Bakı küçələrinin yeni avtoritetləri.

 
Bakı küçələrinin yeni avtoritetləri.

Qəddar peşə sahibləri indi qan tökməklə ad deyil, pul qazanırlar...

Baş kəsib qan tökməklə ad çıxaran qədim Oğuz eli igidlərinin qəhrəmanlıqları bizə nağıl kitabları vasitəsilə çatdırılsa da, diqqətlə ətrafımıza nəzər salsaq yeni-yeni «qəhrəmanları»nı görə bilərik. Belələrini görəndə fikirləşirsən, İlahı bu ölkədə nə qədər alparuslar, qazan xanlar, baş kəsənlər varmış? Amma oğuzluların nəvə-nəticələri indi baş kəsib-qan tökməklə ad deyil, pul qazanırlar.

Haşiyəyə çıxıb Əli və Nino əsərində maraqlı məqama diqqət yetirək. Əsərdə Qarabağ aşıqlarından biri Əliyə aşıq sənətinin nüfuzunun aşağı düşməsindən şikayətlənir. Deyir ki, qədimlərdə aşıqlar deyişəndə uduzan tərəf öz başını udana halal edərdi. Yəni deyişmədə udan aşıq uduzanın başını kəsirmiş. Beləcə incəsənəti inkişaf etdirirmiş... İndi isə uduzan öz sazını qarşı tərəfə verməklə canını qurtarır.

Necə Koroğlu döyüşün qızğın vaxtında taym-aut götürüb sazda bir hava dınqıldadırmış. Kəsdiyi başlar, tökdüyü qanlar barədə lirik-sentimental, bir sözlə, əsl mədəniyyət nümunəsi olan şeir deyib yenidən döyüşü davam etdirərmiş.
Bəli, biz baş kəsmək vərdişindən əl çəkməmişik. Hər bir müsəlman kişi həyatı boyunca ən azı bir nəsnənin başını kəsib qan çıxarır. Elələri də var ki, hər gün bu işlə məşğul olur.
Birbaşa mətləbə keçək. Söhbət qəssablardan - heyvan başı kəsənlərdən gedir. Tez-tez Bakının NZS adlanan qəsəbəsindən şəhərin mərkəzinə tərəf gələndə yolun kənarında ayaqları kəndirlə bağlanmış və boğazına yenicə bıçaq çəkilmiş dananın ətrafa fışqıran qanını görəndə gəldiyim yekdil nəticə budur - zorakılıq.

Bioloji varlıq kimi götürəndə fərq etməz kəsilən baş heyvanındır, yoxsa insanın. Prosedur, ağrılar, görüntü eynidir.
Deyək ki, heyvanların kəsilib ətinin insanlara satılması qəbul olunmuş normadır. Ən inkişaf etmiş ölkələrdə belə, heyvan kəsilir, əti müxtəlif formalarda insanlara satılır. Bunun qarşısını almaq mümkün deyil. Bəs heyvanın ictimai formada, insanların gözü qarşısında kəsilməsinə nə deyəsən? Yoldan keçən, avtobusda olan qadınlar, qocalar, uşaqlar heyvanın necə ayaqlarının bağlandığını, yerə yıxıldığını, bıçağın onun başına necə çəkildiyini, heyvanın var-gücü ilə dartınmağını, qın fışqırtılarını görməlidirlərmi? Əlbəttə ki, xeyir.

Elə bir insan tapılmaz ki, belə dəhşətli mənzərədən, qəddarlıqdan təsirlənməsin. Kəsilərkən heyvanın çıxardığı səslər, xorultu insanın ürəyini titrədir. Terrorçular "Allahu Əkbər!" deyib girovların başını kəsən kimi, insanlar da eyni qaydada heyvanların başlarını kəsirlər. Fərq ondadır ki, onlar kəsdiklərinin ətini yemirlər, biz isə yeyirik.

Xristian ölkələrindən fərqli olaraq müsəlmanlarda heyvan kəsilməsinə daha çox dini aspektdən yanaşırlar.
Müsəlman aləmində öncə dəstəmaz alınmalı, dua oxunmalı və heyvan üzü qibləyə doğru tutulmaqla kəsilməlidir. Nədənsə, bizdə bu şərtlərə daha çox Qurban bayramında riayət olunur. Bizdən fərqli olaraq, Türkiyədə Qurban bayramı çox yüksək mədəni qaydalarla icra olunur. Məsələn, Türkiyədə qurbanlıq heyvan kəsilərkən gözü dəsmalla bağlanır ki, bıçağı görməsin. Amma Azərbaycanda belə hala, demək olar ki, rast gəlinmir. Hər il Qurban bayramında da biz qoyunların kütləvi "genosidinin" şahidi oluruq.

İslam qəddarlığı rədd edir. İslam ilin bütün günlərində heyvanın rayonlardan Bakıya əzab çəkə-çəkə gətirilməsinə, ac saxlanılmasına və qəddarcasına ard-arda yerə yıxılıb uşağın-böyüyün gözləri qarşısında kəsilməsinə fikrimizcə, yox deyir. Dünya qandan qaçır, biz isə qana qaçırıq.

Neçə illərdir ki, Bakıda xüsusi sallaqxanaların yaradılacağına və heyvanların kor-koranə şəkildə deyil, dövlətin müəyyənləşdirdiyi qaydalarla kəsiləcəyinə dair vədlər verilsə də, hələki nəticə yoxdur. Görünən odur ki, hər şey dədə-baba adətilə, oğuz igidlərinin qoyduqları dəblə icra olunur. Elin gözü qarşısında baş kəs, qan tök, ad (pul) çıxart.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 15:45
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

sevgi yalandir

  • 1 oktyabr 2011 20:36
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmmm fellow

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Narka E-ZaDe

  • 24 avqust 2011 11:25
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqli xeberdir... fellow

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

AliNikA

  • 4 avqust 2011 11:57
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
teşekkürler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

NELLY19

  • 22 iyul 2011 19:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xəbərə görə teşekkürler

CandyGirl

  • 12 iyul 2011 15:03
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi thanks

--------------------

NELLY19

  • 4 iyul 2011 10:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

ZAC EFRON

  • 26 iyun 2011 21:48
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
OXUMAQA AXOT YOXDU SORA OXUYACAM

light_in_the_dark

  • 25 iyun 2011 20:58
  • Məqalə: 4
  • Şərh: 126
  • Bal:
{awards}
xebere gore twk winked

--------------------
MEN HEYATIMDA YALNIZ BIR OGLANIN ARXASINCA QACARAM : O DA OGLUM YERIMEYI OYRENEN ZAMAN YIXILMASIN DEYE......

SimPati4nI_AvArA

  • 19 iyun 2011 18:09
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
reylere baxin hami tewekkurler yazir ferqi ne mene et olsun he?

tarantula

  • 21 aprel 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
bully

marlin

  • 10 mart 2011 21:20
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tesekkurler

--------------------

_RONALDO_

  • 28 fevral 2011 18:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Cox sagol...........

--------------------

Yusif

  • 8 fevral 2011 20:49
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox saq olun Rey ucun

nilayka

  • 5 fevral 2011 19:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler winked

--------------------

Ulya

  • 5 fevral 2011 17:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}