Həyat bir yelləncəkdir

 
Həyat bir yelləncəkdir

Həyat bir yelləncəkdir... Ona, doğulduğumuz andan etibarən minirik və yellənirik yaşamağa başlayırıq...
Uşaq ikən sürətli yellənirik deyəsən, ona görə də elə də çox şey görə bilmirik... Əllərimiz ilk olaraq göz yaşını kəşf edir... Sonra əllərimizi kəşf edirik gözlərimizlə, sonra ayaqlarımızı və daha sürətli yellənməyə yaşamağa başlayırıq...
Bir də baxırıq ki, yıxılmadan daha sürətli yellənməyi öyrənmişik... Çox sevinirik və dünyanı, insanları öyrənməyə başlayırıq... Fəqət dünya xəyal qırıqlığına uğradır bizi... Yellənərkən qarşıda yaşıllıqlar, gözəlliklər, saflıqlar, arxada isə fabriklər, kirli-pasli şeylər görürük. Biz qabağa baxırıq, bəzilərinin gözü arxada qalır. Bir yandan da düşünürük, niyə kirli olan dünyanı bizim kimi bir ləyənə qoyub çimizdirmirlər? Ancaq sonra anlayırıq ki, kirli olan dünya deyil, insanların ürəkləri imiş...Bunu anlayanda, insan olduğumuza utanırıq...
Sonra yavaş-yavaş insanlarla münasibət qurmağa başlayırıq...Əvvəlcə dostluqları öyrənirik, həyatımıza məna, zövq qatır dostlarımız... Hansımızsa yellənməkdən yaşamaqdan yorulanda, o birimiz onun yelləncəyini yelləməyə başlayırıq... Beləcə yıxılmaq təhlükəsindən xilas oluruq...Ancaq bu da uzun çəkmir... Çünki dost dediyimiz bəzi insanlar bizi o qədər kobud yelləyir ki, dəfələrlə yerə yıxılırıq... Fəqət bu yıxılmaqlar da başqalarına bənzəmir. Başqalarında yalnız dizimiz, əlimiz qanayırsa, dost yıxanda ürəyimiz qanayır...
Sonra sevməyi öyrənirik... Xəyanət görürük...
Sonra dostluğu öyrənirik... Aldadılırıq...
Sonra qardaşlığı öyrənirik... Boş veririk...
Sonra gülməyi öyrənirik... Bacara bilmirik...
Sonra ümid etməyi öyrənirik... Bacara bilmirik...
Sonra xoşbəxt olmağı öyrənirik... Yenə bacara bilmirik...
Sonra qorxmağı öyrənirik... Və bunu bacarırıq!!!

İki üzlüləri, üzsüzləri, fırııdaqçıları, sevgisizləri, qəlbsizləri gördükdə, sanki yıxlacaq kimi oluruq... Ancaq yenə insan övladının becərdiyi ümid ağacı dadımıza çatır... Yenə bir ümid... Hamı xoşbəxt olmağa, ümid etməyə, səbr etməyə çalışarkən, biz ağlayırıq...Bildiyimiz ilk şey olan və tez-tez baş vurduğumuz olan ağlamağı əsla buraxa bilmirik...
Bax beləcə... Bir qabağa, bir arxaya yellənirik... Gah qarşıya baxıb, sürətlənirik, gah da arxaya baxıb yıxlacaq kimi oluruq... Ancaq yenə yellənirik... Yellənirik.


Geri dön

Yusif

  • 9 fevral 2011 12:38
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
melumata gore twk

ILuVia

  • 5 fevral 2011 16:13
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
gozel yaziya gore teshekkurler smile

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Ulya

  • 5 fevral 2011 15:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi

sevgim

  • 5 fevral 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
heyat hemin heyatdi deyisen ise onun sakinleridi
ilk serh menden

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}