıldıcı mühitlər, ünsiyyətlər deyil. Misal üçün, ətrafdakılar insana lazımi qaydası ilə ayıldıcı təsir göstərə bilərlərsə, amma əgər bu, onun nəfsi istəklərinə ziddir deyə, etməzlərsə - onunla düşmənçilik etmiş olar. Təbii ki, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də ifrat-təfrit yanaşmalar ola bilər. İnsanlar əslində heç bir helmi, ədəbi gözləmədən təsir göstərmək istəyirlərsə, o zaman təsiri də olmur. Burada əsas məsələ - rəftarlarda məhəbbətin olmasıdır. Əgər biri bu işi məhəbbətlə həyata keçirsə, bu zaman bunun təsiri olar. Bir tərəf digər tərəfə yanlışlarını deyən zaman əgər mehribanlıq, ürəkyanma, onun bu vəziyyətini düzəltmə ruhiyyəsi olursa, bunun təsiri olur. Ona görə də bu məsələlərdə hər tərəf nəzərə alınmalıdır.

Ən faciəlisi odur ki, bir insan digər insana haqq yolu, düz yolu, düzgün yolu çatdırmır, o insanın nəfsi istəklərinə uyğun olaraq davranır. Çünki belə olanda həm o insan qəflətdə qalır, həm də bu səbəb olur ki, o insanın həmin halı bir qədər də bərkiyir. Onda elə təəssürat yaranır ki, əgər onda bir şey olsaydı, ona deyərdilər. Çatdırmağın düzgün yolu ilə birinə səhvlərini çatdırmaq lazımdır. Xüsusilə digər tərəfin eşitmək halı olarkən demək çox önəmlidir.

Bizi daha çox maraqlandıran cəhət budur ki, insanlar onlarla ünsiyyətdə olan fərdlərin münasibətində diqqətli olsun. Əgər öz nəfsi istəklərinə uyğun olaraq, digərlərinin nəfsi istəklərinə uyğun hərəkət edirsə, bilməlidir ki, heç də onu çox istəməsinin nəticəsi deyil. Bilməlidir ki, bunlar əslində insanı məhvə, bataqlığa tərəf aparan mövzulardır.

Dindən qaçıran “dindar”

Əslində insanın fərdi, ailə, ictimai həyatında da bu məsələlərin kifayət qədər yeri, təsiri var. Adətən biz görürük ki, insanların öz getdikləri yalnış yolunda bu cür olmalarının və davam etmələrinin səbəblərindən biri də budur ki, onların ətrafında olan insanlar öz maraqlarına uyğun olduğu üçün, düz yolu ona göstərmir. Bunun nəticəsində günümüzdə də yayılmış bir mərəz ortalığa çıxar. Uzun müddətdən sonra insanlar bunun acı nəticələrini görər və peşman olarlar.

Hər zaman danışılan mövzu budur ki, insanlar din daşıyıcılarına baxıb, dindən uzaqlaşırlar. Çox vaxt insanların dindən uzaqlaşmasının əsas amillərindən biri, məhz din daşıyıcılarına baxıb, məyusluq yaşanmasıdır. Din adına olan şəxslərin şeytanın (lən) xüsusi hoqqaları ilə etdiyi hərəkətlər nəticəsində, insanlarda çox pis təəssürat yaranır. Nəticə etibarilə, insanlarda “dindara” baxıb, dindən qaçma amilləri meydana çıxır. Toplumda bu ab-havanın mövcudluğu kifayət qədər insanların, yeni nəslin dinə gəlməsinə mənfi təsir göstərir.

Bu, xüsusilə diqqət olunmalı amildir. İnsanların dinə gəlməmə məsələlərindən biri də budur ki, insanlar din adına, din iddiası adına olan insanların hərəkət və rəftarlarına baxıb, dinə o cür qiymət verir və nəticə etibarilə, dindən uzaqlaşırlar. Bu mənada inanclı insanların üzərində böyük məsuliyyət var.

Allahım, bizlərə nəfsimizin istəklərinə deyil, Sənin razılığına uyğun davranışları həyata keçirməyi nəsib et! Allahım, aqibətlərimizi xeyirli et! Amin!


Geri dön

Angry Boy

  • 30 mart 2014 15:31
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
Həzrət Əlidən (ə) aşağıdakı məzmunda hədis nəql edilir: “İnsanın bədəninin 6 halı vardır: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. İnsanın canı da 6 halətə malikdir: canın həyatı - elmdir, ölümü - cəhalətdir; xəstəliyi - şəkdir (tərəddüddə olmaqdır), sağlamlığı - yəqindir (mütməinlikdir); yuxusu - qəflətdir və oyaqlığı isə hifz və müraqibətdir”.
ALLAH RAZI OLSUN

ღ★ Firuzə ★ღ

  • 24 mart 2014 15:57
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

Angry Boy

  • 9 mart 2014 22:05
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah Razi Olsun

BaNTiKLi_CiCiWKa:)

  • 9 mart 2014 21:55
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 9 mart 2014 21:06
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Allah razi olsunnn

--------------------

PércyDarkMoon

  • 9 mart 2014 20:58
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah raazi olsun

--------------------

Zayn_Malik_fan

  • 9 mart 2014 20:10
  • Məqalə: 133
  • Şərh: 1695
  • Bal:
{awards}
Tewekkurler...Allah razi olsun...

sessiz deniz

  • 9 mart 2014 19:45
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Bismilləhir-Rahmənir-Rahim!
Daha bir həftə arxada qaldı. Növbəti cümə günü yetişdi. Beləcə günlər, həftələr keçir, aylara, sonra illərə dönür. İnsan bir də ayılır ki, ömrünün böyük hissəsini arxada qoyub. Bu zaman kədər hissi keçirməmək üçün, gərək hər yaşadığı günü qiymətləndirsin. Hər günün özü ilə gətirdiyi fürsətlərdən faydalansın. Uca Allahdan istədiyimiz budur ki, bizə mənəvi imkanlardan bəhrələnməni nəsib etsin, tövbələrimiz qəbul olsun, aqibətlərimiz xeyirli olsun, inşəallah.

Payız qoxulu

  • 9 mart 2014 19:42
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

_YaLaN_DuNyAm_

  • 9 mart 2014 19:37
  • Məqalə: 1
  • Şərh: 485
  • Bal:
{awards}
cox sagolun ALLAH razi olsun

tesekurler///

--------------------
Bir gun olsem eyer, mezarimi cox qazsinlar. Mezarimin ustune sevdayildi yazsinlar. Bir gun sen olsen eyer yanimda basdirsinlar mezarimin usdune qovuwdular yazsinlar.

aska rico

  • 9 mart 2014 19:33
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
çooox sağolun

--------------------

ЛЮБИМКА

  • 9 mart 2014 19:00
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
Allah razi olsun.........

melek_19

  • 9 mart 2014 18:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun meleyiiimmm ellerine sagliq

--------------------

ღ★ Firuzə ★ღ

  • 9 mart 2014 18:19
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çoox sağolunnn

--------------------

__MB__

  • 9 mart 2014 18:16
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

^^MasaL^^

  • 9 mart 2014 17:58
  • Məqalə: 57
  • Şərh: 2573
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 9 mart 2014 17:32
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}