Şəhidlik məktəbindən iki dərs

 
Şəhidlik məktəbindən iki dərs

Mədinə əhalisindən Ümeyr ibn Həmmam hələ hicrətdən əvvəl İslamı qəbul etmişdi. Bədr savaşı günü tərəflər bir-birinin qarşısında səf çəkib durmuşdu.

Peyğəmbər üzünü müsəlmanlara tutub buyurdu: “Hüdudları göylərlə yer qədər geniş olan Cənnətə daxil olmaq üçün hərəkətə keçin”. Peyğəmbər bu yolla müsəlmanları döyüşüb Allahın razılığını qazanmağa çağırırdı. Çünki bu savaşda şəhid olan da, döyüşüb sağ qalan da hədsiz savab qazanacaq və Cənnətə layiq olacaqdı. Ümeyr bu sözləri eşidəndə sevinc içində dedi: “Bəh-bəh, nə gözəl sözdür!” Peyğəmbər soruşdu: “Niyə bəh-bəh deyirsən?” Ümeyr cavab verdi: “Allaha and olsun ki, oranın (cənnətin) sakinlərindən olmaq istərdim”. Peyğəmbər Ümeyrə müjdə verdi: “Sən oranın sakinlərindənsən”.

Savaşdan əvvəl hər iki tərəfdən təkbətək çarpışmalar baş verdi. Həzrət Əli, Həmzə və Übeydə öz rəqiblərini öldürdülər. Peyğəmbər üzünü müsəlmanlara tutub, onları cihada həvəsləndirmək məqsədi ilə buyurdu: “İxtiyarında olduğum Allaha and olsun ki, bu gün hər kim bunlarla (düşmənlə) səbrlə, mükafatını Allahdan umaraq və geri dönməyərək savaşsa, Allah onu cənnətə daxil edər”. Bu zaman Ümeyr ovcunu xurma ilə doldurmuş halda ön cərgədə durmuşdu. Bir neçə saat idi ki, dilinə yemək dəyməmişdi. Ovcundakı xurmaları yeyib tox qarınla savaşmaq istəyirdi. Amma Peyğəmbərin çağırışını eşitcək öz-özünə dedi: “Doğrudanmı mənimlə Cənnət arasında duran maneə yalnız bunlarla döyüşüb həlak olmaqdır? Bu xurmaların hamısını yeyib qurtarmağa sərf etdiyim vaxt məni əbədi cənnətdən ayrı salır. Elə isə, nəyi gözləyirəm?” Bunu deyib, ovcundakı xurmaları yerə atdı, qılıncını sıyırıb düşmən cərgələrinin üzərinə şığıdı. Silahdaşları bundan ilham alıb Ümeyrin ardınca hücuma keçdilər. Ümeyr bir neçə nəfəri öldürdü, sonra özü də şəhadətə qovuşdu. Deyirlər ki, ənsardan ilk şəhid olan şəxs Ümeyr ibn Həmmam oldu.


***

Ühüd savaşından sonra Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara tapşırdı ki, savaşda şəhid olanların nəşinin yanına gedib, onlara salam versinlər. Peyğəmbər özü mübarək şəhid səcədlərinə xitab edərək buyurdu: “Allahın elçisi şəhadət verir ki, həqiqətən, siz Qiyamət günündə Allahın hüzurunda şəhidsiniz” (yəni həmin gün şəhidlərə vəd edilən böyük savablara nail olacaq və uca məqamda duracaqsınız). Sonra o həzrət müsəlmanlara buyurdu: “Ay camaat, bunları ziyarət edin, onların nəşinin (sonra da məzarının) üstə gəlin, onlara salam verin. İxtiyarında olduğum Allaha and olsun, bunlar Qiyamət gününə kimi onlara salam verən hər kəsin salamına cavab verərlər” (İbn Səd. Ət-Təbəqatül-kübra, III, 89-90).

Bu hərəkətlə Allahın Rəsulu şəhidlərin diri olması barədə Qurani-kərimin aşağıdakı ayəsini təsdiq etmiş oldu: “Allah yolunda öldürü­lənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər...” (Ali-İmran, 169).



Geri dön

Angry Boy

  • 23 mart 2014 18:22
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
Allah Razi Oslun

PSIXOPATKA

  • 21 mart 2014 22:51
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

PércyDarkMoon

  • 20 mart 2014 22:44
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaska_Quli

  • 19 mart 2014 20:23
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsunn

--------------------

Angry Boy

  • 19 mart 2014 17:52
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Allah Razi Olsun

melek_19

  • 18 mart 2014 23:41
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsunnnn

--------------------

Payız qoxulu

  • 18 mart 2014 22:16
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

ヅ s a y k a. ヅ

  • 18 mart 2014 19:03
  • Məqalə: 10
  • Şərh: 3345
  • Bal:
{awards}
tewekkruelr edirem melumata gore

--------------------
♥Sayka♥


ღ★ Firuzə ★ღ

  • 18 mart 2014 18:54
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

__MB__

  • 18 mart 2014 18:49
  • Məqalə: 257
  • Şərh: 4354
  • Bal:
{awards}
Allah razı olsun

prosta ema

  • 18 mart 2014 18:04
  • Məqalə: 18
  • Şərh: 2258
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 mart 2014 18:01
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
cox sagol:))))))

✰ ♥..Золушка..♥ ✰

  • 18 mart 2014 17:51
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
ALLAH razi olsun.!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 53
Cəmi: 90

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 795
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}