Daha kişilər də avropalaşıb,
Əzilib-büzülüb, naza keçmişik.
Soyuq "qərb" küləyi elə əsdi ki,
Artıq su halından buza keçmişik...
Payıza baş əyib, qışla öpüşdük,
"Eybi yox, düzələr"- deyib ötüşdük.
Yağışdan çıxmamış yağmura düşdük,
Elə düşündük ki, yaza keçmişik...
Yüz qram araqla "qamburger" yeyib,
"Mən də müsəlmanam" - hər günsöyləyib,
Niqablı qadına "vahabi" deyib,
Ətəyi qısalmış qıza keçmişik...
Qəssabdan seçilmir polis, hakimi,
Cəlladlıq eləyir loğman, həkimi.
Qaniçən mollalar çox azmış kimi,
İndi də "kitayski" paza keçmişik...
"Gələcək" vəd edib elə-obaya,
"Yeri" abad edib uçdular aya,
Hamı birdən desin "ekonomiya",
Çoxa qane olub, aza keçmişik...
Əzilib-büzülüb, naza keçmişik.
Soyuq "qərb" küləyi elə əsdi ki,
Artıq su halından buza keçmişik...
Payıza baş əyib, qışla öpüşdük,
"Eybi yox, düzələr"- deyib ötüşdük.
Yağışdan çıxmamış yağmura düşdük,
Elə düşündük ki, yaza keçmişik...
Yüz qram araqla "qamburger" yeyib,
"Mən də müsəlmanam" - hər günsöyləyib,
Niqablı qadına "vahabi" deyib,
Ətəyi qısalmış qıza keçmişik...
Qəssabdan seçilmir polis, hakimi,
Cəlladlıq eləyir loğman, həkimi.
Qaniçən mollalar çox azmış kimi,
İndi də "kitayski" paza keçmişik...
"Gələcək" vəd edib elə-obaya,
"Yeri" abad edib uçdular aya,
Hamı birdən desin "ekonomiya",
Çoxa qane olub, aza keçmişik...