Kəsilən nəfəs

 
Kəsilən nəfəs


Tibb elminə çoxdan bəri məlum olan və “Tənəffüs çatışmazlığı” adlanan bu mürəkkəb simptomla üzləşən hər bir insan sanki nəfəsinin kəsiləcəyini düşünür. Bu da ölüm qorxusu yaradır.

Oksigen azalır, karbon çoxalır

LeGenD.Az xəbər verir ki, Həkim-terapevt Şəhla Abbasovanın açıqlamasına görə, xarici tənəffüs, qan dövranı və qan orqanizmi oksigenlə təchiz edən, karbon qazını xaricə verən funksional sistemdir. Bunlardan birinin fəaliyyətinin azalması dərhal digərinin işinə təsir edir və onun fəaliyyətini kompensator olaraq artırır, bunun nəticəsində də onlardan birində funksional çatışmazlıq baş verir. Ağ ciyər xəstəlikləri nəticəsində vahid zaman ərzində ağ ciyərdən keçən qan oksigenlə kifayət qədər təchiz olunmur və karbon qazından yaxşı təmizlənmir. Bunun nəticəsində sonralar tənəffüs çatışmazlığı baş verir, bu isə ürək-damar sistemi sürətlənməsinə səbəb olur. Bu halın uzun müddət davam etməsi ağ ciyər və ürək çatışmazlığına gətirib çıxarır: “Əksərən ürək çatışmazlığının müəyyən mərhələsində çox vaxt tənəffüs çatışmazlığı da baş verir. Bu halı eyni zamanda qan haqqında da demək olar. Anemiyalar zamanı hemoqlobin və eritrositlərin miqdarı kəskin sürətdə azaldığı üçün,bir tərəfdən xarici tənəffüs funksiyasının və digər tərəfdən qan dövranının artması hesabına kompensasiya olunur”.

Səbəblər

Həkimin sözlərinə görə, tənəffüs çatışmazlığının 6 növü var.
Mərkəzi sinir sistemi pozğunluğu nəticəsində baş verən tənəffüs çatışmazlığı, nəfəsalmanın çətinliyindən törənən, ağ ciyərdə hava və qanın paylanmasının pozulması nəticəsində yaranan tənəffüs çatışmazlığı, atmosfer təzyiqinin enməsi və havada oksigenin azalması nəticəsində yaranan, ağ ciyərin bir hissəsində yaranan problem zamanı ortaya çıxan tənəffüs çatışmazlığı, ağ ciyərdə alverolyar zarın xüsusiyyətinin dəyişməsi (pneymokoz) nəticəsində baş verən tənəffüs çatışmazlığı.

Ancaq praktikada daha çox ağ ciyər çatışmazlığı, ağ ciyər bronx aparatının xəstələnməsi nəticəsində, həmçinin ağ ciyər, ürək çatışmazlığı zamanı inkişaf edir. Bundan başqa tənəffüs çatışmazlığı tənəffüs və qan dövranı orqanlarının xəstəliyi olmadan da ortaya çıxa bilər. Məsələn, mərkəzi sinir sisteminin pozğunluğu (insult), kəskin qan azlığı zamanı və havada oksigen təzyiqi azaldıqda da tənəffüs çatışmazlığı yaranır.

Təngənəfəslik

Ş.Abbasova deyir ki, tənəffüs çatışmazlığının diaqnostikasında başlıça simptom təngənəfəslikdir. Bu simptom tənəffüs çatışmazlığı nəticəsində meydana çıxmaqla bərabər ağ ciyərin tənəffüs səthini məhdudlaşdıran bir sıra proseslərdən asılıdır. Əgər təngənəfəslik adi iş zamanı baş verirsə, buna birinci dərəcəli tənəffüs çatışmazlığı deyilir. Əgər təngənəfəslik cüzi yük götürən zaman meydana çıxırsa, bu ikinci dərəcəli tənəffüs çatışmazlığı adlanır. Sakitlik zamanı baş verən təngənəfəslik isə üçüncü dərəcəli tənəffüs çatışmazlığının göstəricisidir: “Ancaq qeyd etməliyəm ki, təngənəfəslik fizioloji şəraitdə baş verdiyi kimi, bəzən də müəyyən reflekslərdən irəli gələ bilər. Fizioloji təngənəfəslik tənəffüsün sürətlənməsi olub, adətən sağlam adamlarda fiziki işdən sonra, hündür yerə qalxdıqda və əsəbləşəndə müşahidə olunur. Bundan başqa təngənəfəslik azan sinirin ağ ciyər şaxəsinin, üçlü sinirin qıcıqlanması zamanı da baş verir”.

Ürək təngənəfəsliyi

Terapevtin söylədiyinə görə, pataloji təngənəfəslik bir çox səbəblərdən asılıdır. Məsələn, ağ ciyər təngənəfəsliyi deyilən təngənəfəslik döş qəfəsində baş verib ağ ciyərin tənəffüs səthini azaldır. “Ürək təngənəfəsliyi” zamanı da ağ ciyərlərin tənəffüs səthi keçilir. Çünki belə hallarda kiçik qan dövranında qan durğunluğu baş verir, həmçinin kiçik və böyük qan dövranlarında qan axını, qazlar mübadiləsi zəiflədiyindən arterial hipoksemiya inkişaf edir.

Təngənəfəslik çox vaxt anemiyalar zamanı qanda eritrositlərin kəskin sürətdə azalması nəticəsində də meydana çıxır. Əgər tənəffüs çatışmazlığının subyektiv səbəbi bu və ya digər dərəcədə nəzərə çarpan təngənəfəslikdirsə, onun obyektiv əlaməti isə arteriyal hipoksemiyadır. Yəni arterial qanın oksigenlə kifayət qədər təchiz olunmamasıdır. Arterial hipoksemiya ağ ciyərin tənəffüs səthinin kiçilməsi, ağ ciyər ventilyasiyasının pozulması, diffuziyanın çətinləşməsi və sair səbəbdən baş verir”.

Oksigen terapiya

Ş.Abbasovanın dediyinə görə, ağ ciyərin tənəffüs səthinin kiçilməsi nəticəsində meydana çıxan arterial hipoksemiya ya tənəffüs səthinin böyük bir hissəsi pozulduqda, ya da pozğunluq birdən-birə baş verdikdə olur. Belə hallarda arterial hipoksemiyanın oksigenlə müalicəsi müsbət təsir göstərir. Burada oksigen terapiyasında məqsəd yalnız qısa vaxt ərzində arterial hipoksemiyanı ləğv etmək deyil, eyni zamanda oksigen çatışmazlığından orqanizmdə baş verən dəyişiklikləri aradan qaldırmaqdır. Bu səbəbdən də oksigen müalicəsi qısa müddətli deyil, uzun müddətə təyin olunur: “Tənəffüs çatışmazlığı ilə müşaiyət olunan xarici tənəffüs orqanı xəstəliklərindən ən ağır və daimi tutmalarla davam edən bronxial astma və pnevmosklerozdur. Bundan başqa oksigen terapiyası ağ ciyərləri sıxaraq tənəffüs çatışmazlığına səbəb olan ağ ciyər toxuması iltihabı və plevra xəstəlikləri zamanı da təyin olunur. Belə hallarda oksigen müalicəsi müntəzəm aparılmalı və seanslar uzunmüddətli olmalıdır. Çünki qısamüddətli müalicə oksigen tələbatını aradan qaldırmır. Ağır formalı ciyər hipoksemiyası zamanı oksigenin verilməsi gözlənilmədən qıcolma və komanın baş verməsinə səbəb olur. Bunu nəzərə alaraq oksigenlə müalicə zamanı xəstələrə diqqət etmək lazımdır. Əgər xəstə özünü yaxşı hiss etmirsə, dərhal oksigen terapiyanı kəsmək lazımdır. Oksigen müalicəsi xüsusilə tənəffüs çatışmazlığının başlanğıcında, yəni arterial hipoksemiya yenicə baş verən zaman, oksigen çatışmazlığından törəyə biləcək dərin dəyişiklikləri aradan qaldırmaq üçün daha səmərəlidir”.


Geri dön

Angry Boy

  • 16 mart 2014 13:15
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
twk..............................

BaNTiKLi_CiCiWKa:)

  • 15 mart 2014 22:56
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurler

--------------------

melek_19

  • 15 mart 2014 21:51
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun

--------------------

ღ★ Firuzə ★ღ

  • 15 mart 2014 21:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
sherhler ucun sagolun

--------------------

Qaranliqda_tek

  • 15 mart 2014 21:20
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

prosta ema

  • 15 mart 2014 21:19
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
tewekkurler

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

sessiz deniz

  • 15 mart 2014 20:01
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrr

ЛЮБИМКА

  • 15 mart 2014 19:28
  • Məqalə: 53
  • Şərh: 2518
  • Bal:
{awards}
tewekkurlerrrr

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 mart 2014 19:24
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
thank you Fizuska tongue

ÞSÎxx мSÎxx

  • 15 mart 2014 19:22
  • Məqalə: 51
  • Şərh: 2002
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər^^


sadasd


asd


asdfg

--------------------
asd

Payız qoxulu

  • 15 mart 2014 18:58
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkur bitanem

--------------------

PércyDarkMoon

  • 15 mart 2014 18:17
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tewekkurler canim

--------------------

Qaska_Quli

  • 15 mart 2014 18:08
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

__MB__

  • 15 mart 2014 18:05
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Təşəkkürlər canım mənim

ヅ Bad Girl ヅ

  • 15 mart 2014 17:37
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}