Namaz ən fəzilətli ibadətdir!

 
Namaz ən fəzilətli ibadətdir!

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı salamı olsun - demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” Uca Allah Muhəmməd peyğəmbəri öz xalqına elçi olaraq göndərdikdə ona birinci olaraq Allahdan başqa heç bir tanrının ibadətə layiq olmadığını və onun Allahın elçisi olduğunu buyurmağı əmr etmişdir. Bu iki həqiqətə şahidlik etmək ilə insan İslamı qəbul etmiş olur. Bunu qəbul edən insan Allahla özü arasında bir əhd, saziş bağlayır və öz üzərinə öhdəlik götürərək sanki “Allahım! Məni Sən yaratdın, Sən mənim Rəbbimsən, ibadət edilməyə haqqı olan və layiq olan yalnız Sənsən! Bütün kamil sifətlərə sahib olan da yalnız Sənsən! Mən yalnız Sənə ibadət edəcəyəm və Sənə heç bir şeyi şərik qoşmayacağam, Sənə ibadət etməkdə yalnız Sənin göndərdiyin elçinə - Muhəmməd peyğəmbərə itaət edəcəyəm, yalnız ona tabe olacağam!” deyir. Bu məna qısa şəkildə “ƏŞHƏDU ƏLLƏ İLƏHƏ İLLALLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RASULULLAH” şəhadət kəlməsində ifadə olunur.
Bundan sonra həddi buluğa çatmış və ağılı başında olan hər bir müsəlmana gündə beş dəfə namaz qılmaq buyurulur. Allahın insanlara vacib buyurduğu ibadətlərin arasında namaz ən önəmli yerlərdən birini tutur. Məhz namaz vasitəsilə qul, onu yaradanın qarşısında səcdə etmək kimi ən gözəl ibadəti yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq fürsətini qazanır. Şəhadət gətirib İslam dinini qəbul etdikdən sonra, namaz qılmaq ən əfzəl əməl sayılır. Abdullah ibn Məsud belə rəvayət edir: “Mən Peyğəmbərdən soruşdum: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?” O buyurdu: “Vaxtlı-vaxtında qılınan namaz.” Mən soruşdum: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq.” Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək.”
Şəhadət gətirib namaz qılmayanın misalı bir müqavilə imzalayıb onun şərtlərini yerinə yetirməyənin misalına bənzəyir. Bu, həmin şəxsin ya müqavilənin şərtlərini yaxşı dərk etməməsindən, ya da onu yerinə yetirməkdən imtina etməsindən irəli gəlir. İnsanların bu günkü halı belədir. Görürsən ki, insanların əksəriyyəti şəhadət gətirir, lakin onu layiqincə dərk etmirlər və elə bilirlər ki, bu kəlmələri sadəcə əzbərləyib demək müsəlman olmaq üçün kifayət edir. Uca Allah insanın əldə edəcəyi hər bir şey üçün müəyyən vasitələr yaratmışdır. Məsələn, ruzi əldə etmək üçün işləmək, şəfa tapmaq üçün müalicə olunmaq və s. vasitələr yaratmışdır. Uca Allah bəndələrinin Ona yaxınlaşması üçün, Onun razılığını və əbədi səadət diyarı olan Cənnətini əldə etmək üçün də müəyyən vasitələr təyin etmiş, habelə Onun qəzəbinə səbəb olacaq və nəticədə Onun əzabına, Cəhənnəmə gətirib çıxardacaq əməlləri də bəyan etmişdir. Allah öz bəndələri üçün müəyyən ibadətləri, başlıca olaraq da namaz qılmağı vacib etmişdir.
Namaz qılmayan insan həqiqi mömin ola bilməz, nə qədər yaxşı işlər görsə belə. Namaz dinin dirəyidir və Qiyamət günü müsəlmandan ilk soruşulacaq əməldir. Əgər insan onun haqq-hesabını verməkdən üzü ağ çıxarsa, digər bütün əməlləri qəbul olunacaq. Peyğəmbər demişdir: “Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Əgər namazı qaydasında olarsa, nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır.”
Təəssüflər olsun ki, insanların əksəriyyəti dünyanın müvəqqəti bər-bəzəyinə aldanır, öz nəfsi istəklərinin ardınca gedərək həqiqi məqsədlərindən yayınırlar. Halbuki, Allah insanı yalnız ona ibadət etmək, Onun əmr və qadağalarına riayət etmək üçün, dünyanı isə axirətin tarlası olması üçün yaratmışdır.
İnsan dünyadan köçdükdə onun əməlləri kəsilir və o, əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Orada olan nemətləri və əzabları gördükdə əbədi səadəti dünyanın aldadıcı zövqünə qurban verdiyinin acısını hiss etməyə başlayır və fürsəti əldən verdiyi üçün son dərəcə peşmançılıq çəkərək Allaha yalvarır: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm...” (əl-Muminun, 99-100). Uca Allah başqa ayədə buyurur:
“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28).
Əli ibn Əbu Talib öz tələbələrinə həmişə nəsihət edərək belə deyirdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. Onların hər ikisinin öz oğulları (qəlbən ona bağlı olan adamları) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün əməl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir əməl edə bilməyəcəksiniz."


Geri dön

nuray sirinova

  • 9 aprel 2014 11:32
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
şərhlər üçün təşəkkürlər*

Nara huseynova

  • 7 aprel 2014 21:02
  • Məqalə: 21
  • Şərh: 2358
  • Bal:
{awards}
təşəkkürlərr

nermin aliyeva

  • 26 mart 2014 16:17
  • Məqalə: 1
  • Şərh: 29
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BACIM

Angry Boy

  • 23 mart 2014 18:09
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Allah Raaiz Olsun

PSIXOPATKA

  • 21 mart 2014 22:35
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

PércyDarkMoon

  • 20 mart 2014 22:25
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaska_Quli

  • 19 mart 2014 20:49
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Angry Boy

  • 19 mart 2014 17:49
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Allah Razi Olsun

melek_19

  • 18 mart 2014 23:24
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

Payız qoxulu

  • 18 mart 2014 22:06
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

^^MasaL^^

  • 18 mart 2014 21:50
  • Məqalə: 57
  • Şərh: 2563
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

CaNimm

  • 18 mart 2014 20:06
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
{awards}
no [left][/left]duzdu eas namaz

--------------------
Eger meni dusunmek sene aci verecekse, Sen terefinden unudulmaga raziyam. Yeterki sen aci cekme :(

^^Nazlı Şeytan^^

  • 18 mart 2014 19:41
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
tewekkurler

Kapriznaya Dəcəlka

  • 18 mart 2014 18:48
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
olmayaydım!" (əl-Furqan, 27-28).
Əli ibn Əbu Talib öz tələbələrinə həmişə nəsihət edərək belə deyirdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. Onların hər ikisinin öz oğulları (qəlbən ona bağlı olan adamları) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün əməl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir əməl edə bilməyəcəksiniz."

--------------------

ღ★ Firuzə ★ღ

  • 18 mart 2014 18:40
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

ヅ s a y k a. ヅ

  • 18 mart 2014 18:33
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
Aallah razi olsun

--------------------
♥Sayka♥


__MB__

  • 18 mart 2014 18:32
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
Allah razı olsun

NikaLYa

  • 18 mart 2014 18:24
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_keleBek_)

  • 18 mart 2014 17:51
  • Məqalə: 63
  • Şərh: 3013
  • Bal:
{awards}
tewekkurlerrr...))

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 mart 2014 17:49
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Allah razi olsun

sessiz deniz

  • 18 mart 2014 17:48
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı salamı olsun - demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” Uca Allah Muhəmməd peyğəmbəri öz xalqına elçi olaraq göndərdikdə ona birinci olaraq Allahdan başqa heç bir tanrının ibadətə layiq olmadığını və onun Allahın elçisi olduğunu buyurmağı əmr etmişdir. Bu iki həqiqətə şahidlik etmək ilə insan İslamı qəbul etmiş olur. Bunu qəbul edən insan Allahla özü arasında bir əhd, saziş bağlayır və öz üzərinə öhdəlik götürərək sanki “Allahım! Məni Sən yaratdın, Sən mənim Rəbbimsən, ibadət edilməyə haqqı olan və layiq olan yalnız Sənsən! Bütün kamil sifətlərə sahib olan da yalnız Sənsən! Mən yalnız Sənə ibadət edəcəyəm və Sənə heç bir şeyi şərik qoşmayacağam, Sənə ibadət etməkdə yalnız Sənin göndərdiyin elçinə - Muhəmməd peyğəmbərə itaət edəcəyəm, yalnız ona tabe olacağam!” deyir. Bu məna qısa şəkildə “ƏŞHƏDU ƏLLƏ İLƏHƏ İLLALLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RASULULLAH” şəhadət kəlməsində ifadə olunur.

✰Razinka✰

  • 18 mart 2014 17:43
  • Məqalə: 19
  • Şərh: 1192
  • Bal:
{awards}
Namaz qılmayan insan həqiqi mömin ola bilməz, nə qədər yaxşı işlər görsə belə. Namaz dinin dirəyidir və Qiyamət günü müsəlmandan ilk soruşulacaq əməldir. Əgər insan onun haqq-hesabını verməkdən üzü ağ çıxarsa, digər bütün əməlləri qəbul olunacaq. Peyğəmbər demişdir: “Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Əgər namazı qaydasında olarsa, nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır.”
Təəssüflər olsun ki, insanların əksəriyyəti dünyanın müvəqqəti bər-bəzəyinə aldanır, öz nəfsi istəklərinin ardınca gedərək həqiqi məqsədlərindən yayınırlar. Halbuki, Allah insanı yalnız ona ibadət etmək, Onun əmr və qadağalarına riayət etmək üçün, dünyanı isə axirətin tarlası olması üçün yaratmışdır.
İnsan dünyadan köçdükdə onun əməlləri kəsilir və o, əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Orada olan nemətləri və əzabları gördükdə əbədi səadəti dünyanın aldadıcı zövqünə qurban verdiyinin acısını hiss etməyə başlayır və fürsəti əldən verdiyi üçün son dərəcə peşmançılıq çəkərək Allaha yalvarır: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm...” (əl-Muminun, 99-100). Uca Allah başqa ayədə buyurur:
“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27-28).

prosta ema

  • 18 mart 2014 17:42
  • Məqalə: 18
  • Şərh: 2258
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

✰BeAuTiFuL✰

  • 18 mart 2014 17:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ilk serh menden fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}