Xoşbəxt olmaq istəyirsiz? - 11 SİRR

 
Xoşbəxt olmaq istəyirsiz? - 11 SİRR


Çünki Tanrı ona yaşamaq haqqı, sevinmək və kədərlənmək, sevmək və sevilmək, görmək, eşitmək, duymaq kimi hisslər verir.

Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər.



1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə, xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşmançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.

2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınıza sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.

3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtlikdir.

4.
Xoşbəxt olmağın sirlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə, deməli, xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin.

5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.

6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.

7. “Hər şey məndə də olmalıdır şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək.

8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur.

9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir.

10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətidir.

11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməlisaleh olan insanları qiymətləndirsəniz, bu sizin mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız.

Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz əlinizdədir.


Geri dön

Angry Boy

  • 30 mart 2014 14:26
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
meqaleye gore tesekkurler

ღ★ Firuzə ★ღ

  • 23 mart 2014 17:26
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
təşəkkür edirəm.

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 11 mart 2014 23:04
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tesekkurler

--------------------

_keleBek_)

  • 11 mart 2014 16:59
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurler...))

--------------------

ÞSÎxx мSÎxx

  • 11 mart 2014 15:11
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
CoxxxX saGoLunnn

asd

--------------------
asd

prosta barbi

  • 11 mart 2014 12:56
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Wükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınıza sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.

melek_19

  • 11 mart 2014 10:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag ol meleyim meqale ucunnn

--------------------

Angry Boy

  • 11 mart 2014 08:41
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Teshekkurler ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}