Quranın üçdə birinə bərabər olan surə

 
Quranın üçdə birinə bərabər olan surə


Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. De: "O Allah Təkdir!
2. Allah Möhtac deyildir.
3. O, nə doğub, nə doğulub,
4. Onun bənzəri də yoxdur".

İnsanlar yollarını azdıqları və əsil ilahi dinin - tək Allaha ibadət inancının təhrif edildiyi bir vaxtda Allah yer üzərinə Muhəmmədi sonuncu peyğəmbər olaraq göndərdi. Bu elə bir vaxt idi ki, yəhudi və xristianlar öz kitablarında Allahın sifətlərini təhrif edərək Ona övlad nisbət etdilər və Allah ilə yanaşı öz peyğəmbərlərinə, din xadimlərinə ibadət edib Allaha şəriklər qoşdular. Məkkə bütpərəstləri isə öz aralarından onlara bir peyğəmbər göndərilməsinə təəccüb edərək: "O, bütün tanrıları bir tanrımı etdi? Həqiqətən, bu, əcaib bir şeydir" (Sad, 5) dedilər. Uca Allah öz Peyğəmbərinə axırıncı ilahı kitabı olan Qurani Kərimi nazil etdi və onunla Özünün təkliyini, ad və sifətlərinin kamilliyini, Onun bütün naqis sifətlərdən uzaq olduğunu bərqərar etdi. Qurani Kərimin nazil olmasından 1400 il keçməsinə baxmayaraq o, yer üzərində təhrif olunmayan, bir hərfi belə dəyişdirilməyən yeganə ilahi kitabdır. Peyğəmbərimizə nazil edilən Quran Allahın bütün insanların tanrısı olduğunu, Onun Tək və şəriksiz olduğunu, habelə Muhəmməddən əvvəl göndərilən bütün peyğəmbərlərin dininin İslam olduğunu bəyan edir. Bu hər zaman belə olmuşdur. İslam dini Tək Allaha təslim olmaq, boyun əymək deməkdir. Ona görə də Tək Allaha boyun əyən hər bir kəs müsəlman hesab edilir. Bütün peyğəmbərlər Tək Allaha ibadət edən müsəlmanlar olmuşlar. Beləliklə, Allahın razılığını qazanmaq, Onun doğru yoluna yönəlmək istəyən hər bir kəs həqiqi din olan İslamı öyrənməyə və müsəlman olmağa çalışmalıdır.
Məkkə müşriklərinin (bütpərəstlərinin) Peyğəmbərə: “Rəbbinin əsil-nəsəbini bizə söylə!” dediklərinə cavab olaraq Allah əl-İxlas (Səmimi etiqad) surəsini nazil etdi. Bu surə çox fəzilətli bir surədir. Əbu Səid əl-Xudri rəvayət edir ki, bir nəfər başqa birisinin gecə namazında “əl-İxlas” surəsini təkrar-təkrar oxuduğunu eşidir. Səhəri gün o, bu haqda Peyğəmbərə xəbər verdikdə o deyir: “Canım Əlində olan Allaha and olsun ki, bu surə Quranın üçdə birinə bərabərdir” (Səhih əl-Buxari). Həmçinin, Aişə rəvayət edir ki, Peyğəmbər bir nəfəri qoşuna başçı təyin edib göndərdi. O, səhabələrə qıldırdığı namazı hər dəfə “əl-İxlas” surəsi ilə bitirdi. Səhabələr geri döndükdə bu barədə Peyğəmbərə xəbər verdilər. O dedi: “Nə üçün belə etdiyini ondan soruşun”. O dedi: “Çünki bu surə ər-Rəhmanı vəsf edir. Mən də onu oxumağı çox sevirəm”. Peyğəmbər dedi: “Ona bildirin ki, Uca Allah da onu sevir” (Səhih əl-Buxari).
Bu surənin nazil olmasının səbəbi haqqında, həmçinin belə deyilir: “Yəhudilər “Biz Allahın oğlu Üzeyirə ibadət edirik”, xristianlar “Biz Allahın oğlu İsaya ibadət edirik”, məcusilər (atəşpərəstlər) “Biz Günəşə və Aya ibadət edirik”, müşriklər (bütpərəstlər) isə “Biz bütlərə ibadət edirik” dedikdə, Allah “əl-İxlas” surəsini nazil etdi...”
De: "O Allah Təkdir!"

Təklik yalnız Allaha məxsusdur. Uca Allah Təkdir, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Allah buyurur: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163). Həmçinin belə buyurur: “Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır” (əl-Muminun, 91).
Allah Möhtac deyildir.

əs-Saməd (Möhtac olmayan) sözünün mənası qarın boşluğu olmayan, nə yemək yeyən, nə də su içən deməkdir. Allah buyurur: “O, hamını yedirir, Özünü isə heç kəs yedirmir" (əl-Ənam, 14). Həmçinin, bu söz, üzərində başçısı olmayan hökmdar deməkdir. O, bütün məxluqlarının ehtiyaclarını ödəyən, heç kəsə Möhtac olmayan Hökmdardır. Göy və yer əhli yalnız Ona möhtacdır. Onlar öz ehtiyaclarının ödənməsini Ondan istəyir, buna görə yalnız Ona müraciət edirlər. Çünki O, ən kamil sifətlərə sahibdir.
O, nə doğub, nə doğulub.

Doğmaq və doğulmaq, övladı olmaq məxluqların xüsusiyyətləridir. Uca Allahın övladı, atası, zövcəsi yoxdur. Allah buyurur: “O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir” (əl-Ənam, 101). Həmçinin buyurur: “Kafirlər: "Mərhəmətli Allah özünə övlad götürmüşdür!"– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək” (Məryəm, 88-93).
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət etmişdir: “Uca Allah buyurdu: “Adəm övladı Məni yalan saydı. Halbuki onun buna haqqı yox idi. O Məni söydü. Halbuki onun buna da haqqı yox idi. Məni yalan sayması, onun: “Mən onu yaratdığım kimi qaytara bilməyəcəyəm” deməsidir. Məni söyməsi isə onun: “Allah Özünə övlad götürmüşdür” deməsidir. Mən isə Möhtac deyiləm, doğmamışam və doğulmamışam. Mənim heç bir tay-bərabərim də yoxdur” (Səhih əl-Buxari).
Onun bənzəri də yoxdur.

Bütün sifətlərində Onun tayı-bərabəri, bənzəri yoxdur. Bu surə Allahın ad və sifətlərinin yalnız Ona məxsus olduğunu özündə cəm etmişdir.


Geri dön

Angry Boy

  • 16 mart 2014 13:11
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
tesekkurler meqale ucun

Payız qoxulu

  • 15 mart 2014 23:09
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkurler

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 15 mart 2014 22:49
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

Damlam

  • 15 mart 2014 21:59
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

melek_19

  • 15 mart 2014 21:49
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsunnnn.......

--------------------

ღ★ Firuzə ★ღ

  • 15 mart 2014 21:17
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Qaranliqda_tek

  • 15 mart 2014 21:13
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

prosta ema

  • 15 mart 2014 21:12
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

PércyDarkMoon

  • 15 mart 2014 21:03
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_keleBek_)

  • 15 mart 2014 20:46
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrr...))

--------------------

__MB__

  • 15 mart 2014 20:36
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
təşəkkürlərrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}