Qadınların makiyaj etməsi haramdırmı?

 
Qadınların makiyaj etməsi haramdırmı?

İslam Dini bəzi şərtlərlə bəzənməyə və rənglənilməyə icazə vermişdir. Bilindiyi kimi müçtehit imamlar dövründə, indiki vaxtda istifadə edilən boya və makiyaj vəsaitlərinin çoxu yox idi. Ancaq bu mənada xına və bəzi bitkilərin köklərindən ya da çiçəklərindən əldə edilən boyalar əskik deyildi. O səbəblə ifadə edilən mövzuda etdikləri ictihad və təsbitlərdə daha çox ümumi hökmlər qoydular və yeni-yeni çıxacaq bəzənmə vəsaitləri haqqında tətbiq olunacaq əsasları təsbit etdilər.
Qadın və ya kişi bir-birlərinə öz evləri içində daha cazibədar görünə bilmək üçün bəzənə bilərlər bunda bir qorxu yoxdur. Amma başqa qadın və ya kişilərin diqqətini çəkmək üçün bunu etsələr kerahet vardır hətta bu kerahet onların niyyət və davranışlarına görə haram da ola bilər.
qadinlarin bezenmesi: Qadınlar dəri üzərində bir təbəqə meydana gətirməyən boyalarla ərlərinə şirin görünmək üçün boyana bilərlər. Bu günki təbir ilə həddindən artıq olmamaq şərtiylə makiyaj edə bilərlər. Küçəyə çıxarkən və özlərinə nikah düşən kişilərin görəcəkləri yerlərdə bu tip bəzəklərdən istifadə etməməli və təsəttürə uyğun gəlmələri lazımdır. Bunun əksini etmək caiz deyil. İndiki vaxtda qadınların dırnaqlarını uzadıb lak və bənzəri boyaları çəkməklərinin iki qorxusu vardır: Biri dırnaqları uzatmaq qətiliklə məkruhdur. Digəri dırnaq üzərində bir təbəqə meydana gətirib dəstəmaz və qüsldə suyun dəriyə nüfuz etməsini maneə törətdiyindən qadının bu vəziyyətdə aldığı dəstəmaz və etdiyi qüsl səhih olmaz. O halda qadınlara bu barədə tövsiyə edilən budur: Qadın anadır və ev xanımıdır. O ancaq ərinə şirin və cazibədar görünməsi üçün bəzənər. Dırnaqlarını rəngləməz çünki yemək bişirər paltar yuyar dəstəmaz və qüsl alar. Əri üçün etdiyi təmizliyə maksimum dərəcədə riayət etsə savab qazanar. Kişinin də eyni təmizlik və cazibədarlıq içində hazırlanması da bu mənada sünnədir.


Geri dön

BRLİANT

  • 5 iyul 2011 14:54
  • Məqalə: 0
  • Şərh: 147
  • Bal:
tongue təşəkkür edirəm

Yusif

  • 8 fevral 2011 20:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink

Lucia

  • 5 fevral 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Tesekkur edirem.

nilayka

  • 5 fevral 2011 19:54
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thanks

--------------------

Ulya

  • 5 fevral 2011 17:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}