Telefon haqqında məlumatlar.

 
Telefon haqqında məlumatlar.


Telefon — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazı. İndiyə qədər uzun təkamül yolu keçmişdir. Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır.

Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqlığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki trelefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.

Tarixi

Telefonun nə vaxt kəşf olunması ilə bağlı bir çox mübahisələr mövcuddur. Digər mühüm kəşflər kimi, telefonundan kəşfindən əvvəl ona bənzər prinsipdə işləyən qurğular kəşf edilmişdi. Bu kəşfləri edənlər İnnokennto Manzetti, Antonio Meuççi, Reys Filipp, Aleksandr Qrehem Bell, Tomas Edison və digər alimlər olmuşlar. Lakin Bell ilə Edisonun kəşfə görə əldə etdikləri patent əsas götürülmüşdür.

1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra - 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı. Bellin ixtira etdiyi telefonda danışmaq və qulaqasmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiya bir dəstəkdə birləşmişdir.

1876-cı il martın 10-da ilk telefon danışığı baş tutmuşdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: “Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız”.

İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başladı. 1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.

Mobil telefon

Telefonun ikinci dəfə “dünyaya gəlişi” isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün “Motorolla” şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.


Geri dön

Yusif

  • 9 fevral 2011 12:37
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
reyler ucnu twk

Ulya

  • 5 fevral 2011 17:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

tesekkur edirem

nilayka

  • 5 fevral 2011 17:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli xebere gore thanks

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 27
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}