Unutma ki, bir zamanlar kim idin

 
Unutma ki, bir zamanlar kim idin


Qəznəvilər sülaləsinin qüdrətli hökmdarı Sultan Mahmudun Ayaz adlı bir xidmətçisi vardı. Ayaz sultanın ən sadiq sirdaşı idi.

Hökmdar vəzirlərə etibar etmədiyi sirlərini ona deyər, ondan məsləhət alardı. Ayaz bir an da sultanın gözündən kənar olmazdı. Bu münasibət o qədər məşhur idi ki, hətta orta əsrlər Şərq ədəbiyyatında Mahmud və Ayaz misalı dostluq və sədaqətin rəmzi sayılırdı.

Sultan Mahmud Qəznəvinin Ayazla tanışlığı bu şəraitdə baş vermişdi. Sultan bir gün ova çıxır, onu müşayiət edənlərdən ayrı düşür. Həm özü, həm də atı yorulub susamışdı. Çöldə bir ev görərək yaxın gəldi, evin qapısını döyüb soyuq su istədi. Qapını açan yeniyetmə oğlan ədəblə salamlaşıb dedi ki, atam yaxınlıqdakı quyudan su gətirməyə gedib. Evdə su olmadığı üçün gərək atamın gəlməyini gözləyək.

Sultanın gözləməkdən savayı çarəsi yox idi, çünki yaxınlıqda başqa ev gözə dəymirdi. Həyətdə oturub oğlanla söhbət etməyə başladı. Tezliklə hiss etdi ki, həmsöhbətinin yaşı az olsa da, ədəbi çox, zehni itidir.

Bir neçə dəqiqədən sonra oğlan evə keçib, buz kimi soyuq su ilə qayıtdı. Suyu hökmdara təqdim etdi. Sultan Mahmud qəzəb qarışıq təəccüblə soruşdu:

Evdə su ola-ola niyə mənə vermirdin?
Niyə atanın su dalınca getdiyini söylədin?

Oğlan cavab verdi:

Mən sizin uzun yol gəlib tərlədiyinizi gördüm. Soyuq su içsəydiniz, mütləq xəstələnərdiniz. Ona görə sizi bir müddət yubatmağa çalışdım ki, təriniz asta-asta soyusun. İndi bu suyu içsəniz, ziyanı olmaz.

Sultan oğlanın qağıkeşliyini və fərasətini bəyəndi. Saraya çatan kimi adam göndərib onu öz yanına xidmətə götürdü. Beləcə, Ayaz hökmdarın ən inanılmış adamı oldu.

Vəzir-vəkillər sultanın Ayaza olan etibarına paxıllıq edirdilər. Buna görə dəfələrlə sultanın yanında Ayazdan söz salıb onu ləkələməyə çalışırdılar. Bir gün sultan onların cavabını vermək qərarına gəldi. Sarayın pəncərəsindən baxıb, şəhərə daxil olan bir karvanı yanındakılardan birinə göstərdi:

Get soruş ki, bu karvan haradan gəlir?

Adam getdi, bir azdan qayıdıb dedi:

Hökmdar, karvan Rey şəhərindən gəlir.

Sultan ondan soruşdu:

Bəs hara gedir?

Adam susdu, çünki bunu soruşmaq ağlına gəlməmişdi. Sultan başqa bir əyana tapşırıq verdi:

Sən get öyrən ki, karvan hara gedir?

Adam qayıdandan sonra məlumat verdi:

Yəmənə gedirlər.

Hökmdar xəbər aldı:

Görəsən, yükləri nədir?

Amma göndərilən adam bu suala cavab gətirməmişdi. Padşah üçüncü adamı yolladı. O da gəlib, karvanın yükünün parçadan ibarət olduğunu söylədi. Hökmdar bu dəfə də kifayətlənməyib xəbər aldı:

Qayıdanda Yəməndən nə almaq fikrindədirlər?

Bu sualın da cavabı naməlum qaldı. Bu minvalla otuz adam karvanın yanına gedib-gəldi, amma heç birinin cavabı sultanı qane etmədi. Axırda Sultan Mahmud Ayazı çağırmağı əmr etdi. Ayaza birinci adama verdiyi tapşırığı verdi:

Get soruş ki, bu karvan haradan gəlir?

Ayaz gedib karvanbaşı ilə görüşdü, qayıdıb bayaq sultanı maraqlandıran bütün məsələlər haqqında ətraflı məlumat verdi. Sultan üzünü yanındakılara tutub dedi:

İndi bildinizmi Ayazı niyə sizin hamınızdan üstün tuturam? Sizin otuz dəfəyə gördüyünüz işi o bir dəfəyə görür.

Sultan Mahmud saray xəzinələrinin açarını da Ayaza etibar etmişdi. Saray əyanları yenə dözməyib sultana xəbərçilik etdilər: “Ayaz xəzinədən oğurluq edir. Öz otağında bir sandığı var. Tez-tez otağına gedib xəlvətcə sandığı açır, orada eşələnir. Yəqin ki, sizdən oğurlayıb sandığa yığdığı qızılları sayır”.

Hökmdar deyilənləri yoxlamaq qərarına gəldi. Bir gün Ayaz otağına çəkiləndə Sultan Mahmud qəfildən qapını açıb içıri girdi. Gördü ki, Ayaz həqiqətən sandığın qabağında oturub. Amma qızılları saymır, ağlayır. Hökmdar soruşdu:

Ayaz, niyə ağlayırsan?

Ayaz sandığın içindən bir dəst nimdaş paltar, bir cüt çarıq çıxarıb ona göstərdi:

- Hökmdar sağ olsun, bunlar siz məni saraya gətirməzdən əvvəl geyindiyim libaslardır. Onları bu sandığın içində saxlayıram. Hər gün sandığı açıb, bu libasları çıxarır, onlara baxıb öz-özümə deyirəm: “Ayaz, bu günkü vəziyyətinlə qürrələnmə. Nəfsin səni aldadıb xəyanətə doğru sürükləməsin. Hökmdarın yanındakı hörmətin səni qudurğanlığa aparmasın. Yaddan çıxarma ki, bir zamanlar kim idin. Səni o səviyyədən bu məqama yüksəltmiş Allahı unutma, Ona şükr et”.


islam.az


Geri dön

Angry Boy

  • 30 mart 2014 11:18
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
meqaleye gore tesekkur
ALLAH RAZI OLSUN

Angry Boy

  • 16 mart 2014 14:08
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
meqaleye gore tesekkruelrr

PércyDarkMoon

  • 14 mart 2014 20:53
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Damlam

  • 13 mart 2014 21:39
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:///user/İmza/

sessiz deniz

  • 13 mart 2014 18:02
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsun

_keleBek_)

  • 13 mart 2014 17:23
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
tewekkurlerrrr...))

--------------------

BaNTiKLi_CiCiWKa:)

  • 13 mart 2014 16:30
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
çox sağolun

--------------------

aska rico

  • 13 mart 2014 16:14
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

__MB__

  • 13 mart 2014 15:32
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

Payız qoxulu

  • 13 mart 2014 14:39
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ★ Firuzə ★ღ

  • 13 mart 2014 13:25
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 13 mart 2014 13:09
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ÞSÎxx мSÎxx

  • 13 mart 2014 12:41
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
Allah Razi oLsunn

--------------------
asd

melek_19

  • 13 mart 2014 10:34
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------

prosta barbi

  • 13 mart 2014 10:30
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
TEWEKKUR...

Qaska_Quli

  • 13 mart 2014 09:09
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ilk sherh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}