Topal ayaqla cənnətə gedən şəxs

 
Topal ayaqla cənnətə gedən şəxs


Əmr ibn Cəmuh cahiliyyə dövründə Yəsribin (Mədinənin) sayılıb-seçilən sakinlərindən idi. Bəni-Sələmə soyunun başçılarından sayılır, igid döyüşçü kimi tanınırdı, şəhərdə böyük nüfuz sahibi idi.

O zamanlar hər bir ailənin öz bütü vardı. Bütü evin ən hörmətli yerində saxlayır, ona ibadət edir, gözəl ətirlər səpir, qarşısında qurban kəsirdilər. Əmrin pərəstiş etdiyi bütün adı Mənat idi. O, Mənatı bahalı taxtadan yondurmuşdu. Mühüm bir iş görməzdən əvvəl Mənata dualar edib, ondan yardım diləyirdi.

Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətdən bir il əvvəl Yəsribdə İslam dinini təbliğ etmək üçün öz səhabəsi Müsəb ibn Ümeyri bu şəhərə göndərdi. Müsəbin səyi ilə Yəsribin əksər əhalisi müsəlman oldu. Cəmi barmaqla sayıla biləcək qədər adam bütpərəstlik əqidəsində qalmışdı. Hətta Əmrin həyat yoldaşı Hind, üç oğlu Müavvəz, Müaz və Xəllad da müsəlman olmuşdular, amma bunu Əmrdən gizli saxlayırdılar. Hind və oğulları yaşı 60-ı keçmiş Əmri də şirk bataqlığından qurtarıb İslama dəvət etmək istəyirdilər, amma bunun üçün əlverişli imkan gözləməli idilər.

Oğullarının müsəlmanlara qoşulacağından qorxan Əmr bir gün arvadına dedi: “Hind, bax, sənə tapşırıram, uşaqları Müsəblə görüşməyə qoyma. Yoxsa onun sözlərinə uyub təzə dinə keçərlər”. Hind uğurlu fürsətin çatdığını düşünüb dedi: “Oğlumuz Müaz Müsəblə görüşüb, ondan bəzi məsələlər eşidib. İstəsən, Müazı çağırıb soruş ki, eşitdikləri nədən ibarətdir?” Bu fikir Əmrin ağlına batdı, oğlunu çağırıb, Müsəb ibn Ümeyrdən nə eşitdiyini soruşdu. Müaz Qurani-kərimin Fatihə surəsini atasına oxudu. Əmr heyranlıqla ayələri dinlədi, sonra dedi: “Nə gözəl sözlərdir. Mühəmmədin bütün sözləri bu cürdürmü?” Müaz cavab verdi: “Bütün sözləri bir-birindən gözəldir. Sən də ona beyət edərsənmi? Bütün camaat ona beyət edib”. Əmr dedi: “Mən hər işi görməzdən əvvəl Mənatla məsləhət edirəm. Qoy Mənatdan soruşum, cavabı sənə deyərəm”.

Əmr Mənatın qarşısında durub ona dualar oxudu, yeni dinə keçib-keçməmək barədə fikrini soruşdu. Amma taxta parçasından səs çıxmadı. Əmr düşündü ki, yəqin Mənat ona qəzəblidir. Qərara aldı ki, bir neçə gündən sonra Mənatın hirsi soyuyanda sualını təkrar etsin.

Oğulları Əmrin ürəyində bütpərəstliyə qarşı şübhə toxumu cücərdiyini görüb hərəkətə keçdilər. Bir gecə ataları yatanda Mənatı aparıb, axar suların töküldüyü çuxura atdılar.

Səhər Əmr bütü yerində tapmayıb axtarmağa başladı, onu zir-zibil içindən tapdı, evə gətirdi, təmiz yuyub ətirlədi. Növbəti gecə oğulları yenə bu işi təkrar etdilər. Əmr yenə Mənatı tapıb yerinə qaytardı. Üçüncü gecə qılıncını Mənatın boynundan asıb dedi: “Bu qılınc, bu da sən. Bu gecə özün özünü qoru!” Səhər olanda Mənat yenə öz yerində yox idi. Bu dəfə Əmr su çuxurunun dibinə atılmış Mənata əl vurmadı, dedi: “Əgər sən tanrı olsaydın, özünü qoruya bilərdin! Sən özünü qoruya bilmirsənsə, məni necə qoruyacaqsan?”

Əmr Müsəbin yanına gedib ona beyət etdi və müsəlman oldu. Üstündən bir neçə il keçdi. Ühüd savaşı üçün səfərbərlik elan olunanda Əmr də cihada qoşulmaq istədiyini bildirdi. Amma artıq yaşı çox idi, üstəlik, bir ayağı da fəaliyyətdən qalmışdı. Oğulları onun bu vəziyyətdə cihada qoşulmasına etiraz etdilər, “sənə cihad vacib deyil” dedilər. Əmr birbaşa Peyğəmbərin hüzuruna gəldi, şikayətini bildirdi: “Ey Allahın Rəsulu! Oğullrım məni savaşa qatılmağa qoymurlar. Amma mən bu topal ayağımla Cənnətə girmək istəyirəm”. Peyğəmbər Əmrin oğullarına buyurdu: “Onu sərbəst buraxın. Allah ona şəhid məqamını verəcək”.

Müsəlmanlar Mədinəni tərk edəndə Əmr həyat yoldaşı ilə sonuncu dəfə imiş kimi vidalaşdı. Sonra qibləyə sarı dönüb dua etdi: “Allahım! Mənə şəhidlik qismət et. Şəhidlik nemətini itirmiş halda ailəmin yanına dönmək istəmirəm”.

Savaşın qızğın yerində müsəlmanlar düşmənin şiddətli hücumu qarşısında Peyğəmbəri qoruyarkən, Əmr ayağının şikəstliyinə baxmayaraq, “mən Cənnəti istəyirəm” cümləsini təkrar edərək şücaətlə döyüşürdü. Bu savaşda Əmr oğlu Xəlladla birlikdə şəhid oldu. Peyğəmbər Əmrlə Abdullah ibn Əmrin (Cabir ibn Abdullah Ənsarinin atasının) dost olduqlarını nəzər alıb, onları bir qəbirdə dəfn etməyi tapşırdı.

Ühüd savaşından 46 il sonra Müaviyyə Ühüddə bulaq qazdırdı. Camaata elan olundu ki, hər kimin qohumunun burada qəbri varsa, cəsədi çıxarıb bir az kənarda dəfn etsin. Cabir ibn Abdullah da atasının cəsədini çıxarmaq üçün məzarı açdı. Bu zaman Əmr ibn Cəmuhla Abdullah ibn Əmrin çürüməmiş cəsədləri ilə qarşılaşdılar. Rəvayətə görə, Əmr ibn Cəmuh canını tapşırarkən əlini yarasının üstünə qoyubmuş; onu elə bu vəziyyətdəcə dəfn etmişdilər. Əmrin cəsədi aşkara çıxanda, onun əlini yarasının üstündən götürmək istədilər, amma yara yerindən təzə qan açıldı. Şəhidin əlini yaranın üstünə qaytaranda qan kəsildi (Malik ibn Ənəs. “Əl-Muvətta”, “Kitabül-Cihad”, hədis 1104; İbn Əsir. “Üsüdül-ğabə”, cild 3, səh. 233; İbn Kəsir. Əl-Bidayətü vən-nihayə, cild 5, səh. 436-438; Əliəkbər Mehdipur. “Əcsade-cavidan”, səh. 48).


Geri dön

Angry Boy

  • 23 mart 2014 18:12
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
meqale ucun teskekurlerrrrr

PSIXOPATKA

  • 21 mart 2014 22:41
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★ Firuzə ★ღ

  • 21 mart 2014 20:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

PércyDarkMoon

  • 20 mart 2014 22:37
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaska_Quli

  • 19 mart 2014 20:18
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

Angry Boy

  • 19 mart 2014 17:48
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah Razi Olsun

melek_19

  • 18 mart 2014 23:37
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsunnnnn

--------------------

Payız qoxulu

  • 18 mart 2014 22:09
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun tewekkur

--------------------

^^Nazlı Şeytan^^

  • 18 mart 2014 19:49
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

_keleBek_)

  • 18 mart 2014 19:24
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
{awards}
Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətdən bir il əvvəl Yəsribdə İslam dinini təbliğ etmək üçün öz səhabəsi Müsəb ibn Ümeyri bu şəhərə göndərdi. Müsəbin səyi ilə Yəsribin əksər əhalisi müsəlman oldu. Cəmi barmaqla sayıla biləcək qədər adam bütpərəstlik əqidəsində qalmışdı. Hətta Əmrin həyat yoldaşı Hind, üç oğlu Müavvəz, Müaz və Xəllad da müsəlman olmuşdular, amma bunu Əmrdən gizli saxlayırdılar. Hind və oğulları yaşı 60-ı keçmiş Əmri də şirk bataqlığından qurtarıb İslama dəvət etmək istəyirdilər, amma bunun üçün əlverişli imkan gözləməli idilər.

--------------------

★Angelocka★

  • 18 mart 2014 19:05
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Serh yazan her kese tesekkurler

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

ღ★ Firuzə ★ღ

  • 18 mart 2014 18:47
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
ALLAH razı olsunnn

--------------------

ヅ s a y k a. ヅ

  • 18 mart 2014 18:45
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
tewekkruelr edirem melumata gore

--------------------
♥Sayka♥


__MB__

  • 18 mart 2014 18:42
  • Məqalə: 257
  • Şərh: 4378
  • Bal:
{awards}
Allah razı olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 mart 2014 17:55
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

prosta ema

  • 18 mart 2014 17:50
  • Məqalə: 18
  • Şərh: 2270
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Yoruldum: ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum: dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

✰ ♥..Золушка..♥ ✰

  • 18 mart 2014 17:46
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Ilk werh menden... tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 23

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}